Страницы

09.08.2015

Keçmiş ABŞ zabiti vəhabilərin sirlərini açdı: Böyük faciələr olacaq

Rusiyaya qarşı mübarizə hər şeydən öncə Vaşinqtonun imperiya maraqları ilə bağlıdır. Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusunun terrorizmlə mübarizə üzrə keçmiş zabiti Skott Bennet deyib.
Amerikalı zabit Vladimir Putini Ronald Reyqanla müqayisə edib: “Putin Rusiya üçün son 100 ildə ən yaxşı rəhbərdir. Reyqan ABŞ üçün etdiklərini o da Rusiya üçün edir. Putin ötən əsrin 80-ci illərində kəşfiyyatda olanda hər şeyi müşahidə edirdi. Həmçinin, onun özünü də əsas fiqur kimi izləyirdilər. Lakin onu öz ölkəsini talan etməkdə ittiham etmək gülüncdür. O, SSRİ dağılmağa başlayanda rusların yanında durdu və öz xalqını xilas etməyə çalışdı. ABŞ isə Rusiyanı ümumiyyətlə məhv etmək istəyirdi. ABŞ administrasiyası ailə dəyərlərini məhv etmək siyasətini aparır, müdaxilə etdikləri İraqda, Liviyada, Ukraynada bu dəyərləri alt-üst edirlər. İndi də İrana hücuma keçiblər. Putin isə ailə dəyərlərini qoruyan mühafizəkardır, həmçinin ABŞ rəhbərliyindən daha intellektualdır”.
ABŞ ordusunun keçmiş zabiti iddia edib ki, Amerikada yavaş-yavaş inqilab baş verir: “11 sentyabr yalanları haqda artıq xalqın məlumatı var. Bunu anlayan xalq Çin, İran və Rusiya ilə dostluq münasibətlərini bərpa etməyə çalışacaq”.
S.Bennet Obama administrasiyasının tənqidlərinə görə onu təqib etdiyini də bildirib. Keçmiş zabit ABŞ-ın növbəti planları haqda şok açıqlamalar verib. “İŞİD-in yaradılması Obama administrasiyası üçün əsas məqsədlərdən biri olub. İndi “Union Bank of Switzerland”, HSBC və Vaşinqtondakı “Covington&Burling” firması və Səudiyyə Ərəbistanının köməyi ilə Yaxın Şərqdə vəhhabilərin və sələfilərin tamamilə təşkilatlanmasını reallaşdırmaq məqsədi var. İrana və Rusiyaya qədər təsir edəcək böyük xaos planı hazırlanıb. Və hesab etmək olar ki, böyük faciələr olacaq. Çünki Yaxın Şərqdə ABŞ-ın müharibələrindən sonra böyük miqrant axını var. Avropa xalqları isə böhrandan sonra onların heç birini qəbul etmək istəmir. Bu daha böyük faciəyə yol açacaq”, - deyə S.Bennet qeyd edib.

Комментариев нет:

Отправить комментарий