Страницы

30.10.2015

Gülağa Təhna: Yaxşlıq etdikcə insan daha da saflaşır

Gülağa Qənbərov (Təhna) son 10 illikdə az qala ölkənin xeyriyyəçilik simvoluna çevrilib. Saysız-hesabsız yardımlar, məktəb tikintisi, qocalar, mərasim evi, kənd yolunun təmiri, yazıçılara, bəstəkarlara, müğənnilərə, gənc alimlərə yardımlar... Qısası, müqayisəyə gəlməz, siyahılara sığışmaz xeyriyyəçilik tədbirləri. Məhz onun yardımı ilə yüzlərlə insan şəfa tapıb, çörəyə çatıb, problemlərini həll edib. O, bu ilki parlament seçkilərində deputatlığa namizəd göstərilib. Lakin topladığı imzalar guya “saxta” çıxdığı üçün, prosesdən kənarlaşdırılıb.

- Gülağa müəllim yarımçıq qalmış seçki kampaniyasından sonra özünü necə hiss edir?
- Çox normal. Kifayət qədər nikbin adamam, heç nəyi özüm üçün faciə hiss etmirəm. Sadəcə yaxın dostlar təklif və təkid etdi, mən də bu addımı atdım. Mənim itirəsi bir işim yoxdur, sadəcə mənim səsimi itirənlər itirdi. 

- Siz xeyriyyəçi, şair və iş adamı kimi kifayət qədər tanınmış adamsınız. Millət vəkilli olsa idiniz, bu sizə əlavə hansı şanslar verəcəkdi və əsas hədəfləriniz nələr olacaqdı? 
- Mən seçkiyə aşağıdakı şüarla getmək istəyirdim -mənə səs verin, problemlərinizi unudun. Qaldı ki, konkret sualınıza. Bilirsiniz, hər işi xeyriyyəçi və iş adamı kimi həll etmək olmur. Bu gün boya-başa çatdığım, ürəkdən vurğun olduğum Masallının çoxlu qayğıları, problemləri var. Bu qədər münbit torpağı, turizm imkanları, fədakar insanları olan rayon belə kasıb yaşamamalı, kreditlər içində çabalamamalıdır. Təkcə Masallı turizmindən hər il yüz milyonlarla pul qazanmaq olar. Qızılavardan Mahmudavaradək min hektarla sahə əkilib-becərilmir. Onlarla belə problem var. Mən istəyirdim ki, bu və buna bənzər məsələlərin ilk növbədə qanunvericilik çərçivəsində icazəsini alıb xaricdəki güclü əlaqələrimdən istifadə edərək bura milyonlarla vəsait yatırım. Milli Məclisdə bəzən elə gülməli qərarlar qəbul edirlər ki, adam mat qalır. Sizin qəzet də yazmışdı. Şəxsiyyət vəsiqəsinin verilməsi 1 manat, onun notorusda təsdiqi 5 manat. Deməli, millət vəkilləri sadəcə bu qanunları oxumur, çoxunun xalqdan xəbəri yoxdur. 

- Belə bir məsəl var- kəsilmiş başın saçı üçün ağlamazlar. Necə deyərlər, olan-oldu, keçən keçdi. Bundan sonra fəaliyyətinizdə nələrə daha çox üstünlük verəcəksiniz? 
- Mən bu yurdun oğluyam və nə qədər canımda can var, böyük pullar qazanmaq imkanım var bu yurda vəsaitimi əsirgəmiyəcəm. Əvvəlki illərdən fərqli olaraq fərdi yardımlara o qədər də vəsait ayırmaq fikrində deyiləm. Əsas hədəfim intellektə diqqət yetirməkdir. Yaxın planlarımda hər il ən azı 10 istedadlı masallılı şagirdin (600-dən artıq bal yığan) xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almasını maliyyələşdirməkdir. Bir mədəniyyət mərkəzi yaratmaq istəyirəm ki, orada hər il yüzlərlə imkansız ailənin övladı kompüter texnikasına yiyələnsin, ingilis, fransız, ispan dillərini öyrənsin, ciddi tələbat olan peşələrə yiyələnsin. Əlimdə gözəl bir uşaq bağçası binasının layihəsi var. Onu da reallaşdırmaq yaxın planlarım sirasındadır. 

- Siz fəaliyyətinizi aylar, illər üzrə planlaşdırırsınız, ya 5, 10 illik planlarınız da var? 
- Həm elə, həm belə. Yuxarıda dediyim kimi əsas diqqəti intellektə yönəltmək istəyirəm. Mən nazirlər kabineti deyiləm. Çalışıram o işlərdə xalqımıza, dövlətimizə, prezidentimizə yardımçı olum ki, həmin sahələr hökumətimiz tərəfində bir qədər unudulub, hökumətin həmin sahəyə yatırım qoymağa hələlik imkanı yoxdur. 

