Страницы

15.08.2015

Türkiyədən qurtulaq - Rusiya ilə bir olaq!

Faiq Mirzəyev

Çox təəssüf ki, türkçülük təbliğatı Azərbaycanda geniş yayılıb. Bir özümüzə baxaq, nə qədər düşmən qazanırıq, hansı dövlətlərlə üz-üzə gəlirik! Bu cür yalançı təbliğatla bizi bütün qonuşlarımızla düşmən ediblər. Azərbaycan xalqına bu düşmənçilik lazımdırmı? Yox, bir qrup adama lazımdır. Əslində Ermənistanla bizi duşman edən elə Türkiyədir, osmanlılardır, tarixdən bu günə qədər ancaq öz xeyirlərinə istifadə edirlər.
Mən həmişə söyləyirəm, hər yerdə bildirirəm ki, Rusiya 700 ildir dünyada söz sahibidir. bu günkü gün də hərbidə bir nömrəli dövlətdir. Daha ABŞ güc mərkəzi deyil, Rusiyadır. Biz uzun illərdir ki, Rusiyaya qarşı səhv siyasət aparmışıq. Bundan heç nə qazanmamışıq, həmişə itirmişik, İtirə-itirə də gedirik. Bölünürük! Torpaqlar əlimizdən gedir. Başımızın üstünü təhlükələr alır. 
Türkiyə bizi öz xeyrinə aldadır. 20 ildir vətənimiz Türkiyənin nökəri statusundadır və xalqın xeyrinə heç bir iş görülməyib. Amma vəziyyət pisləşən kimi yenidən Rusiyanın yanına qaçırıq. Biz Rusiya ilə həmişəlik bir olmalıyıq. Oxu, millət, gözümüzü gələcəyə açaq, yalançı təbliğata aldanmayaq!
Bizim ən böyük duşmənimiz elə Türkiyədir. Səfəvilərin vaxtında azərbaycanlıların qanını içdilər, vətənimizi dağıdıb, param-parça etdilər. Yüz illər azərbaycanlılar osmanlıların əlindən qan ağladı. Türklər indi də Azərbaycanın qanını içirlər, sərvətlərimizi çapıb talayırlar. Bəzi insanlarımız türk bizim qardaşdı deyirlər. Türkiyə heç vaxt istəməyib və istəməz ki, biz güclü dövlət olaq. Oyan, millət, oyan!
Türkiyədə mən 1995-ci ildə ilk dəfə olanda küçələrdə uşaqlar ayaqqabı təmizləyirdilər, bu günkü günə qədər bu cür hal davam edir. Şükir bizdə belə hallar olmayıb, o da rusların hesabına! Yaşasın Sovet Birliyi, o gözəl quruluşu unutmayaq!
Almaniya türkləri 1958-ci ildə küçə təmizləməyə, tikinti işlərinə işləməyə dəvət etmişdi. Afrikanların yerinə! Mən Almaniyada yaşayıram, burda türkləri savadsız, yalançı bir millət kimi tanıyırlar. Türklər 50 ildi Almaniyanın banklarını soyub talayıblar, demək olar ki, heç bir bank artıq türkə kredit vermir.
Hərdən bəzi əbləhlər Türkiyənin təhsilini tərifləyirlər. Türkiyə nə gündədir ki, təhsili də nə gündə olsun?! O ölkənin real vəziyyətini bizim xalq görmür, saxta piar aparılır, Türkiyədən qüdrətli dövlət obrazı yaradılır. Əslində Türkiyə ABŞ-ın 51-ci ştatdırır, İsrailin koloniyasıdır.
Rusiyada türklər kollec açmaq istədilər, Rusiya icazə vermədi, onları ordan qovdular. O kolleclərdə Rusiya təhlükəsizlik orqanları sektaçılığın, gerillanın nişanələrini tapdılar. Bizdə isə bəzi insanlar o qədər geri qalıb ki, Türkiyədə təhsil axtarırlar. Vay belələrin halına! Millətimizi uçuruma məhz belələri aparır.
Türkiyə bütün cır-cındırını bizə satır, bizdən istifadə edib pullar qazanır. Bəs biz nə qazanmışıq Türkiyədən son 20 ildə? Türk malları Avropada satılmır, qadağandı, avropalılar o cür zir-zibilləri yemirlər! Mən 15 ildi Almaniyada yaşayan biri kimi canlı şahidəm ki, türkləri Almaniyada saxtakar millət kimi tanıyırlar. Almaniyanın hər yerində qara işlərlə məşğuldurlar, atıb-aldatmaqla gün keçirirlər. Amma bizdə onları kahraman kimi tanıyırlar. Oyan, millət, oyan!
Sovet dağılanda nəinki kitabxanalarımız, mədəni abidələrimiz dağıldı, millətimiz məhv oldu, sakit və gizli genosidə sürükləndi. Saxta qida məhsulları yeməkdən hamı xəstədir, hər evin 2-3 krediti var, xalq çayı-qəndi mağazadan nisyə götürür, heç kəsdə pul yoxdur. Azərbaycan bölünür. Xalqın yarısı deyir mən türkəm, dinimizi neçə məzhəbə bölüblər, yeni-yeni sektalar gətiriblər ölkəmizə, gələcək müharibənin təməlini qoyublar. 70 ildə formalaşmış mədəniyyətimizin üstündən xətt çəkiblər. Aclıq və yoxsulluqdan xalqımızın yarısı başqa ölkələrdə yaşamağa üz tutub. Azərbaycanın artıq yarısı yoxdur. Strategiyamızı dəyişməsək, gələcəkdə bizi böyük təhlükələr gözləyir.
Rusiya ilə həmişə yaxşı münasibət olmalıdır. Bizim böyük qonşu dövlətimizdir. Millətimizin yarısı Rusiyada yaşayır, özümüzkülər onları acından qıranda Rusiya onlara çörək verib. Əgər biz daxili siyasətimizi düzgün qursaq, çiçəklənən iqtisadiyyata malik ola bilərik. Torpaqlarımızın itirilməsi də Rusiyaya qarşı səhv siyasətin nəticəsidir. Türkiyə ilə aparılan inteqrasiya siyasəti həmişə bizə zərbə vurub. Türkiyənin bizə heç bir vaxt faydası olmayıb, olmayacaq da. Osmanlılar tarix boyu azərbaycanlıları aldadıb, fəlakətlərə düçar edib. Bizim regionda ancaq öz mənafelərini güdüblər. 
Müasir dövrdə Rusiya dünyanın ən güclü ölkəsidir - Rusiya ilə bir olaq! Mən xalqımı Avrasiya Birliyinə qatılmağa səsləyirəm! Xilasımız Rusiya ilədir!

Комментариев нет:

Отправить комментарий