Страницы

02.08.2015

“Özlərinə yer axtarsınlar, o ölkə bizim!”


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -31

Chivas Regal: Siz qərbin gicdırnaq mətbuatında gedən xəbərlərə önəm verməyin. Qərb mətbuatı elə bir güzgüdür ki, çox düzü əyri, çox əyrini düz göstərir.
Fariz Babayev: Türkiyə tək masonların yox, görünməyən, bilinməyən sektaların, etniklərin əlindədir. Üzdə olan siyasi partiyalar, teleyayım, xəbər manşetləri, mətbuat ancaq şablondur, heç bir təsir mexanizminə malik də deyil. Açıq terrorlar, qarşıdurmalar buna sübut deyilmi? PKK masonların fitnəsi, xeyir-duası, ideyası ilə hərəkət etmirmi?
Misir Əskərov: İsrail dünyada xərəng şişidi.
Sayman Aruz: Sabir Rüstəmxanlı demişkən “etnomüştəbehlər” var aramızda ki, vətənpərvərlik adı altında gizlənib bizimlə düşmənliklərini davam etdirirlər. Ancaq şükürlər olsun ki, öz mənfur istəklərinə çatmayıblar və çatmayacaqlar da...
Elşən Cəfərov: Sultan Səlim öz atasını zəhərlədib öldürmüşdü. Bunu bilən və ona qarşı çıxan qardaşlarını və onların bütün nəsillərini boğub öldürən biridir. Qardaşının bir oğlu Şah İsmayıl Xətaiyə pənah gətirmişdi. Təhqirlərlə dolu məktub yazaraq Xətai babamızdan qardaşı oğlunu tələb etmişdi. Xətai cavabında: “Ata qatili ilə iş birliyi qurmaq və ona kömək etmək- ata qatili olmaq kimidir”- cavabını yazmışdı. İndi Türkiyə və bizdəki üzdə özlərini türkçi (daxildə bilinmir hansı millətdirlər) adlandıranların bəziləri belə tarixi faktları gizlədirlər. Amma bu sənədin əsli Türkiyədədir (İnanmayanlar Topqapı Sarayındakı muzeydə bu sənədi oxuya bilərlər. 2000-ci ilə qədər orada idi. İndi bilmirəm, bəlkə bu sənədi də aradan çıxardıblar). Sultan Səlimin baş qazisi belə bir fətva vermişdi- bütün Səfəvi imperiyasına daxil olan millətləri kafir adlandırmış və onların var-dövlətlərini, arvad-uşaqlarını Sultan Səlimə halal buyurmuşdu (Necə də indi Suriyada vahhabi şeyxlərinin verdiyi fətvaya oxşayır).
Məmmədov Aqil: Ermənilərin hayıfını Bakılılardan, Sumqayıtlılardan və Aborigen Azərbaycanlılardan çıxırlar...
Şıxızadə Rizvan: Facebookda 600-ə yaxın dostum var, 6 nəfər həmfikirim ola, ya olmaya.
Rəşid Mirzəyev: İsa Qəmbərin agent olmamasını bu dövlətdə yalnız sabun köpüyü üfürən balaca qızlarla gözləri İsadan başqa heç kimi görməyən azğın isavatçılar bilmir.
Yusifəli Kərimli: Ərdoğanın kim olduğunu mən yaxşı bilirəm. Əgər millətdən qorxmasa, Azərbaycan türklərini bir gün belə yaşatmaz. Azərbaycanlıların 1 nömrəli düşmənidir. O Davos məsələsi qurulmuş bir oyundu. Mavi Mərmərə və s. amma indi gizlicə İsrail ilə iş birliyindədir (Suriya və başqa məsələlərdə). İndi də Türk ordusunu bitirməkdədir.
El Hüseynov: Deyilənə görə İskəndər Həmidov Kəlbəcərdən bir Kamaz qulaq gətirib. Amma qulaqlar erməni yox, mal-qara qulağıdır. İskəndər Həmidovun oğurladığı mal-qaraların qulaqları.
