Страницы

27.09.2015

Rusiyanın Suriyaya hərbi müdaxiləsi regionda yaranmış təhlükəni geri oturdacaq

Hizbullah Rusiya ordusunun Suriyaya müdaxiləsini alqışlayır

Avrasiya.info saytı RİA "Novosti" informasiya agentliyinə istinadən bildir ki, Suriya prezidenti Bəşər Əsəd İŞİD-i "Qərbin ekstremist proyekti" adlandırmışdır. O, demişdir ki, İŞİD ilə heç bir dialoq olmayacaqdır və biz bu terrorçu təşkilatı tam məhv edəcəyik: "Bu təşkilat bir çox başqaları kimi hökumətə qarşı çıxan adi təşkilat deyildir. İŞİD terrorizm ideyaları ilə qıdalanan təşkilatdır. Ona görə də İŞİD-lə danışıqlar heç bir real nəticələr verə bilməz. Onlarla müharibə etmək və tam məhv olunanadək mübarizə aparmaq lazımdır. Heç bir dialoqdan söhbət gedə bilməz".
ABŞ və müttəfiqlərinin məqsədi Bəşər Əsədin hücuma keçən ordusunu avrasiya ilə bombalamaq və Suriyada Liviya variantını təkrarlamaqdır. Liviyada ölkə rəhbərini hücuma keçən terrorçuların qarşısında müdafiəsiz qoymaq üçün NATO təyyarələri ordunu bombalayaraq darmadağın etmişdilər. Gpolitika.com saytı bu mövzudan bəhs edən analitik məqaləsində göstərir ki, Liviya variantı təkrarlanmasın deyə Rusiya Suriyanın hava məkanını tam nəzarətdə saxlayacaqdır.
İsrailin baş naziri Benyamin Netanyaxunun Moskvaya səfəri zamanı ona başa salındı ki, İsrailə Suriya ordusunun mövqelərini bombardman etməyə imkan verilməyəcək. Amerikalılar Türkiyənin İncirlik hərbi bazasına altı F-16 qırıcı təyyarəsi gətirdilər və açıq-aşkar bildirdilər ki, bu təyyarələrdən İŞİD-lə mübarizə üçün yox, "demokratik Suriya müxalifətinə" dəstək üçün istifadə olunacaq. Bu isə o deməkdir ki, həmin təyyarələr Suriya ordusunun mövqelərinə zərbələr endirəcək. Cavab olaraq Rusiya Latakiyaya 6 ədəd MiQ-31 təyyarəsi göndərdi ki, döyüş göstəricilərinə görə dünya miqyasında analoqu olmayan bu təyyarələr NATO aviasiyasının Suriyaya təhlükəsini heçə endirdi. Rusiya təyyarələri tez bir zamanda İŞİD-in Raqqa şəhərindəki əsas qərargahlarını və silah anbarlarını yerli-yeksan etdi. Qruplaşmanın tanınmış komandirləri aviazərbələr nəticəsində məhv edildi.
Bir sıra Rusiya siyasətçiləri belə hesab edirlər ki, rus ordusu Suriyaya göndərilməli və döyüşlərdə iştirak etməlidirlər. Bildirilir ki, əgər İŞİD bəlasının qarşısı Suriyada alınmasa, terrorizm dalğası Şimali Qafqaz və Volqaboyuna da yayılacaq.
Financial Times qəzeti xəbər vermişdir ki, Rusiya Latakiya əyalətində tikdiyi hərbi bazaya 2 min əsgər yerləşdirmək fikrindədir. Bu missiyaya həm də döyüş təyyarələrinin heyəti və texniki personal da daxil olacaq. Frans Press agentliyi isə bildirmişdir ki, Rusiya artıq Latakiyaya 28 döyüş təyyarəsi yerləşdirmişdir.
Hizbullah hərəkatının rəhbəri Seyyid Həsən Nəsrullah bildirmişdir ki, Hizbulla Rusiyanın Suriyadakı hərəkətlərini alqışlayır və dəstəkləyir. O bildirmişdir ki, Rusiyanın Suriyaya köməyi və hərbi müdaxiləsi regionda yaranmış təhlükəni geri oturdacaq.
Suriya ordusunun generalı Malik Həbib "Zvezda" telekanalının müxbirinə terrorçuların vurulub salınmış xırda pilotsuz təyyarəsini nümayiş etdirmişdir. Təyyarə Suriya ordusu mövqelərinin keyfiyyətli kamera ilə çəkilişini aparmışdır. Məlum olmuşdur ki, çəkiliş təyyarəsini göndərməkdə terrorçuların komandirinin məqsədi diversiya qrpunun tərkibində itkin düşmüş qardaşının yerini müəyyənləşdirmək olmuşdur.
