Страницы

08.08.2015

İŞİD-in Mosulda öldürdüyü 2000 nəfərdən 700-ü türkməndir

İslamazeri.az "Turkman News Agency"-ə istinadən xəbər verir ki, İŞİD Mosulu işğal etdiyi vaxtdan bəri şəhərdə 2000-ə yaxın insanı edam edib. Türkmən Xilasetmə Fondu (Turkmen Rescue Foundation) bildirir ki, edam edilən mülki vətəndaşlardan 700-ü türkməndir. 2014-cü ilin dekabr ayında 450 türkmən edam olunub ki, bunlardan 50-si qadın, 120-si uşaqdır. 2014-cü ilin yay aylarında İraqın Mosul şəhərinə hücum edən İŞİD şəhəri işğal etmişdi. Keçən ilin sentyabr ayında İraq parlamentinin türkmən millət vəkili Şeyx Təqi Mövla İraqdakı türkmənlərin vəziyyəti haqqında məlumat vermişdi. O söyləmişdi ki, türkmən qızları İŞİD tərəfindən Mosulda Nəhhasin bazarında satılır. Şəyx Təqi 1000-ə yaxın türkmənin Telafər şəhərində İŞİD-in əsirliyində olduğunu bildirmişdi.

Комментариев нет:

Отправить комментарий