Xuraman Hüseynzadə: Tərəkəmələr deyir ki, dövlətlərini satmağı Qərbi azərbaycanlılar öyrədib, qarabağlılar da deyir ki, tərəkəmələr bizə quldurluğu öyrədiblər.
Ələkram Hümmətov: 1998-ci ilin fevral ayında ölüm hökmünün ləğvi ilə əlaqədar, ölüm hökmü ilə həbsdə saxlanılanlardan əfv ərizələri və standart anketlər doldurulması tələb edilirdi. Mən də yazdım, amma Ermənistan Respublikasının o vaxtkı prezidenti Ter Petrosyanın adına. Ona bildirdim ki, yaradılışında və rəhbərliyində iştirak etdiyim hərbi hissə, hansı ki Azərbaycanda qeyri-qanuni hesab edilərək mənə ölüm hökmü çıxarılıb, Qarabağ müharibəsində minlərlə erməni döyüşçüsünü qətlə yetirib. Vətənimdə mənə buna görə ən ağır cəza verilibsə, sizdən üzr istəyib əfv xahiş etmək məcburiyətindəyəm.
Dağlı Bərməki: Atası bilinməyən Atatürkü bizə ata qəbul etdirə bilməzsiniz! Nə bu təlimlər İslam təlimatının yerini almayacaq, nə də Azərbaycanda azərbaycanlı Şamanizmə qayıtmayacaq. Qan içən Çingizə ulu Çingiz deməklə bu şəxsiyyətlər islam şəxsiyyətləri və qəhramanlarının (Əliyyibni Əbitalibin, Hüseynibni Əli və hətta Hürrün) yerini verməyəcək!
Elçin Bayramlı: Stalin Azərbaycan xalqının və bütün Sovet xalqının, həmçinin bəşəriyyətin əhəmiyyətli bir hissəsinin xilaskarıdır.
Dr. Əli Şəriəti: İdeologiyadan doğan imanın dəyəri var, nəinki irsi və ya təqlid üzündən olan imanın.
Zülfikar-ı Ali: Vahabileri Azerbaycanda yaşatmamak lazım, bu alçaklar firsat ellerine düştüyü vakit Azerbaycanda büyük katliamlar yapacaklardır. Bunlara acımamak lazım, zorla Suudi vahabistana sürmek gerekir.
İbrahim İmanlı: Burda əqidə fərqləri var. Onlar qolçomaqların nəvə-nəticələridir. Nəsillikcə Sovetə düşmən olublar. Əlbəttə ki əqidəcə müsavatçı olacaqdılar. Çünki o əqidə onlara var-dövlət, hakimiyyət verəcəkdi. Söhbət onların fitnəsinə uyan bizim kimilərdi ki, Sovet hakimiyyəti qul olduğumuz halda bizə hər şey verdı- dünyada ən güclü təhsil, ev, iş, hüquqların qorunmasi və s. verdi. Nəyimiz catmırdı ki, biz də meydanlara çıxdıq? Onlar çox gözəl bilirdilər nə üçün mübarizə aparırlar. Aldananlar bizlərik ki, indi qul olmuşuq.
Rusiya Dağılacaq: 1918-ci ilə, “xalq cümhuriyyətinin” vaxtına qayıtmışıq. Nefti ingilis qəpik-quruşa daşıyıb aparır, orduda da ancaq kasıb-kusub usağı. Xalq dövrün Qızıl Ordusunun, dövrün bolşeviklərinin intizarındadır.
Elçin Bayramlı: Türklər bizi Məşədi İbadın dövrünə qaytardılar.
Ramin Musayev: İmperialistlər işlərini elə “çerez-çerez” qurublar ki, sadə adamlar heç vaxt heç nəyi başa düşəsi deyillər.
Anar Musayev: Sağ olsun Türkiyə, Qarabağ müharibəsi vaxtı bizə yaman kömək elədiler. Fransa Ermənistana Miraj-fantom verəndə türklər də bizə çoxlu şey verdi, zad - TURBO SAQQIZI!
