Страницы

06.09.2015

Məhəmmədhüseynin özünə Şəhriyar təxəllüsünü götürməsinin tarixçəsi

İlkin Əzizli

Şəhriyarın özünə təxəllüs götürməsinin maraqlı tarixçəsi var. Şairin özünün də yazdıqlarına görə hansı təxəllüsü götürürmüşsə digər gənc şairlər sonradan həmin təxəllüsə şeirlər yazmağa başlayırlar. Məhəmmədhüseyn isə bu təxəllüslərdən əl çəkməli olurmuş. Nəhayət şair xeyli fikirləşdikdən sonra çox sevdiyi, bütün yaradıcılığı boyu dönə-dönə xatırladığı və müraciət etdiyi Şərqin böyük şairlərindən olan Hafizin divanından fal açır. Bir neçə dəfə fal açan şair hər dəfə Şəhriyar sözünə rast gəlir. Bundan sonra şair əbədi olaraq özünə Şəhriyar təxəllüsünü seçir.

1. Qəriblik qəmi və möhnətə tab gətirə bilmirəm
   Öz şəhərinə gedib öz Şəhriyarı olmalıyam.

2. Ömrün davamını, haqqın lütf mülkündən istə, Hafiz,
   Ki, çərxi-fələk sikkəni Şəhriyarın adına döydürdü.


Qeyd edim ki, Məhəmmədhüseyn Şəhriyar həmçinin "Behcət" Təxəllüsü ilə də yazmışdır. 20-ci illərin ortalarından başlayaraq şairin həyatında böyük dəyşiklik baş verir. O müasir ailələrdən sayılan bir hərbiçi zabitin Sürəyya adlı qızına vurulur. Bu qıza olan sonsuz məhəbbəti naminə, onun yaşadığı Behcətabad məhəlləsinin adına müvafiq Behcət təxəllüsü ilə şeirlər yazır.

Комментариев нет:

Отправить комментарий