Страницы

07.09.2015

Osmanlı hökmdarlarından Sultan Səlim

İlkin Əzizli

Sultan Səlim 1467 ci ildə Amasiyada anadan olmuşdur. Qeyd edim ki bu ildə noyabrın 11-də həmçinin Muş döyüşüdə baş vermişdir. Digər bir məlumata görə isə 1470-ci ildə anadan olmuşdur.
Osmanlı hökmdarı II Bəyazidin oğludur. Anasının adı Gülbahar Xatundur. Xanımının adı isə Hafizə Ayşə Sultandır. 
Süleyman adında bir oğlu da olub, sonralar bu uşaq Qanuni Sultan Süleyman deyə məhşurlaşıb. 
Sultan Səlim düvrünün ən böyük alimlərindən Həlim Çələbidən özəl dərslər almışdır. Ədəbiyyata marağı olan Səlimin biri farsca, digəri türkcə olmaqla iki divanı vardır.
Çorlu yaxınlığında Sirt kəndində Səlim xəstələnmiş, getdikcə vəziyyəti ağırlaşan Sultan Səlim elə burada da 1520-ci ildə 53 yaşında olarkən vəfat etmişdir.
Hakimiyyət illəri 1512-1520-ci illər.

Yavuz Sultan Səlim həddən artıq sərt insan olmuşdur. Vəzirlərinin bir qəbahəti olunca heç bir zaman onları bağışlamaz, dərhaı boyunlarını vurdururmuş. Xalq ona qəhrəmanlıqlarından və sərtliyindən dolayı "Yavuz" ləqəbi vermişdir.
O zaman Səfəvi dövləti şiəliyin təbliğatı üçün Osmanlı ərazisinə dərvişlər göndərməkdə idi ki, bu da Səlimi ən çox narahat edən məsələ idi (Osmanlı qurulduğu andan sünniliyin Hənəfi məhzəbi üzərində qurulmuş və sona qədər də bu məhzəbi qorumuşdur).
1514-cü ildə Yavuz ləqəbini doğruldaraq Anadolu və Azərbaycana yaxın bölgələrdə bir gecədə qırx mindən artıq məhzəbcə şiə olan Azərbaycan türkünü qətlə yetirdi və sonra çox böyük ordu ilə Azərbaycana tərəf  yeridi. Bu da Sultan Səlimin çox böyük bir amansızlığından, qəddarlıqından günahsız yerə müsəlman qardaşlarının qanına bais çıxdığınından xəbər verir.

Комментариев нет:

Отправить комментарий