Страницы

31.08.2015

Terrorizmin kökünü kəsməkdə şiə müqavimət tufanı dayanmayacaq

Kərbəlada şiə təqlid mərcələrindən olan Həzrət Ayətullah Seyid Məhəmməd Təqi Müdərrisi Kərbəla şəhərində bir çox ziyarətçi və elmi hövzələrin tələbələri ilə görüşərkən, onların qarşısında çıxış edib. O İraq, Suriya və Yəməndəki terrorizmi himayə edən, silahlı qruplaşmalara yardım edən və cavanları xəsarətli müharibəyə göndərən ölkələrə xəbərdarlıq edib. Bu barədə şiələrin İslami müqavimət ordularının qələbələri və bir çox terrorçuları məhv etdiyinə işarə edib.
Regionda şiə qrupların əldə etdikləri qələbələr, habelə Suriya, İraq və Yəməndə təkfirçilərin tərpənə bilməməsi onların ruh və mallarına bir tufan kimi ağır zərbə vurdu. Bu tufan dünyada son terrorçuların məhv olacağı zamana qədər davam edəcək.
Nur-az.com-un Shia Online-a istinadlı məlumatına əsasən, o terrorçuları himayə edən ölkələrə xitab edərək deyib: Biz dəfələrlə sizə İraq, Suriya, Livan və Yəməndəki təkfirçi terrorçu qruplaşmaları himayə etmək barədə xəbərdarlıq etmişik. Dedik ki, odla oynamaqdan əl çəkin. Çünki bilirik ki bu ölkələrin əhalisi nə qədər şücaətli, cəsur və himmətlidirlər. Onlar döyüş meydanlarında şir kimi döyüşürlər.
Bu şiə fəqih əlavə edib: Biz müharibə təbilini vurmuruq və həmişə sülh və dostluğu təbliğ edirik. Bütün müsəlmanların bir-birilə bir ürək və bir dilə sahib olmasını istəyirik. Çünki onlar bir Allaha etiqad bəsləyirlər. Bir qibləyə üz tutub namaz qılırlar. Lakin bu o demək deyil ki, təcavüzkarlarla müharibə etməyək.
Ayətullah Müdərrisi İraq, Suriya və Yəməndə olan İslam müqaviməti döyüşçülərinə təşəkkür edib və onlardan düşmənlə qarşılaşdıqlarında səbr etməyi və duruş gətirməyi istəyib.
O deyib: İlahi yardım Allaha yardım edən, Onun dininə əməl edən və İlahi sünnələri qoruyan şəxslərə nəsib olacaqdır.
O sonda xalq könüllü qüvvələrini cihadlarında ibadət, itaət, halal və harama riayət etmək fürsətlərini dəyərləndirməyə, habelə cəbhələrdə varlıqlarını davam etdirməyə səsləyib. Bu barədə müharibə meydanında namaz qılan İmam Hüseyni (ə) və Aşura gecəsi bütün çətinliklərə baxmayaraq gecə ibadəti edən xanım Zeynəbi (s.ə.) nümunə göstərib.

nur-az.com

Комментариев нет:

Отправить комментарий