Страницы

31.10.2015

İŞİD-in xüsusi təyinatlı dəstəsi Suriya ordusuna təslim olub

Strateq.az-ın bildirdiyinə görə, bu məlumatı Rusiyanın “RİA Novosti” xəbər agentliyi yayıb. Xəbəri Agentliyə Suriya hərbi kəşfiyyatından bir mənbə verib. Məlumatda qeyd olunur ki, Suriyanın Kuneytra bölgəsində uğurlu hərbi əməliyyat keçirilib. Əməliyyat nəticəsində İŞİD-in xüsusi təyinatlı dəstəsi mühasirəyə alınıb. Atışma nəticəsində dəstənin komandiri  Mücahid ibn Zara öldürülüb. Rəhbərlərinin öldürülməsindən sonra dəstənin 50 nəfərdən artıq heyəti təslim olub.
Maraqlıdır ki, əsir götürülən dəstə üzvləri ABŞ tərəfindən yetişdirildiklərini etiraf ediblər. Onların əksəriyyətinin Deyrizor vilayətindəki ABŞ-a məxsus hərbi düşərgədə  təlim keçdiyi məlum olub. Düşərgədə xüsusi təyinatlılara təxribat xarakterli əməliyyatların incəlikləri, partlayıcı hazırlamaq və istifadə yolları, ərazi koordinatlarının təyini və informasiyaların radio-qəbuledicilər vasitəsilə mərkəzə ötürülməsi qaydaları öyrədilib.
Dəstənin bir müddət əvvəl ölkənin şimal-şərqindəki Hasiçi şəhərində və paytaxt Şamda hökumət binalarına terror hücumları təşkil etdiyini bildirən mənbənin məlumatına əsasən,  əsirlərdən biri Suriya ordusunun strateji müəssisələrinin mühafizə sistemi ilə bağlı xüsusi məlumatlara malik imiş və bu məlumatları ona təlim keçdiyi Amerika hərbi düşərgəsində veriblər. Əsir həmçinin ordunun nəzarətində olan bölgələrdə ciddi ajiotaj yaradacaq təxribatlar planladıqlarını da etiraf edib. /strateq.az/

Комментариев нет:

Отправить комментарий