Страницы

11.09.2015

Postmodern çevriliş


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -36

İntiqam Əhmədli: Həqiqətən də şiələrin birliyi və mübarizə əzminin yüksəkliyi Britaniyalı millətpərəstləri çoxdan narahat etməyə başlayıb. Britaniyanın sadiq agenti olan Səudiyyə Ərəbistanının Şeyxi Suriyaya tez-tez silahlı terroristlər göndərir oradakı şiələri məhv etmək üçün. Göndərilənlərin hamısının vahhabi olduğu dəfələrlə sübut olunub.
Dr. Əli Şəriəti: “Qansız kapitalizm dünyası bütün qərb və amerikan qadınlarını dünyaya “əxlaqsız” təqdim etməklə təbliğat məqsədi güdür. Bir vaxt əxlaqa malik olmuş bəzi ölkələrdə həmin təbliğatın nəticəsində hazırki vəziyyət Amerikadakından qat-qat pisdir. Qərb kapitalizmi şərq qadınının tərəqqisini, ictimai həyatda fəal iştirakını qətiyyən arzulamır. Ona görə də qadının diqqətini müasir, savadlı, eləcə də əxlaqlı qərb qadınından yayındırıb gözəllik müsabiqələrinə, bədən nümayişinə yönəldir. Bu yola düşən qadın təkcə özünü məhv etmir, eləcə də cəmiyyəti ardınca sürükləyir. Qadınlar ayıq olmalı, əsrin əmtəəsinə yox, aparıcı qüvvəsinə çevrilməlidirlər”.
Elçin Bayramlı: 1991-ci ildə itirdiyimiz müstəqilliyi bərpa etmək lazımdır.
İbrahim İmanlı: Rəsmi məlumata görə Türkiyənin 65 %-i bisavaddır. Ümumiyyətlə, Türkiyənin son 20 ildə az-çox inkişafı SSRİ-nin dağılması ilə əlaqədardır. Bunu türk və qərb iqtisadçıları da yazır.
Fariz Babayev: Unutmaq olmaz ki, Əbülfəz Əliyev 2 il Misirdə tərcüməçi işləyib. Bunun isə nə demək olduğunu Sovet dönəmində yaxşı bilirdilər.
Anar Musayev: Amerikanın xoşuna gəlmək üçün İraqı, Suriyanı xaraba qoyan NATO-nun Türkiyəsi SSRİ-ni dağıtmaq üçün azərbaycanlıları qurban vermədimi?
Nizami Məmmədov: Bu hələ harasıdır ki? 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasaydı, həmin bəylər torpaqları ermənilərə və digərlərinə qumarda uduzub tamam edəcəkdilər...
Şıxızadə Rizvan: Atam həmişə Azadlıq radiosuna qulaq asardı, mən uşaqlığımı Mirzə Xəzərin şirin nağıllarına qulaq asmaqla keçirmişəm. İndi də səhv etmirəmsə, Gunaz tv var, İran türklərini qızışdırmaqla məşğuldur. İranlılara demək lazımdır ki, tirkaya getməsinlər, biz getdik mükafatımızı aldıq, yenə Ruslarla tarixi əlaqəmizə görə ac qalmırıq, siz 75 milyon neyləyərsiz?!
Mahmud Əhmədinejad: İran sivilizasiyası daxilində olan xalqlar daim izzət və şərəf dolu qədim kökə və tarixə malik olublar. Tarixin müəyyən dövrlərində saleh olmayan zalım hökmdarların iqtidarı ələ keçirmələri üzündən İranın inkişafı ləngiyib və istismarçılar iranlıların əlindən bəzi fürsətləri alıblar. Lakin biz bu gün layiq olduğumuz o izzətimizi yenidən qazanmaqda qərarlıyıq. Bizim sivilizasiyamız buna yetər.
Chivas Regal: Stalinin bəşəriyyət qarşısında ən böyük xidməti kommunizmin sırf yəhudi əməli olmağından çıxarıb xalqçı etməyindədi. Yoxsa Trotskiçilər SSRİ-ni dağıdardılar.
Ramiz Mehdiyev: Yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab olunmalıdır.
Əsğər Fərdi: Elçibəy də, İsa Qəmbər də KQB-nin agentləridir.
Agabala Caykovski: İnşallah iman şəhəri olan Bakı və bütün Azərbaycan türk virusundan təmizlənəcək. Bu ölkəni elə günə salıblar ki, azərbaycanlı qardaş dogma bacısına “abla” deyir. İnşallah Sahibəzzaman gələnə qədər Bakıda bu türk biqeyrətliyine son qoyular.
Mehman Cabbarov: Qarabağa kim qayıdacaq?
Atilla Hüseynov: Türkiyə T.Ərdoğan zamanında İsrail tərəfindən işğal olunub!
İsfəndiyar İskəndərov: Türklərin köməyini gözləmək ən azı cahillikdi. Bu günə kimi öz maddi maraqlarını güdməkdən başqa heç bir şey etməyiblər. “Bazar iqtisadiyatı”. Bir də ki, NATO-nun (oxu: sionistlərin!) xoşuna gəlməz axı. Onları bu saat kürd dövləti maraqlandırır. İrana qarşı hərəkatların səbəblərindən biri də budur. Azərbaycanda ki bu gözəl hiss olunur.
Fərid İsmayilzadə: Xilas Rusiya ilə siyasi və mədəni münasibətlərdən keçə bilər ancaq.
Samid Seyid Göktürk: Ərəblər üç yerə bölünür. Vahhabi ərəblər- bunlar birbaşa Qərbin kölələridi. Sünni ərəblər- bunlar kim çox pul verdi, təklif elədi, ora əsərlər. Bir də şiə ərəblərdi ki bular bir nəfər kimi Hizbullahın ətrafında birləşib İsrailə qarşı mübarizə aparırlar.
Müammər Qəddafi: 40 il NATO əsarətində yaşamaqdansa, bircə gün azad yaşamaq yaxşıdır.
Eldəniz Quliyev: Azərbaycanda analoqu olmayan inkişaf, əslində stəkanda fırtına törətməyə bənzəyir. Amma bu gün unutmamalıyıq ki, Azərbaycanda stəkan özü də fırtınaya düşüb.
Elxan Zaman: Rus bizi yer üzündən silmək istəsə idi çoxdan silmişdi, daha öz işğalı dövründə yüz minlərlə azərbaycanlını savadlandırmaz, elm sahibi etməzdi. Fars da həmçinin. O farsın İranda azərbaycanlıya verdiyi təhsil, bu da bizim türkpərəstlərin verdiyi təhsil...
Əfşar Süleymani: Vəzifələrdən tutmuş hər şeyə qədər pulla satılır. Nazir, nazir müavini olmaq üçün… hər vəzifənin öz qiyməti var. Belə olmaz ki… Normal dövlətlərdə buna vəhşilik kimi baxırlar.
Rasim Qaraca: Bizim redaktorlar hamısı feodal təfəkkürlüdür, onlar millət deyəndə ancaq öz yerlilərini nəzərdə tuturlar.
Əziz Əlibəyli: Cühud cühudun ayağını tapdamaz.
Fariz Babayev: İqtidar üsküy fırladır. Müxalifət və iqtidarın ətrafi ona kömək edir, iqtidar və ətrafı qazanır. Müxalifətə də qəpik-quruş çatır, uduzan isə yenə də xalqdır. Budur demokratiya!
Anar Musayev: Kim nə deyir desin, amma vaxtı ilə Qarabağ münaqişəsini yaratmag üçün NATO-nun vahhabilərindən istifadə olunub... Çünki üslub həmin üslubdur: baş kəsmək, balkondan atmaq, saqqal və meşələrdə gizlənib hər iki tərəfi hədəf almaq... Nəzərə alsaq ki, Əfqanıstan savaşında NATO artıq Talibana sahib idi və Türkiyə kimi sukası var idi, o zaman hər şey yerinə oturur...
Ceyhun Salahov: Ramazan aylarından birində gecə səhərə kimi Moskva mərkəzi məscidində qaldıqdan sonra avtobusla evə qayıdırdım. Gecənin təsiri üzərimdə idi. Bu səbəbdən də ətrafımdakı ruslara yazığım gələn kimi baxıb düşünürdüm ki, bunların nə bu mübarək aydan xəbərləri var, nə bu ayın müqəddəs gecələrindən. Axırda da hamısını Cəhənnəm odu gözləyir. Bu düşüncələrlə öz halımdan da çox razı bir vəziyyətdə avtobusdan enmək istəyirdim ki, gördüm ortayaşlı bir kişi arxamca qaçıb “cavan oğlan, bunu oturacaqda unutdun” deyərək pul kisəmi mənə uzatdı. Cavan vaxtlarım idi, olan-qalan pulum da elə o pul kisəsində olan idi. Pul kisəsini götürdüm, qapılar bağlandı, avtobus getdi, bir müddət yerimdən tərpənə bilmədim. Bu mənə dərs oldu. Elə o vaxtdan tanımadığım insanlar barəsində pis düşünməyə son verdim. O rus kişi məni öz əməlilə əməlli moizə etdi. Bir Qədr gecəsində dərk edə bilmədiyim həqiqəti o dayanacaqda öyrəndim.
Elçin Bayramlı: Bütün Amerika kinolarında amerikanlar dünyanı müxtəlif əcaib kosmik varlıqların və ya terroçuların hücumundan xilas edirlər. Planeti zadlarına dolayıblar ey bir qrup quldur!
İlkin Abbasov: Rus qadınından başqa heç bir qadın gecə saat 5-də iş dalınca evdən çıxmalı olan əri üçün gecə saat 3-də durub yemək bişirməz, zavtrak, obed, ujin hazırlamaz, alkaş ərini hər kəsin yanında dünyanın mələyi kimi qələmə verməz, hər bir saatdan bir zəng edib yemək yedinmi, paltarın istidirmi, soyuq deyil ki, birdən soyuq olar, paltar gətirimmi deməz.
Müttəqi Bərməki: Türkiyə Cumhuriyyətini yəhudilər qurdu və o vaxtdan əllərində saxlayırlar. Bu ki çox geniş yayılmış faktdır. Kim bilmir ki, Mustafa Kamal özü “dönmə”, yəni zahirdə islamı qəbul etmiş yəhudi idi? Islama qarşi yazıları, çıxışları, əməlləri göz qabağındadı. Kim bilmir ki, Atatürk islam dininin düşməni və hələ sağlığında Türkiyənin dini rəhbərləri tərəfindən kafir və mürtəd adını qazanmışdı? Öləndə də onu heç bir molla dəfn etmək istəmədi. Bu məlum faktlardır, Türkiyədə bu barədə açıq danışırlar ki...
Misir Əskərov: Hamı bilir ki Avropa İkinci dünya müharibəsindən sonra işğal altındadı.
Şıxızadə Rizvan: Bütün böyük şəhərlərdə və bizdə Lənkəranda da ABÇ-ın ingilis dilini pulsuz öyrədən kursu var, oranın müəllimləri hamısı ABŞ-ın agentləridi, guya bizə pulsuz dil öyrədirlər, guya bizi istəyirlər.
İbrahim İmanlı: Biz ABŞ-ın bir ştatıyıq.
Aleksandr Xarçikov: Cühudlar cəmiyyətin virusudurlar.
Şahan Özmen: Siz azeri kardeşlerim ne yazık ki masonlara çok fazla meydan bırakmışsınız... tıpkı Türkiye gibi....
Heydər Əliyev: Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.
Nəsimi Hüseynov: İndiki media cahil insanların beynini samanla doldurur.
Elxan Zaman: Müsəlman və türk xalqları içində ən çox rəğbət bəslədiyim dövlət başçısı Nursultan Nazarbayevdir. Bir dəfə onun çıxışına qulaq asdım, bu lap çoxdan idi... O vaxtlar Azərbaycan Beynəlxalq Valyuta Fondundan kredit almaq üçün yalvardığı dövrlər idi. Səhv etmirəmsə 1999-2000-ci illər idi. Nursultan əkə (əslində ağa) belə dedi: BVF bizə deyir ki, gəlin sizə ucuz kreditlər verək. Mən də onlara dedim ki, əgər istəyirsizsə, biz sizə ucuz kredit verə bilərik. Bu adamın ağıllı, cəsur və xalqının qədrini bilən bir siyasətçi olduğunu o zaman anladım.
Nizami Məmmədov: ABŞ-da sabiq prezidentlərdən Nikson administrasiyası dövründə ölkənin Dövlət katibi vəzifəsini icra etmiş Henri Kissincer dünyada cərəyan edən hadisələrlə əlaqədar bildirmişdir ki, Birləşmiş Ştatlar Çin və Rusiyanın dünyada baş verən proseslərə müdaxilə imkanını minimuma endirməyə çalışır. Bizim ABŞ və Qərbin digər ölkələrindəki gənclərimiz artıq hazırdırlar. Çünki onlar yaxşı əsgər və yem olmaq üçün əvvəlcədən proqramlaşdırılmışlar. Onlara küçəyə çıxaraq, dəli çinlilərə və ruslara qarşı mübarizə aparmaları əmri verildikdə onların əksəriyyəti bu əmrə itaət edəcəklər. Biz küldən yeni cəmiyyət quracağıq və orada yalnız bir supergüc hegemon olacaq. Bu güc isə yuxarıda qeyd etdiyim müharibədən qalib çıxan ölkə olacaq. Unutmayın ki, Birləşmiş Ştatlar əla silahlara malikdir və başqa heç bir ölkədə belə silahlardan yoxdur. Vaxtı gəlib çatdıqda biz bütün bu silahları bütün dünyaya nümayiş etdirəcəyik...
Vüsal Cəfərov: Banklar fantastik faizlə verdiyi qisamuddətli 1000 manatın muqabilində utanmayıb həyətləri gəzir, evə baxır, ailədə hamını sorğu-sual edir, inəyi-qoyunu sayır. Heç ingilislər Hindistanda bunu etməyib.
Chivas Regal: Xocalı soyqırımını Əbülfəzçilər törədib, hakimiyyətə gəlmək üçün. O vaxt İran yarıgizli, yarıaşkar Azərbaycana kömək edirdi. Əfqan mücahidlərinin Qarabağda vuruşmasından xəbəriniz olar. Əbülfəz Elçibəy Rövşən Cavadovu yanına çağırıb və ondan tələb edib ki, İranla bütün əlaqələri kəssin. Onun sözlərinə görə, bizim ən böyük düsmənimiz ermənilər yox, farslardır. Xocalı soyqırımına rəvac verməklə Azerbaycanın yeganə demokratik prezidenti olan Ayaz Mütəllibova qarşı postmodern çevriliş həyata keçirdilər. Əgər yaxın tariximiz araşdırılsa və vətənə xəyanət edənlər ortalığa çıxsa, bunlardan ən birincilər Əbülfəzçilərdi ki, demokratiya deyə-deyə ölkənin demokratik prezidentinin qanuni fəaliyyət imkanlarını zorla əlindən alıblar, qanunu pozmaqla.

Комментариев нет:

Отправить комментарий