Страницы

24.10.2015

Ələddin Əzimov - Dünyanın nağılı

TƏBRİZƏ GEDİN

Ürəyim döyünür qəfəs işində,
Ilahi, qulunam, Təbrizi gördüm.
Sərhədləri aşıb yolu keçəndə,
Görüşdük, siz məni, mən size gördüm.
Sən demə yuxu da haqq, çin olarmış
Doğmalar, əzizlər qucaqlaşarmış,
Şəhriyar uyuyan möcüzü gördüm.
Başı buludlara dəyən Şəhriyar,
Hər vaxt Heydər baba deyən Şəhriyar.
Azərbaycan öyən Şəhriyar
Dodagından qopan nur sözü gördüm,
Atdım niskilini bu ulu yurdun,
Mənə dogma dedin, burda qal dedin.
Qardaşlar, Təbrizi ziyarət edin!
Mən burda doğmamı, əzizi gördüm.
Təbriz yaddaşların daş qutusudur,
Həsrət çəkənlərçün bir udum sudur.
Şeyx Səfiəddin qonşu yurdudur,
Xətai nurunu, gündüzü gördüm.
Gedirəm, bir daha qayıdam gərək,
Cünki aram deyil sinəmdə ürəkdə.
Şükür, bu günə də biz şükür deyək,
Yoluma nur saçan mərkəzi gördüm,
İlahi Şəhəri – Təbrizi gördüm.

DÜNYA NAĞILI

Ayaqlarım ağrıyır,
Yolun ağırlığından.
Nələr çəkdim həyatda
Sənin ayrılığından.

Darıxıram, dön geri,
Birgə açaq səhəri.
Heç kimin yox xəbəri,
Qəlbimdəki dağından.

Alış, yan gilə-gilə,
Düşsün sözüm qoy dilə.
Doymamışam mən hələ,
Sübhün sirli çağından.

Sahildə tənha qalaq,
Birgə xəyala dalaq.
Qaranlıqda nur alaq,
Gözlərinin ağından.

Anlar, saatlar keçər,
Mənə yaxınsan necə.
Ləzzət alaq bu gecə.
Dünyanın nağılından.

ÖTƏNLƏRƏ

Bəyaz buludların yağışı olmur,
Ürəyi daşların göz yaşı olmur.
Qəlbinə yaxınlar qurumur, solmur,
Sən niyə saraldın vaxtsız-vədəsiz?
  
Bir zaman gözümü ortdü əllərin,
Gözümün yaşını opdü əllərin.
O nəydi başıma tökdü əllərin, 
Kül olub qaraldın, vaxtsız-vədəsiz?

Uçdu uzaqlara omrün baharı,
Baxa-baxa qaldım mən sənə sarı.
Unuda bilmirəm o duyğuları,
Məndən hayıf aldın vaxtsız-vədəsiz?

Söylədin gəlirəm, aşmışam, dağı,
Bəs niyə gecikdin bu qədər axı?
Oynadır qəlbimi bir həzin ağı,
Yarı yolda qaldın, vaxtsız-vədəsiz?

Axı neyləmişdim mən yazıq sənə,
Söylədin sirrimi gəlib-gedənə.
Əzrayıl yalanmış, çökdün sinəmə,
İlan olub qaldın, vaxtsız-vədəsiz.

Комментариев нет:

Отправить комментарий