Страницы

12.10.2015

Fazil Mustafanın facebook dostluğunda İŞİD-çilərin nə işi var?!

FAZİLİN AĞRILARI VƏ YA "XAİN XOFLU OLAR"

Hər zaman qeyri-adi, məntiqi cəhətdən zəif bəyanatlarla gündəmə gələn millətimizin “vəkili” Fazil Mustafa yenidən öz ampulasına uyğun bəyanatlarla diqqətimizi çəkdi.
Moderator.az-a müsahibəsində və “Facebook”-da yazdığı statusda Azərbaycan xalqının Rusiyanın anti-İŞİD kompaniyasına sərgilədiyi müsbət mövqeyə rəy bildirərkən “Sabah eyni əmrlə Azərbaycanı vursalar yenə də sevinc çığlıqları atacaqsınız?" kimi ifadələr səsləndirib. Müsahibənin tam mətni budur: 
“Bunun adını siz deyin ki, mənim dilimdən təhqir çıxmasın. Demək qürurla rəsmlər paylaşırlar ki, Xəzər dənizindən İŞİD-i vuran raketləri idarə edən qəhrəman azərbaycanlı balasıdır. Bu islamı gözdən salan İŞİD-i məhv etməyə bütün qüvvələrin səfərbər olması normal bir haldır, onunla yanaşı PKK və Hizbullahı da terror təşkilatları kimi sıradan çıxarmaq dünya barışı üçün önəmlidir. Ancaq Rusiya prezidentinin əmri ilə İŞİD-i vuran Azərbaycanlıdan sizə nə? Sabah eyni əmrlə Azərbaycanı vursalar yenə də sevinc çığlıqları atacaqsınız? Sadəcə nadanlıqdır bunun adı. Suriyada döyüşən azərbaycanlı ilə Suriyanı vuran azərbaycanlının fərqi nədir? Hələ utanmadan azərbaycanlı adını qoyub İran generalı ilə də fəxr edənlər tapılır. Gün gələr həmin generallar Qarabağda ermənilər tərəfindən vuruşub yaxınlarınızı məhv etsələr, bu sevincinizin nəticəsini görersiniz."

http://www.moderator.az/news/100144.html#.VhrESejZFwB.facebook

Gördüyünüz kimi F. Mustafa həmin azərbaycanlı hərbçini - kapitan Vüsal Miriyevi üstüörtülü təhqir edir, hətta təhqir etməmək üçün özünü güclə saxlayır və onun hərbçi kimi fəaliyyətini “gələcəkdə Azərbaycanın işğalı kompaniyasında iştirak” kimi dəyərləndirir.
Görəsən qarnıağrılı Fazil bəyin Rusiyada yaşayıb işləyən, Rusiyanın bütün ictimai, sosial, siyasi, iqtisadi, mədəni və eyni zamanda hərbi həyatında iştirak edən ümumilikdə sayı 2 milyondan çox olan azərbaycanlılardan xəbəri varmı?! Hər il həmin azərbaycanlıların zəhmət və fəaliyyətləri nəticəsində Azərbaycan xalqının cibinə axan milyardlarla dollardan xəbəri varmı?! Rusiyanın Azərbaycanın ən böyük iqtisadi tərəfdaşı olmasından və bu tərəfdaşlıq nəticəsində iqtisadi göstəricilərin 2015-ci ildə tarix boyu ən yüksək həddə çatdığından xəbəri varmı?! Və yaxud Milli Qəhrəman Əliyar Əliyevin Qarabağda şəhid olmazdan qabaq Moskvada polis rəisi işlədiyindən xəbəri varmı?! Ümumən heç Həzi Aslanovdan, Mehdi Hüseynzadədən, illərlə Çar imperiyasına xidmət etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda yaxından iştirak edən Əliağa Şıxlinski və Səmədbəy Mehmandarovdan xəbəri varmı?! Deməli millətimizin bu həmişəyaşar övladları vaxtı ikən potensial satqın və vətən xainimi olublar?!
Əslində isə F. Mustafanın bu tip bəyanatlarının arxasında özünün ara-sıra büruzə verdiyi radikal sünni/sələfi əqidəsi dayanır. Çox dərinə getmədən bildirmək istərdik ki, F. Mustafa bundan öncə təriqətçi çıxışları ilə gündəmə gəlmiş və Azərbaycanın şiə camiəsinə qarşı müxtəlif təhqirlər səsləndirmişdi. Xatırlayanlar söhbətin nələrdən getdiyini bilir.
Bundan əlavə əksər deputatlardan fərqli olaraq F. Mustafanın sosial şəbəkələrdə nəzərəçarpan aktivliyi var. Millət “vəkili” sosial şəbəkələrdə özünə xeyli dost və izləyici qazanıb ki, bunların da əksəriyyəti onun siyasi görüş və əqidəsinə müvafiq şəxslərdir. F. Mustafanın haqqında söz açdığımız bəyanatından öncə son zamanlar sosial şəbəkələrdə aktivliyi ilə seçilən radikal vəhhabi İŞİD tərəfdarı azərbaycanlıların Facebook profillərinə nəzər salmışdıq. Həmin səhifələrində İŞİD və terrorçuluğu təbliğ edən şəxslərin çoxunun dostluğunda təəssüflər olsun ki, mütləq şəkildə millətimizin “vəkilini” görürdük. Bir növ Fazil Mustafa sosial şəbəkələrdə bizi İŞİD üzvləri və simpatizanları ilə ortaq dost edən “dəyər” halına gəlib. İnanmayanlar buyurub F. Mustafanın dostluq siyahısını ələk-vələk edə bilər.
Azərbaycanlıların Rusiyanın mühim sosial sahələrində aktiv fəaliyyətinə “potensial vətən xainliyi” damğası vuran F. Mustafa görəsən özü kimdir?! Onun dostluğunda İŞİD fanatlarının nə işi var?! Nəyə görə İŞİD-i dəstəkləyən “milli” vəhhabilərimiz virtual məkanda dostluq etmək üçün 125 deputatdan məhz F. Mustafanı seçirlər?! Məsələyə Fazil bəyin baxış bucağından baxsaq, rahatlıqla deyə bilərik ki, bu millət vəkili İŞİD-in Azərbaycandakı potensial əmiri, xəlifəsi, mən nə bilim baş mollasıdır! Atalardan məsəl var “dostunu göstər, deyim kimsən”.
Və yaxşı bir el məsəli də var: “Öz gözündə tiri görmür başqasının gözündə çöp axtarır”.

http://analitikbaxis.blogspot.com/2015/10/fazilin-agrilari-v-ya-xain-xoflu-olar.html

Комментариев нет:

Отправить комментарий