Страницы

16.09.2015

Sadiq Saleh - Anladım aşiq olan vəqt...

Ey gül ətrin gətirib canə bu mastanələri,
Guya mey bihuş edib sakini meyxanələri.

Qeysü Fərhadə hər an tə`nə edərdim,e y vah....
Anladım aşiq olan vəqt bu divanələri.

Öylə sevdim ki o yari dili-viranələrə
Agah etdi mənim eşqimdəki əfsanələri.

Nəzərin çəkmə, məni tək görübən tərk etmə...
Saqi, yar gəldi, gətir məclisə peymanələri.

Qafila, dərk eləməzsən mənim aşiqliyimi,
Cəzb edir şəm odumla, oda pərvanələri

Saleha, var nə qədər can tutaraq əldə qələm,
Düzərəm sətrə hər an kəlmeyi dürdanələri. 

Комментариев нет:

Отправить комментарий