Şəbnəm Xeyrulla: İTV-nin səhər efirində toy adətlərinin müzakirəsi gedir. Naxçıvandan bir xanım zəng edib danışır: “Əvvəllər toylar daha maraqlı idi. Bəy dama dırmaşırdı. Oradan gəlinin başına şirniyyatlar, alma atırdı. Gəlin də xəsarət alırdı. Biz də tamaşa edirdik. İndi hamı restoranda toy edir, marağı qalmayıb”.
Doktor Əli Şəriəti: Şiəlik İslamın özüdür. “İslamda başqa şeylər də var” deyimi yanlışdır. Əsl İslam şiəlikdir! Əli və Hüseyn materialist yox, idealist idilər. Onlar tarixin zoruna qarşı çıxırdılar.
Sabir Şindani: Vahhabilər də pantürkçülər kimi yəhudi sionizminə işləyənlərdir.
El Ell: Hakimiyət gözəl bilir ki, müxalifət yoxdu.
Vüsal Məmmədov: Rusiyapərəst olmaq məncə hələ o demək deyil ki, cümhurriyət Kremlin vassalına çevriləcək, sadəcə o xalqla yaxınlıq bizdə mədəniyyət, elm və s. sahələrin ölməməsinə kömək edər.
Elxan Zaman: Mən bir şeyi anlaya bilmirəm. Nəyə görə Məkkə və Mədinə şəhərləri Səudiyyə Ərəbistanının yurisdiksiyasında olmalıdır? Axı o bütün müsəlmanların müqəddəs şəhərləridir. Nəyə görə bu şəhərlərə “Vatikan” kimi xüsusi bir status verilməməli, bu şəhərlərin xərc ve gəlirləri müsəlman ölkələri arasında əhali sayı nisbətində bölünməməlidir? Həmin şəhərlərin idarəçilik və təhlükəsizliyi də müsəlman ölkələrinin nümayəndələr şurası tərəfindən həyata keçirilə bilərdi. Nəyə görə müsəlman ölkələri haqları olduğu bir şeyi Səudiyyəyə qapdırmalıdırlar ki? Nəyə görə o Məkkə və Mədinə ilə öz maraqlarına görə manipulyasiya etməlidir? Məncə İET ölkələrində bu məsələ müzakirəyə çıxarılmalıdır.
Seyid Cavad Təbatəbai: Heç vaxt azərbaycanlılar türk olmağı, İran milliyyəti duyğusundan üstün tutmayıb.
Müslim Abdullah: Türkiyədən Suriyadakı terrorçulara göndərilən yük maşınlarından silah çıxması videosu yayıldı. Silahı göndərən dövlət və hökumət nümayəndələri barədə iş qaldırmaqdansa bu videonu yayımlayan qəzet barədə araşdırmalara başlayıblar. Türkiyədə media hökumətdən asılıdırsa, deməli seçki də yoxdur. Bu aydın məsələdir.
Taleh Məmmədov: Pis zəmanəyə gəlib çıxmışıq e, qaçqına qaçqın deyirsən, xətrinə dəyir. Bəs nə deyim? Sprinter?
Elçin Bayramlı: Bəzi monqollar deyir, rus ordusu Azərbaycani isğal edib. Qardaş, əvvəa bu rus ordusu yox, Sovet ordusudur ki, tərkibində bütün xalqların nümayəndəsi var və RSFSR-dən idarə olunmurdu. Dövlət öz şəhərlərindən birinə ordu yeridirb, xarici dövlətə girməyib ki deyəsən isğal edib. Əsas məsələ budur ki, o ordunu bura kim gəlməyə vadar edib və camaatı əliyalın ordu qabağında dayanmağa kim məcbur edib. Etibarın çıxışına da heyran qaldım. Əla fırladırlar, afərin! hələ bu harasıdır, 100 ildən sonra yazacaqlar ki, ruslar mütəmadi Bakıya hücum edib türkləri qırırdı, kürdlər gəldi xilas etdi!
