Страницы

23.09.2015

“Əl-Qaidə” üzvləri Bakı restoranlarında?

Ramin Bayramov

Günorta yeməyi yemək üçün 28 May ərazisində “halal” saydığım bir restorana girdim. Dönər sifariş etdim və sifarişin gəlməsini gözlədim. Bu bir neçə dəqiqə ərzində -sözün əsil mənasında- bəzi maraqlı səhnələrin şahidi oldum. Günorta vaxtı olduğundan bir neçə vəhabi kimi uzunsaqqalı, idmançı qiyafəsində şəxsin içəri daxil olduğunu gördüm. Restoran işlədənlərlə yaxın münasibətlərinin olmasını həmin an anladm. Öz özümə “olsunda, ölkəmizdə sələfi əqidəsində olan o qədər şəxs varki...” dedim. Lakin bunlar adi, dişlərini misvaklayan qısabalaqlılardan xeyli fərqlənirdilər... 
...Onlardan biri telekanalda Suriyada fəaliyyət göstərən terrorçu qruplaşma liderlrindən olan Zahran Alluşu görcək onu tərifləməyə başladı. Restoranda onun məni görməsinə sütun mane olurdu. Bəlkə də, restoranda müştərilərin azlığı bu şəxsin daha rahat danışmasına səbəb olmuşdu.
Bu idmançı qiyafəli vəhabinin restoranda müştəri kimi  deyil, daha çox restoran müdiri  kimi oturan Türkiyə vətəndaşına “mən bu şəxslə görüşmüşəm” deməsi  məni çoxda təəccübləndirmədi. Çünki, dünyanın bütün yerlərində bir çox vəhhabi qrupların İŞİD, “Nusra Cəbhəsi”, “Əl-Qaidə”, “Əhraruş-Şam” və digər terrorist qruplaşmalarla yaxından-uzaqdan əlaqələri mövcuddur. Bundan sonra Türkiyə rəsmilərinin birini görən bu şəxs, yenə sevincək “bununla da görüşmüşəm, çox yaxşı adamdı” dedi. Artıq təəccübümü gizlədə bilmədim. Televizora baxmalı oldum. Kadr dəyişsə də, bunun Ərdoğana yaxın şəxslərdən biri olmasına yəqin etdim. Gah  “Əl-Qaidə” üzvlərilə tanışlığını, gah da Türkiyə rəsmilərilə görüşdüyünü deyən şəxsin kim olduğunu dəqiqləşdirmək mənə çətin oldu. Ağlıma bir neçə müddət öncə Suriyaya daşınan silah yüklü tırlar düşdü. Bu an telefonuma dostlarımdan biri zəng etdi. Bu haqda ətraflı düşünmək imkanım olmadı. Ağsaqqallardan birinin “çox bilsən, az yaşayarsan” misalı yadıma düşdü və restoranda yediyim yeməyin pulunu verib çıxmalı oldum. Sonradan bu restoranla “Əhraruş-Şam” və “Nusra cəbhəsi” kimi terrorçu qruplaşmaların terrorçularını "mücahid" deyə adlandıran bir neçə saytın əlaqəsi haqda məlumat eşitdim. 
Məlumatı dəqiqləşdirmək imkanım və vaxtım olmadı. Dedim bunu da, bu işlə məşğul olan şəxslər etsin. 
Odur ki, Bakının toylarında bir bayrağa görə şivən qoparanları, Bakının mərkəzində belə bir restoranda “Əl-Qaidə”yə bağlı “Əhraruş-Şam”,  “Nusra cəbhəsi” üzvlərilə görüşməsinə,  hətta onlarla birlikdə təlim almasına şübhə etmədiyim şəxslərin kimliklərini, onların əsas dəstəkçiləri -  "krışa"ları, "əmioğlu"ları  haqda araşdırma aparmağa çağırıram. Axı bunların İŞİD terrorçularından elədə böyük fərqləri yoxdur... /islamazeri.az/

Комментариев нет:

Отправить комментарий