Suriya ordusunun əsgərləri bildirmişlər ki, terrorçular əvvəlki kimi nizam-intizamlı şəkildə deyil, pərakəndə şəkildə, həm də yalnız gecə saatlarında hücuma keçirlər. Atdıqları minomyot mərmilərinin keyfiyyəti aşağı olduğundan çoxu partlamır. Palmira şəhərinin mühasirəsi zamanı tarixi abidələr dağılmasın deyə aviasiyadan və ağır texnikadan istifadə olunmamışdır. Homs və Palmira arasındakı trasda ağır döyüşlər vermiş, terrorçular çoxlu itkilər verərək geri çəkilmişlər. Təkcə bir gün ərzində 100 təfkirçi həlak olmuşdur ki, onların əksəriyyətini İraq, Türkiyə və İordaniyadan olan muzdlular təşkil etmişlər. Homs-Palmira trası boyunca 10-dan çox neft zavodu yerləşdiyindən İŞİD-çilər bu ərazisini ələ keçirməyə çalışırlar. Son günlər terrorçuların zirehli maşınlardan ibarət bir neçə konvoyu aviasiya tərəfindən məhv edilmişdir. Hələb şəhərindəki terorçuların iqamətgahlarına da güclü aviazərbələr endirilmişdir. Ağır itkilər verən və bir çox yerlərdə mühasirəyə düşən terrorçular əllərində olan dinc sakinlərdən ibarət əsirləri buraxmağa başlamışlar.
Rusiyanın Dəməşqdəki səfirliyinə bomba atmış terrorçular da tapılaraq məhv edilmişdir. Xatırladaq ki, 20 sentyabr 2015-ci ildə naməlum şəxslər səfirliyin həyətinə bomba atsa da, ölənlər və dağıntılar olmamışdı.
Suriya ordusunun 18-ci tank diviziyasının 67-ci briqadası Hizbullah döyüşçüləri ilə birlikdə Palmira şəhəri istiqamətində terrorçuların istehkam qurduğu yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişlər. Əməlliyyat uğurla başa çatmışdır. 20-yə yaxın terrorçu öldürülmüş, onlara məxsus 4 BBM və Zu-23-2 maşını məhv edilmişdir. Öldürülən terrorçular Səudiyyə Ərəbistanı, Liviya, Tunis və Dağıstan vətəndaşları olmuşlar.
Suriya ordusunun "Pələng" qruplaşması liviyalılardan təşkil olunmuş "Səhra şahinləri" briqadası ilə birgə hücuma keçərək iki həftə əvvəl radikalların ələ keçirdikləri Cebel Al-Şaar yaxınlığındakı qaz yataqlarını azad etmişlər.
Rusiyanın "Zvezda" teleradiokompaniyası isə xəbər vermişdir ki, ABŞ Suriyadakı terrorçulara köməyi davam etdirir. Mərkəzi Kəşfiyyat İdarəsi instruktorlarının Türkiyədə hazırladığı 70 döyüşçü artıq Suriyaya göndərilmşdir. Türkiyə sərhədini keçərkən onlar İŞİD yaraqlılarına altı maşın silah-sursat təhvil vermişlər.
Arafnews.ru saytı isə ərəb mətbuatına istinadən xəbər vermişdir ki, Rusiyanın "SoyuzNefteQaz" şirkəti Latakiya yaxınlığındakı Kinins rayonunda neft çıxarmaq məqsədi ilə qazıntı işlərinə başlamışdır. Neft çıxarılması məsələsinə Suriya neft naziri Süleyman Abbasla Rusiyanın Dəməşqdəki nümayəndəliyinin görüşü zamanı qərar verilmişdir. Qazıntı işlərinə suriyalı texniki mütəxəssislər və fəhlələr cəlb olunmuşdur. Suriyalı nazir bildirmişdir ki, bundan Rusiya şirkətləri ölkənin investisiya layihələrində böyük rol oynayacaqlar. Rusiyalı mütəxəssislər dəniz və quru ərazilərdə faydalı qazıntıların axtarışı və çıxaılması ilə məşğul olacaqlar. Neftin emalı üzrə müştərək müəssisə yaradılacaqdır. 
Suriya neft nazirliyi ilə "SoyuzNefteQaz" şirkəti arasında 2013-cü ildə bağlanmış müqaviləyə əsasən, Rusiya şirkəti Suriya ərazi sularında neft və qaz hasillatı ilə məşğul olacaq. Hal-hazırda şirkət Tartus sahilindən Baniyasa kimi ərazidə kəşfiyyat işlərinə başlamışdır.

Комментариев нет:

Отправить комментарий