İman Niftiyev: Bəsdirin, ey müxalifətçilik oynayanlar! Deyəsən yolun sonuna gəlirik. Nə məsləhətə qulaq asdınız, nə ağıllı bir iş tuta bildiniz bu günə kimi. Əziyyət çəkdiniz, amma effektsiz və ziyanlı. Ortada itirən Azərbaycan xalqı oldu. Ağıllanın, Qərbin başınıza nə corablar hördüyünü bu uzun illərdə görə bilməmisiniz. Ağıllı deyilsiz demək. Ağıllı deyilsizsə nə haqqla xalqın mübarizəsini özəlləşdirmisiniz? Qərb hər şeyimizi aldı. Almağa davam edir. Son kartını da oynamağa başladı. Bakıda kürd qurultayı adı altında keçirilən bölücülük də ayıltmayıbsa sizləri, siz də xəyanətin içindəsiz demək. Neçə illərdir deyirik, Rusiyadan yararlanın! Başqa yol olmadığını görə bilmirsinizsə, artıq sizlərin ağıllı məsləhətlərinizə bu xalqın ehtiyacı yox! Çəkilin, mane olmayln. Rusiyanın Dostları gəlsin meydana. Yoxsa bu ölkəni parçalanmadan və ya bütöv itirilmədən kimsə qoruya bilməyəcək. Bərzani xain düz deyirmiş: “Özlərinə yer axtarsınlar, o ölkə bizim!”... Ölkəni idarə edənlərdəmi müxalifətimiz qədər kor olublar? Yoxsa onlar da xəyanət içində?..
Alim Həmidli: İnönü deyildimi Konyada 7 min hicablı qadını güllələtdirən?
Samir Rimas: Azərbaycanın ictimai-mədəni tarixində fəxr ediləsi nə hadisə varsa, hamısı Çar Rusiyasının tərkibinı keçəndən sonra baş vermişdi, düz sovetlərin sonuna qədər. Çar Imperiyasına qədər barmaq sayında mədəni hadisələrimiz var. Ən böyük olanı da Nizami Gəncəvidir, o da fars ədəbiyyatına aiddir.
Arzu Abdulla: Bizim həkimlər mənim qohumumu 13 ildir zobdan müalicə edirdi, getdi İrana, bəlli oldu ki yerli-dibli zobu yoxdu.
İlkin Abbasov: Türklər indi başımızı bişiriblər ki, siz də türksünüz. Yeyib qanımızı sovururlar. Vaxtilə Təbrizdə bir gecəyə 40 min azərini qırmışdılar.
Atilla Əli Ağazadə: 90-cı illər olayları vaxtı İran ekonomisində də aktivlik var idi, amma bir o qədər yox. Çünki İran əsasən Azərbaycandan, o cümlədən Ermənistandan, Qazaxstandan metal alırdı. Qarşılıqlı valyuta verirdi, baxmayaraq ki, satılan metallar əsasən dağıdılmış zavod və fabriklərdən gedirdi, azərbaycanlılar isə zavod-fabrika bir tərəfə, hələ bir trolleybus xətlərini parçalayıb mis kimi satırdılar İrana. Məsələn, 1992-də Elçibəyin xahişi ilə İran Azərbaycandan neft alırdı, bu o demək deyildi ki, İranın Azərabaycan neftinə ehtiyacı var idi, bunu İran ona görə edirdi ki, Azərbaycan büdcəsində valyuta olsun, bu bir humanitar addım idi. Bəs Türkiyə? O dönəmdə əksinə, sana marqarin yağlarını sırıyırdı Azərbaycana, cürəbəcürə vaxtı keçmiş şokoladlar, peçenyelər, saqqızlar, koka-kolalar, efes pivələri və sair. Türkiyə iş adamları əsl mənada yırtıcı formasında keçmış SSRİ və Sosialist Bloku ölkərinə daxil olmuşdular.

Комментариев нет:

Отправить комментарий