Страницы

20.09.2015

28 fevral 1950-ci ildə Stalin manatı dollar asılılığından azad etmişdir

Sovet rublu 1937-ci ildən Amerikan dollarından tam asılı hala düşmüşdü. 1947-ci ildə dolların qiyməti artıq 53 manata qalxmışdı. Stalin Sovet pulunun dollar asılılığından azad olunması barədə göstəriş verdi. 1950-ci ildə vəziyyəti analiz edən Sovet mütəxəssisləri 1 dolların qiymətini 14 rubl kimi qiymətləndirdilər. Çinin baş naziri Çjou Enlayın və Albaniyanın dövlət başçısı Ənvər Xocanın da iştirak etdiyi iclasda Stalin dedi: "4 rubldan çox olmamalıdır".
SSRİ Nazirlər Sovetinin 28 fevral 1950-ci il fərmanı ilə Sovet manatı dollar asılılığından azad edilib qızıl meyarına əsaslandırıldı. 1 qram qızılın qiyməti 4 manat 45 qəpik müəyyən olundu. Beləliklə, Sovet pulunun xarici valyutadan asılılığına son qoyuldu. Stalinin bu tarixi qərarı Sovet ekstportunu gücləndirməklə yanaşı, ölkə iqtisadiyyatını daha effektli və dayanıqlı etdi.
SSRİ-nin dollardan asılılığı ləğv etməsinin ardınca Çin, Monqolustan, Şimali Koreya, Vyetnam, daha sonra isə Əfqanıstan, İran, Hindistan, İndoneziya, Yəmən, Suriya, Efiopiya, Yuqoslaviya, Uruqvay, hətta nə qədər təəccüblü olsa da İsveç, Finlandiya, İrlandiya, İslandiya və Avstriya da Amerikan pulunun siyasi təsir dairəsindən azad olmaq istəklərini bildirdilər. Beləliklə, Moskvada 49 ölkənin iştiraf etdiyi iclas keçirildi və mühüm beynəlxalq müqavilələr imzalandı.
Lakin Stalinin ölümündən sonra Sovet İttifaqı yenidən dolların təsiti altına düşməyə başladı. Xruşşovun "yenidənqurma" islahatları nəticəsində Sovet rublunun qızıl dəyəri heçə endirildi. Onun vaxtında xarici ölkələrlə ticarət əlaqələri yenidən dollarla aparılmağa başladı. Sovet İttifaq yenidən kapitalist ölkələri üçün donora çevrildi və Qərbi ucuz enerji və istehlalat materialları ilə təmin etməyə başladı.

Комментариев нет:

Отправить комментарий