- Sizdə hər şey- biznes, xeyriyyəçilik, şairlik paralel gedir, ya hansısa hansını üstələyir? Yəni yaxın gələcəkdə bunların hansına daha çox üstünlük verəcəksiniz? 
-Keçmişdə bir mahnı var idi. Orada deyilirdi ki, kamanın öz yeri, tarın öz yeri. Tanrı mənə o bacarığı verib ki, əvvəl kasıbçılıqla böyüsəm də, hazırda böyük pullar qazanmaq mənim üçün heç bir problem deyil. Pulu sərvət üçün qazanmıram. Allaha dua edirəm, daha çox qazanım ki, daha çox insana yaxşılıq edə, yardım göstərə bilim. Bu yaxşılıqları etdikcə sanki daha saflaşır, daha durulaşır, kövrəkləşir və bütün bunlar da şeirə çevrilir. Yəni, mən bu 3 qanadın heç birini o birindən ayrı tutmaq istəmirəm.

- Doğulub boya-başa çatdığınız Ərkivan üçün xüsusi layihələriniz varmı? 
- Bəli? var. Tale mənə Ərkivan kimi zəngin mədəniyyəti, qədim tarixi, dəyərli insanları olan diyarda dünyaya gətirib. Hazırda komanda üzvlərim layihələr üzərində işləyir. Yəqin ki yaxın vaxtlarda ya qocalar evi, ya da yuxarıda qeyd etdiyim kimi mədəniyyət mərkəzi inşa etmək istəyirəm.

- Bəzən haylı-küylü xeyriyye marafonları keçirirsiniz. Yaxın vaxtlarda belə bir marafon gözlənilirmi? 
- Xeyriyye marofonlarımız olacaq, ancaq haysız-küysüz.

- Elə xeyriyyə arzularıız varmı, onu reallaşdırmaq mümkünsüz olub? Yaxud, bu sahədə nəyi zirvə hesab edirsiniz? 
- Azərbaycan xalqınin, doğma yurdumun firavan-xoşbəxt yaşaması mənim xeyriyyəcilik fəaliyyətimin kulminasiya nöqtəsidir.

- Elə xeyriyyəçilik işiniz olub ki, sonra bunun peşimanlığını çəkəsiniz? 
- Hə olub. Həmin vaxtı heç bilmədim, gülüm, ya ağlayım. Bir qadının həyat yoldaşı çox ağır durumda idi. Xeyli vəsait ayırdım ki, o əməliyyat olunsun. Tale elə gətirdi ki, həmin şəxs əməliyyat zamanı öldü. Bu şəxsin həyat yoldaşı olan qadın mənə hücum çəkdi ki, sən pul ayırıb onu əməliyyata göndərməsəydin, bəlkə bir az da yaşayardı, ölməzdi.

- Sizi daha çox istəyənlər- dostlarınız, qohumlarınız yaxşı işlərinizi təqdir etməklə yanaşı, sizi nədə qınayırlar? 
- Hədsiz kövrəklikdə, əliaçıqlıqda. Deyirlər ki, onsuz da bütün insanların könlün yerində edə bilməyəcəksiniz. 1000 adam yaxşılıq edəcəksiniz, 3 min adam inciyəcək ki, niyə mənə yox.

- Siz 2 il öncə SİA.TV-yə müsahibə verərək demişdiniz ki, bizim MTN hazırda biznes-kluba çevrilib. Həmin vaxt çoxu bunu həm təhlükəli, həm populist bir fikir kimi dəyərləndirdi. 2 ildən sonra siz deyənlər ən yüksək vəzifəli şəxslər deyir. Siz nədən belə qənaəttə gəlmişdiniz? 
-Bu onu sübut edir ki, mən cənab prezident ilham Əliyevin məsləhətcilərinidən, dovlətin ən nufuzlu vəzifəfi şəxslərindən bir necə il öndə gedirəm. Xalqımın başına gələcək fəlakətləri əvvəlcədən gorürem. Cünku vəzifəli şəxslərin əksərriyyətinin başı cənab prezidenti aldatmağa, dövləti və xalqı talamaqa qarişıb. Mən isə öz intellektimi cənab prezident ilham Əliyevin imicinin-reytinginin və nüfuzunun yüksəlməsnə , Azərbaycan xalqının firavan yaşamasına sərf edirəm.

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий