Страницы

27.10.2015

İranın yəhudi dostları əslində kimlərdir? "Şəhər keşikçiləri"

Hazırda bu yəhudi sektasının nümayəndələrini ultraortodokslara deyil, hətta ortodokslara da aid etmirlər. İsraildə və ümumən yəhudi dünyasında onları marginallar adlandırırlar. Belələri özlərini müqəddəs torpaqda kimlərə yəhudi dövləti yaratmaq icazəsinin verilməsini müəyyənləşdirmək hüququna malik şəxslər sayırlar. Cərəyanları isə Neturey Karto (NK), yəni «Şəhər keşikçiləri» adı ilə tanınır.
NK özünü yəhudiliyin mənəvi mərkəzi sayılan Yerusəlimi, yəni Qüdsü qoruyan hərəkat sayır. «Keşikçilər» hesab edirlər ki, yer üzərində müstəqil yəhudi dövlətinin tərəqqisi Məşiahın (Messiinin) gəlişinə qədər mümkün deyil. Onlar dini və dünyəvi sionistlərə qarşı çıxırlar və açıq şəkildə özlərini 1948-ci ildə yaranmış İsrail dövlətinin düşmənləri kimi göstərirlər. Belə desək, netureykartoçular bütün anti-İsrail yönümlü çıxışları dəstəkləyir, İsrail səfirlikləri qarşısında baş tutan bütün asiyalarda fəal şəkildə iştirak edirlər. Nəinki İsrail əleyhinə olan qüvvələrin yanında dayanır, hətta antisemitizmi də fəal surətdə dəstəkləyirlər.
Konkret faktlara keçək. NK-nın ABŞ-dan olan üzvlərindən biri Moşe Qirş (1923-2010) keçmiş Fələstin lideri Yasir Ərəfatın xidmətində olub.
Qirş liderin administrasiyasında yəhudi məsələləri üzrə nazir postunu tutub. Onu özünə tərəf çəkməklə Ərəfat obyektivliyini nümayiş etdirmək istəyirmiş. Çünki bu cərəyanın nümayəndələri ümumən yəhudi xalqına qarşı deyillər. Onlar yalnız və yalnız yəhudi dövlətçiliyinə münasibətdə zidd mövqe tuturlar. Maraqlıdır ki, 2004-cü ilin noyabrında Ərəfat Parisdəki «Persi» hospitalında ölüm ayağında olarkən bir qrup netureykartoçu liderin səhhətinin yaxşılaşması üçün dua edirmiş.
NK-nın baxışlarını müdafiə edən yəhudi müəlliflər də var. Məsələn, onlardan biri Sank-Peterburqdan olan müəllif Yakov Rabkinin 2009-cu ildə Moskvada çapdan çıxmış «Yəhudi yəhudiyə qarşı. Sionizmə qarşı yəhudi müqaviməti» adlı kitabında maraqlı məqamlara toxunulur. Rabkin deyir ki, yəhudi üçün ev yəhudilikdir, ölkə yox. O, soydaşlarına öz ölkələrində yaşamamağı məsləhət görür. Belə çıxır ki, yəhudilər özlərinin milli evlərindən, yəni vətənlərindən başqa harada olsa yaşaya bilərlər.
Rabkin əsərlərindən birində yazır ki, sionistlər yəhudilərin düşüncələrindən kənar milli özünüdərk ideyasını milli yəhudilik tipi kimi təqdim etməyə çalışırlar. Yenə də bu müəllifin fikirlərinə diqqət yetirsək, XIX əsrdə siyasi sionizmin formalaşmamasınadək yəhudiləri millət hesab etmək lazım deyil. Deməli, onlar yalnız dini konfessiyalar olublar. İudaizmə görə isə, başqa dini qəbul etmiş yəhudinin iudaist olması mümkünsüzdür. Halbuki belələri yəhudilikdən də məhrum olmurlar.
Mürəkkəb struktura malik NK cərəyanının mahiyyətinə onun tərəfdarlarından olan Aaron Rozenkrançın gətirdiyi aydınlıq da maraq doğurur: «Sionistlər yəhudiləri alman, fransız, rus, ərəb, hindular və sairləri kimi xalq etməyə çalışırlar. Amma yəhudilərə indiki vaxtda dövlət lazım deyil. Yəhudi xalqının tanrı tərəfindən müəyyənləşdirilmiş missiyası Toranın mühafizəçisi (Musa Peyğəmbərin tərəfdarları) olmaqdır».
Maraqlıdır ki, bir sıra elmiliyə yaxın mülahizələrdə sionistlər haqqında NK cərəyanı tərəfdarlarının baxışlarına oxşar fikirlərə rast gəlinir. Bu baxışların içərisində xüsusi diqqət çəkən məqam Hitler və yəhudi sionizmi mövzusuna söykənmədir. Mövcud xüsusda nəyə görə məhz II Dünya Müharibəsindən sonra İsrail dövlətinin yaranmasına aydınlıq gətirilir. Bildirilir ki, Hitlerin yəhudilərə qarşı antipatiyası onun hələ gənc çağlarında səsləndirdiyi fikirlərdən bəlli idi. Şovvinist əhval-ruhiyyəli Adolf hər yerdə yüksək imtiyazlı kürsülərin, yaxşı gəlir gətirən sahələrin, bankların, nəhəng şirkətlərin yəhudilərin nəzarətində olmasını görür və bu vəziyyət onu qəzəbləndirirdi. Almanları ali irqin təmsilçiləri sayan gələcəyin diktatoru hesab edirdi ki, nəyin bahasına olursa-olsun yəhudiləri malik olduqları imkanlardan məhrum etmək lazımdır.
Hitlerin bu baxışları sionistlərə bəlli olanda sanki çoxdandı axtardıqlarını tapırlarmış kimi hərəkətə keçdilər. Əvvəl Adolfun həbsxanadan çıxmasını təmin etdilər, sonra populyarlaşdıraraq elə şərait yaratdılar ki, Hitler tam demokratik seçki yolu ilə hakimiyyətə gəldi. Məqsəd isə çox sadə, əslində isə mürəkkəb idi: yəhudiliyə nifrət edən şəxsin köməyi (qırğınları) ilə bütün dünyada yəhudiliyə qarşı antipatiya yaratmaq, bu millətin səpələnmiş nümayəndələrinin məcburiyyət qarşısında bir dövlət altında birləşmələrini təmin etmək. İdeya haradasa məntiqi sayıla bilər. Çünki dünyanın hər yerində olan və kifayət qədər yüksək statusa malik həmin vaxtın yəhudisinə müqəddəs torpaqda birləşmənin zərurətini anlatmaq mümkünsüz idi. Belə bir dövlətin mövcudluğu ilk növbədə iqtisadi baxımdan yəhudilərə nə isə vermirdi, əksinə alırdı. Beləcə sionistlərin dövlət yaratmaq, əslində isə e.ə II minillikdə mövcud olmuş Yahuda padşahlığını bərpa etmək istəkləri hansısa mənada reallaşdı- 1948-ci ildə İsrail dövləti yarandı. Deməli, plan baş tutdu.
NK-ya gəldikdə o bir təşkilat kimi 1935-ci ildə, yəni Hitlerin hakimiyyətə gəlməsindən iki il sonra II Dünya Müharibəsinin yekunlarına əsasən Rumıniyanın tərkibinə qatılmış, o zaman isə Macarıstana məxsus Translivaniyanın Satmar şəhərində formalaşıb. Bu sektanın baniləri Amram Bloy və Aaron Kaçelenbohen adlı ravvinlər idi.
Onu da demək lazımdır ki, neturey kartoçular heç vaxt geniş hərəkat kimi tanınmayıblar. Onlar daha çox açıq anti-İsrail mövqeyi ilə seçilən və ya nisbətən loyal mövqe tutan yerlərdə fəaliyyət göstərirlər. İsrailin özündə bu cərəyanın təmsilçiləri təxminən 400 ailəyə malikdirlər. Londonda min belə ailə yaşayır. Mövcud cərəyanın təmsilçilərinin sayı Nyu-Yorkda və Cənubi Afrikada da bir o qədərdir.
2006-cı ildə NK təmsilçiləri İranın paytaxtı Tehrana on günlük səfər ediblər. Orada onlar antisemitizmlə bağlı simpoziuma qatılıb, faktiki olaraq İsrailə qarşı yönələn aksiyada fəal iştirak ediblər. Bu fakt nəinki İsraildə, hətta bütün dünyada böyük təəccüb doğurmuşdu.

https://www.facebook.com/salafizmsladkayaloj

Комментариев нет:

Отправить комментарий