Страницы

07.10.2015

Suriyadakı rus ordusunun maraqlı özəllikləri

Suriya cəbhəsinə Rusiya hərbi-kosmik qüvvələrinin gətirilməsi regionda terrorçuların həyatını cəhənnəmə çevirmişdir. Suriyaya gətirilmiş yeni rus silahları əməliyyatlarda qeyri-adi dəqiqliyi ilə fərqlənir. Rus təyyarələri hədəfi ən aşağısı 40-50 kilometr məsafədən vurduğundan, onları heç bir raket ilə vurmaq mümkin deyildir. Bortlarında analoqu olmayan "Xibina" radioelektron müdafiə sistemləri də vardır ki, təyyarəni vurmaq üçün atılan raketin istiqamətini dəyişməyə qadirdir. İŞİD və digər terrorçu qruplaşmalarda isə heç bir havadan müdafiə qurğusu yoxdur.
Suriyaya dünyada analoqu olmayan müasir S-34 cəbhə bombardmançıları göndərilmişdir. Bu təyyarələr operativ və taktiki dərinlikdə yerüstü obyektlərə dəqiq raket zərbələri endirmək, o cümlədən düşmənin hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuşdur. S-34 təyyarələrinin taktiki-texniki xüsusiyyətləri elədir ki, döyüş tapşırığını günün istənilən vaxtında və hava şəraitinin necə olmasından asılı olmayaraq yerinə yetirməyə qadirdir. Zərbə dəqiqliyi özündən əvvəlki sələfləri S-22 və S-24-dən qat-qat üstündür.
Yeni model aviasiya texnikaları Rusiya təyyarəçilərinə minimal risk altında döyüş aparmağa imkan yaradır. Təyyarələrin hamısında müasir QLONASS nişanalma və naviqasiya sistemləri qoyulmuşdur. Qırıcıların atdığı bombalar hədəfi 2-3 metr dəqiqəliklə vurur.
Suriyada terrorçuların mövqelərinin bombalanması zamanı istifadə olunan reketlər idarə olunan X-29L raketləridir. Bu tipdən olan raketlərin lazer başlığı olur. Təyyarənin sürücüsü vurulacaq obyektə lazeri yönəldir və raket hədəf istiqamətində uçur. Çəkisi 500 kiloqramdır. Bu cür raketlər SU-24 və Su-34 təyyarələrinə qoyulmuşdur.
Su-34 bombardmançılarının atdığı KAB-500S bombası isə terrorçuların yeraltı bunkerlərini və beton istehkamlarını tamamilə dağıdıb külə çevirir. Bunkerləri vurmaq üçün yaradılmış bu raket torpağa toxunarkən detonasiya vermir, yalnız yerin dərinliyinə çatdıqdan sonra parlayır və ətrafa qəlpə tullamır. Həmin raketlərin əsas funksiyası yer altındakı obyektləri sıradan çıxarmaqdır.
Rusiyanın Suriyaya göndərdiyi Mi-24 vertolyotları hökumət qoşunları və Hizbullah ordusunun birgə əməliyyatlarına yerüstü əməliyyatlarda hava dəstəyi verir. Bu vertolyotların silah-sursatsız çəkisi 7,5-8,3 tondur. Rusiyada bu vertolyotun artıq modern olunmuş yeni Mi-35 modelləri çıxsa da, Suriyada cəbhəsinə göndərilmiş vertolyotlar məhz Mi-24-dür.
Mi-24 dünyada ən yaxşı döyüş vertolyotu sayılır. Hərbi dairələrdə onu "uçan tank" da adlandırırlar. Destantçılar üçün nəzərdə tutulmuş hissəsində 8 döyüşçü rahat yerləşə bilir. Amerikanın "Kobra" və "Apaçi" vertolyotları geniş reklam olunsa da, xarici ölkə orduları əsasən Rusiya istehsalı olan bu tip vertolyotları almağa üstünlük verirlər. Bu təyyarədə olan zireh örtüyü dünyanın heç bir vertolyotunda yoxdur.
Mi-24 vertolyotunda 12,7 mm pulemyot, 30 mm avtomatik qranatomyot, iki dördlüləli QŞQ-7,62 pulemyotu, QŞ-23L aviasiya topu və hərəkət edən top vardır. Vertolyot hədəfində olan tanklara PTRK "Ştrurm-V", "Ataka-M", "Qermes-A" raketləri ilə zərbə endirir. Düşmənin yerüstü mövqelərini isə NAR idarəolunmaz aviasiya raketləri ilə vurur. Havadakı hədəfləri "hava-hava" raketi ilə məhv edən vertolyotda həm də məşhur PZRK "İqla-B" silahının vertolyot variantı da qoyulmuşdur. Vertolyot 500 kiloqrama yaxın mərmi daşıya bilir. Üst-üstə düşməni vurmaq üçün təyyarənin içində 2,5 ton döyüş ehtiyatı olur. Müqayisə üçün deyək ki, T-72 tankında cəmi bir ton mərmi ehtiyatı olur.
