Страницы

18.09.2015

Suriyaya gələn İran xüsusi təyinatlıları Rusiya desantçıları ilə birləşdilər

İran Suriyaya 1000-ə yaxın dəniz piyadası və İslam İnqilabı Keşikçiləri Korpusunun elit əsgərlərini göndərmişdir. Onlar Latakiyanın cənubundakı Qorin məntəqəsinə gəlmişlər ki, burada bir müddət əvvəl Jablahda dislokasiya olunmuş rus desantçıları ilə birləşmişlər. 
Bu barədə avrasiya.info saytı newscom.md saytına istnadən bildirmişdir. Sayt xəbər verir ki, Rusiya Jablahda tikdiyi hərbi bazaya S-300 zenit raket sistemləri göndərmək fikrindədir. S-300 sistemi həm də İran hərbçilərinin yerləşdiyyi Qorin məntəqəsini də hava hücumlarından qoruyacaq. Dəməşqin Mezza aviabazasındakı rus Miq-31 qırıcı təyyarələri isə İran və Rusiya hərbçilərinə birgə döyüş zamanı dəstək verəcək.
Rusiya və İran hərbçilərinin Suriyadakı birgə əməliyyatları barədə İsrailin "Debka file" saytı da xəbər vermişdi. İsrail mətbuatı bildirmişdir ki, İran hərbçiləri Zabadanini mühasirədə saxlayan Hizbullah döyüşçülərinə kömək üçün göndərilmişdir. Suriyadakı İran əsgərlərinə tanınmış general Qasim Süleymani rəhbərlik edir. "Yaxın günlərdə Suriya hərbi rəhbərliyi ilə birgə hazırladığımız sürpriz bütün dünyanı təəccübləndirəcək"- o İRİ İRNA xəbər agentliyinə demişdir. Yaxın Şərq və Mərkəzi Asiya Ölkələrinin Öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasarov bildirmişdir ki, bütün Suriya ərazisində 60 min İran əsgərinin olduğu ehtimal olunur ki, onlardan 10-12 mini Hizbullah döyüşçüləridir.
Tartusda Rusiya Həbi-Dəniz Flotunun material-texniki təminat punktu fəaliyyətə başlamışdır. Rusiyanın 810 və 336 nömrəli desant briqadaları Jablaha gətirilmişdir. Latakiya bölgəsi Rusiya və İran hərbçilərinin birgə fəaliyyət göstərdiyi və antiterror əməliyyatlar planladığı güclü hərbi anklava çevrilmişdir. Bu port şəhərinin sahillərinə Rusiya Flotunun nəhəng "Dmitri Donskoy" hərbi gəmisi, TK-20 kompleksi və atom sualtı gəmisi yan almışdır. Suriyada vəziyyətin kəskinləşəcəyi təqdirdə Əsəd və komandasını Latakiyada qərarlaşacağı ehtimal olunur. 
Hal-hazırda Rusiya və İran hərbçiləri Qorin və Jablahdakı bazaların möhkəmləndirilməsi və genişləndirilməsi ilə məşğuldurlar. Jurnalistlərin hesablamalarına görə, ilin əvvəlindən Rusiya Suriyaya 2 mindən çox hərbi texlika gətirmişdir. Bunların içində atıcı silahlar, qranatomyotlar, qaubitsa topları, BTR-82A və yeni T-90 tankları, "Ural" yük maşınları, Qaz-2330 "Tiqr" zirehli avtomobilləri də vardır. Suriya hərbi komandanlığı bildirmişdir ki, "yerüstü və hava döyüşləri üçün nəzərdə tutulmuş yeni Rusiya silahları olduqca dəqiq və effektivdir". 
Bu arada amerikan sputnikləri Suriya ərazisində çəkilmiş Mi-17 və Mi-24 çoxfunksiyalı rus döyüş vertolyotlarının şəkillərini yaymışlar. Onlar, eləcə də Su-24 və Su-25 hücum təyyarələri İŞİD-in əlində olan məntəqələrdə terrorçularım pozisiyalarının bombalanması ilə məşğul olacaq. Pentaqon bildirmişdir ki, An-124 "Ruslan" ağır transport təyyarələri ilə hər gün Rusiyadan Suriyaya iki reys gedir. O cümlədən bildirilmişdir ki, son iki həftə ərzində Latakiyadakı hərbi bazanın təhcizatı üçün silah və texnika ilə dolu 5 böyük desant gəmisi Rusiyadan Suriyaya göndərilmişdir.
Newsli.ru saytı isə Çinin də Suriyaya qoşun göndərmək niyyətində olduğunu bildirmişdir. Hal-hazırda Çin hökuməti Cibutidə 10 min əsgər yerləşdirmək üçün hərbi-dəniz bazası tikir.

Комментариев нет:

Отправить комментарий