Страницы

19.10.2015

Noam Çomskinin ABŞ haqda 7 məşhur fikri

Noam Çomski – linqvistika, ABŞ iqtisadiyyatının necə işləməsi və bir çox məsələlər barədə təbliğat üzrə mütəxəssisdir. Çomskinin müdrikliyi özünü daha çox amerika imperiyasının strukturu və işləməsi haqda söylədikləri ideyalarda ehtiva edir. Çomski 60-ci illərdən bu mövzuda danışır və yazır.
Amerika imperiyasının qüsurları, qəddarlıqları, kobud səhvləri və ziddiyyətləri haqda Çomskinin şəxsi saytından, həmçinin onun müşahidələrindən kolleksiya yığan fanatlarının vebsaytlarından götürülmüş yeddi ən güclü fikir aşağıda verilmişdir. (“AlterNet”, ABŞ)

1. 2007-ci ilin əvvəlində qəzetlərin birinci səhifələrində “Çinin hərbi gücünün artması” haqda yeni məqalələr və başlıqlar dalğası yayıldı. Pentaqon iddia edirdi ki, Çin silahlanmada hərbi nüvə başlıqları ilə təhciz edilməsi mümkün olan 400 raketə malikdir, bununla da hərbi hücum potensialını artırıb. Sonra bizdə bu barədə müzakirələr başladı: bu, Çinin dünyanı fəth etməyə çalışdığınımı sübut edir, yoxsa sadəcə rəqəmlər doğru deyil və ya başqa problem var? Amma burada kiçik bir haşiyə yerinə düşər. ABŞ-ın nə qədər nüvə başlıqları ilə təhciz edilmiş zərbə raketi var? Məlum olur ki, 10000. Çinin isə aqressiv “qırğılara” inansaq, 400 zərbə raketi var. Bu da sübut edir ki, Çin dünyanı fəth etməyə çalışır.
Əgər xarici mətbuatı diqqətlə oxusaq, onda məlum olur ki, çinlilərin öz hərbi güclərini artırmasının səbəbi təkcə ABŞ-ın sonsuz aqressivliyindən irəli gəlmir. Səbəb odur ki, Birləşmiş Ştatlar raketlərin hədəfə tuşlanması üzrə öz imkanlarını yaxşılaşdırıb və indi harada olmasından asılı olmayaraq, raket start komplekslərini, hətta mobil raket komplekslərini belə daha yaxşı məhv edə bilərlər. İndi dünyanı fəth etməyə çalışan kimdir? Aydındır ki, çinlilər. Axı dünya bizə aiddir, onlar isə onu özlərinə tabe etməyə çalışırlar. Bu söhbəti sonsuzadək uzatmaq olar. Sadəcə mövzu seçimi lazımdır. Beynəlxalq məsələlər haqda müzakirələrdə çox şeyi izah etmək üçün “Dünya bizə aiddir” sadə prinsipi kifayət edir.


2. Biz kosmosun hərbiləşdirilməsini dayandıra bilərikmi? Çoxları deyir, dayandıra bilərik. Səbəb odur ki, hərbiləşdirmədə faktiki olaraq yalnız Birləşmiş Ştatlar təkid edir. Bütün dünya ölkələri, qorxduqlarına görə, buna qarşıdır. ABŞ bütün planetlərin önündə gedir. Əgər digər ölkələr dünya üzərində tammiqyaslı hökmranlıq və hakimiyyət arzu etməyə hazır deyilsə, bu o deməkdir ki, onlar çox geri qalıblar. Şübhəsiz, onlar buna reaksiya verəcəklər. Amma onlar belə rəqabəti dayandırmaq istəyərdilər. Bundan başqa, bütün dünya tərəfindən dəstəklənən, artıq imzalanmış və qüvvədə olan bir neçə müqavilə var ki, Birləşmiş Ştatlar onları torpedləməyə çalışır. Birincisi, kosmik fəzada silah yerləşdirilməsini qadağan edən, 1967-ci ildən qüvvədə olan kosmos haqqında müqavilədir. Bu müqaviləni hamı, həmçinin də ABŞ imzalayıb. Heç kim kosmik fəzada silah yerləşdirməyə çalışmır. Müqaviləyə riayət edilir, müqavilənin pozulmasını isə izləmək çox asandır. Müqavilə 1999-cu ildə BMT Baş Assambleyasında müzakirə edildi və 163 ölkə lehinə səs verdi, əleyhinə isə 0 səs verildi. ABŞ və avtomatik olaraq ABŞ kimi səs verən İsrail səs verməkdən çəkindilər.

3. Qloballaşma nüfuzlu dövlətlərin, xüsusilə ABŞ-ın fəaliyyətinin nəticəsidir, korporasiyaların və varlıların müxtəlif ölkələrin iqtisadiyyatında, bu ölkələrin əhalisi qarşısında heç bir öhdəliyi olmadan hökmranlıq etməyini asanlaşdırmaq üçün ticarət və sairlə bağlı razılaşmaları dünya xalqlarının boğazına dirəyirlər.

4. ABŞ hələ də hərbi vertolyotları soyqırım qurbanlarının şərəfinə adlandırır. Heç kəs də buna fikir vermir. “Qara qırğı” adı var. Hələ “Apaç” da var. “Komanç”. Düşünürəm ki, lyuftvaffedə hərbi vertolyotlar “Yəhudi” və ya “Qaraçı” adlandırılsaydı, camaat buna diqqət yetirərdi.

5. Əgər hər hansı bir şey bizim üçün doğrudursa və ya səhvdirsə, onda bu qalan hamı üçün də doğru və ya səhvdir. Buradan çıxan nəticə belədir. Əgər Kuba, Nikaraqua, Haiti və bir çox başqaları üçün Vaşinqtonu və Nyu-Yorku bombalamaq səhvdirsə, onda Ramsfeldə də Əfqanıstanı bombalamaq səhvdir (eyni düşünülmüş bəhanələrlə). Əgər o bombalayırsa, onu hərbi cinayətlərə görə məhkəməyə cəlb etmək lazımdır.

6. Fərz edək ki, Çin xeyli sayda çinlilərin ölümünə baiskar tütün məhsulunun məhv edilməsi məqsədiylə kimyəvi silah tətbiq edərək, Kentukkiyə və Şimali Karolinaya hücum həyata keçirmək üçün Kolumbiyada hərbi bazalarını yaradıb. (Bunu Çomski Mərkəzi və Cənubi Amerikada ABŞ tərəfindən keçirilən narkotik əleyhinə müharibə ziddiyyəti haqqında yazıb)

7. Əlbəttə ki, Birləşmiş Ştatlar İran təsirindən narahatdır. Buna görə İran-İraq müharibəsinin son mərhələsində onlar İraqa fəal kömək etməyə başladılar. Bu da müharibənin nəticəsinə həlledici təsir göstərdi. Vaşinqton Səddam Hüseynə yaltaqlanırdı, ta Səddam Hüseyn 1990-cı ilin avqustunda regionda Amerikanın planlarını pozana qədər. İran təsiri ilə əlaqədar ABŞ-ın narahatçılığı həmçinin Səddamın 1991-ci ilin martında cənubi İraqın şiə əhalisinin qanlı və öldürücü hücumunu dəstəkləməsi ilə bağlı qərarında da göründü. Konkret səbəb İranın şiə dövləti olaraq İraq şiələrinə təsir göstərə bilməsi qarşısında qorxudan ibarət idi. Daha ümumi səbəb xalq inqilabının müvəffəqiyyətli vəziyyətindən yarana biləcək “sabitlik” təhlükəsindən ibarət idi. Bunu ingilis dilinə tərcümə etsək, təhlükə növbəti addımda idi: belə müvəffəqiyyət demokratik tendensiyaları stimullaşdıra bilərdi, bu isə həmin region xalqları üzərində hakimiyyətini həyata keçirərkən ABŞ-ın güvəndiyi çoxsaylı diktaturaları zəiflədə bilərdi.
Xatırlayın ki, Vaşinqton öz keçmiş dostunu heç də gizli dəstəkləmirdi. ABŞ hərbi komandanlığı üsyan etmiş iraq zabitlərinə hətta ələ keçirdikləri iraq hərbi texnikasını və silahlarını öz əllərinə götürməyə imkan vermədi. Bu, şiə əhalisinin qətliamının davam etdiyi zaman qəddar Norman Şvarskopfun (1990-1991-illərdə Fars körfəzində müharibə zamanı çoxmillətli qüvvələr qrupuna başçılıq etmiş amerikan sərkərdəsi) gözləri qarşısında baş verirdi.

Tərcümə: Ramil Rahiboğlu           qaynar.info

Комментариев нет:

Отправить комментарий