Bortundakı pilotaj-naviqasiya və radioelektron cihazların səviyyəsi elədir ki, vertolyot istənilən hava şəraitində, həm gündüz, həm də gücə uçuş keçirmə qabiliyyətinə malikdir. OBH-1 "SKOSOK" eynəkləri sürücüyə gecə görmək və döyüş aparmaq imkanı verir. Vertolyot sürətini saatda 368 kilometrə kimi artırır, iki dəqiqəyə 3 kilometr, 8 dəqiqə 31 saniyə ərzində isə 6 kilometr hündürlüyə qalxa bilir.
Suriyaya həm də rus hərbi bazalarını hava hücumundan qoruyacaq raket müdafiə kompleksləri də gətirilmişdir. Məsələn, ZRK "Tor-M2E" 50 hədəfi birdəfəyə vurur. Bu maşınlar təyyarələri, vertolyotları, dronları, qanadlı raketləri və idarə olunan aviabombaları məhv etmək üçün yaradılmışdır. Döyüş modulunda təyinedici aparatura- radiolokasiya və optika cihazları yerləşdirilmiş maşın hətta hərəkətdə olarkən hədəfləri tapıb müəyyən edir və saniyədə 700 metr sürətlə uçan bütün obyektləri vurub salır. Bu cür kompleks döyüş şəraitində havada olan 50-yə yaxın obyekti birdəfəyə vurub salmaq istidarındadır. İlkin mərhələdə izləmə aparatı onların içərisində ən təhlükəlisi hesab olunan 10-unu seçir, 4-ünü avtomatik olaraq vurub salır. Sonra isə atəş axırıncı hədəfin göydən düşməsinə və kanalın təmizlənməsinə kimi davam edir.
Suriyada döyüş əməliyyatlarında iştirak edən Rusiya hərbçiləri yüksək maaş alırlar, bundan başqa onlara ezamiyyət pulları verilir və böyük məbləğli sığortalar hesablanır. Orta hesabla, Suriyada xidmət edən hərbçi 200-300 min rus rublu maaş alır.
Orta hesabla zabit heyətinə günə 62 dollar (aya 125 000 rubl), əsgərlərə isə günə 43 dollar (aya 87 000 rubl) pul hesablanır. Bundan başqa, Suriyadakı rus hərbçiləri öz rütbələrinə uyğun olaraq əlavə pul da alırlar. Bu pul təxminən aya təxminən 70 000-100 000 rubl civarındadır. İş stajına görə, gizliliyə görə, sağlamlığa zərərli vəziyyətlərə görə, vətəndən kənarda xidmətə görə, xidmətdə nailiyyətlərə görə əlavə pullar hesablanır, xidməti borcunu vicdanlı və effektiv yerinə yetirməyə görə isə mükafatlar təyin olunur.
Əgər əsgər həlak olarsa, dövlət onun ailəsinə 2 340 000 rubl, əlil olarsa 1-ci qrup üçün 1 750 000 rubl, 2-ci qrup üçün 1 160 000 rubl, 3-cü qrup üçün 584 338 rubl pul ödəyir.
Suriyada gənc çağırışçı əsgərlər xidmət etmir. Rusiyanın Suriyaya göndərdiyi hərbi kontingent xidməti təcrübəsi olan kontraktçılardan ibarətdir. Onlar əsasən yüksək hazırlıq keçmiş professionallar və müasir texnikaları tam mənimsəmiş kadrlardır.
Professional səviyyədə keçirilmiş Krım əməliyyatı göstərdi ki, Rusiya ordusu yenilənmişdir və fərqli inkişaf sferasına qədəm qoymuşdur. Krım olaylarından sonra hətta NATO zabitləri "RF ordusunun heyrətedici professionalizmini və təhcizatını" etiraf etməli oldular.
Xatırladaq ki, Rusiyada müddətli hərbi xidmət 1 ilə endirilmişdir. Son illər hərbçi sənətinə böyük maraq yaranmışdır, belə ki hərbi məktəblərə qəbul olmaq üçün hər 1 boş yerə 10-a kimi namizəd sənəd verir.

Комментариев нет:

Отправить комментарий