Страницы

14.10.2015

İlkin Fəryad - Olacaqsa

Sevməm o gülü, aşiqi çox xar olacaqsa.
Əhdin unudub özgəyə dildar olacaqsa.

Mey süz mənə, ey saqi, süzüb badəmi doldur,
Keyfin çıxarım, ömrüm əgər dar olacaqsa.

Qismət də ola, istəmərəm yarə qovuşmaq,
Axırda bu qəlbin evi tarmar olacaqsa.

Çox hüsnünü göstərmə mənə, nazənin ülkər,
Baxmam ona heç, sahibi əğyar olacaqsa.

Xislətsiz olan əhdinə sadiq qala bilməz,
Qurban ola can, əhdə vəfadar olacaqsa.

Dilbər mənə çox tənə edib qəlbimi qırsa,
Tez könlüm alar, könlü də memar olacaqsa.

Yarım ki bu saf eşqimi dərk etmədi, İlkin,
Lazım da deyil, qəbrimə zəvvar olacaqsa.

Комментариев нет:

Отправить комментарий