Страницы

20.09.2015

Rus speçnazı İŞİD terrorçularını ağır məğlubiyyətə uğratdı

İŞİD terrorçuları Suriyada Rus hərb-dəniz bazasının yerləşdiyi Latakiya ərazisinə soxulmağa cəhd göstəriblər. Lakin onlar rus xüsusi təyinatlılarının kəskin müqaviməti ilə qarşılaşıblar.
Bu barədə avrasiya.info saytı Rusiyanın "Arqumentı i faktı" qəzetinə istinadən xəbər verib. Latakiyadakı hərbi baza Rusiya dəniz piyadaları tərəfindən qorunur. Bazanın yerləşdiyi ərazinin giriş hissələrinə gizli tələlər quraşdılmış, təhlükəni qabaqcadan xəbər verən mexanizmlər yerləşdirilmişdir. Baza haqqında müəyyən məlumatlar əldə edən İŞİD döyüşçüləri bazanın yerləşdiyi əraziyə soxulmaq və diversiya törətmək istəmişlər. Dəstənin hücumu barədə rus hərbçiləri qabaqcadan kəşfiyyat məlumatı almış və hazırlıq görərək tələlər qurmuşlar.
20 sentyabr gecəsi ərazi ilə hərəkət edən İŞİD terrorçuları tələyə düşmüş, rus xüsusi təyinatlıları tərəfindən hər tərəfdən atəşə tutulmuşlar. Qısa döyüş nəticəsində qrup üzvləri məhv edilmişlər. Öldürülən terrorçulardan hərbi bazanın sxemi, texnika və infrastrukturun yerləşməsi ilə bağlı sputnik şəkilləri tapılmışdır.

Комментариев нет:

Отправить комментарий