Страницы

16.12.2015

Ay şərəfsiz, hara qaçırsan?!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -38

Ekonomist Politikan: Ləzgilərin və Şimal bölgəsinin adı çıxıb, amma heç kəs bu faktı demək istəmir ki, Azərbaycandakı vahhabilərin çoxu yerazlar və qarabağlılardır. Xüsusən Suriyaya gedənlərin çoxu yeraz və Qarabağ əsilli məcburi köçkünlərdir.
Oktay Quliyev: Bəzi şüvənlər Qarabağ məsələsində Putini günahkar bilir, onu tərifləyənləri vətən xaini hesab edirlər. Elə bil ki Qarabağı Putin satıb ermənilərə, yaxud da Qarabağı atıb döyüşdən qaçan Putin idi. Deyəsən Çingiz Mustafayev rəhmətlik o vaxt Putinə deyirdi ki, ay şərəfsiz, hara qaçırsan?!
Səttar Məmmədov: RF ordusunda 80 mindən çox azəri əsgər və zabit xidmət edir. Tarixə baxsaq, Rusiya ilə Türkiyə arasında 3 müharibə olub və azərilər Rusiya ordusunda vahid vətəni qoruyublar.
Təranə Əliyeva: 20 ildir mən səsimi eşitdirə bilmirəm... Bəsdir qul etdilər bizi! Rusiya, Rusiya və yenə Rusiya! Bu məmurlara da Maqadan, Kolıma darıxıb, eşelonla ora göndərək!
Martin Lüter: Nurçular NATO-nun gizli ordusudur.
Əlövsət Ağayev: Əlifbanı dəyişdirmək nəinki təhsilə, həmçinin bir çox yaşlı nəslə böyük zərbə vurdu.
Qorxmaz Əlili: Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. 20 faiz əsl qaçqınlıq həyatı sürdü, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər.
Rizvan Şıxızadə: Rusiyanın mənafeyi elə bizim mənafeyimizdir. Tarix boyu Rusiya dünyanı böyük bəlalardan (Xaç yürüşləri, Napoleon, Faşizm, indi de Sionizm) xilas edib, bu gün də bu işi davam edir.
Səbuhi Məşriq: Rusiyanı, Putini pisləyənlər onların Azərbaycana satdığı silahlardan utansınlar. Hansı ölkə S300 kimi raket komplekslərini bizə verərdi? Əgər bizlə düşməndirsə, niyə satdı? Halbuki nə Amerika, nə Türkiyə, nə başqa ölkələr S300 kimi silahları Azərbaycan kimi ölkəyə satmazdılar! Sabah müharibə başlasa, hansı silahla vuruşacağıq? Anti-ruslar, anti-Putinlər nə düşünür bu barədə? Dəfələrlə elan edib ki, Rusiyanın sərhədində anti rus hakimiyyətinə imkan verməyəcək! Buna dəlil Gürcüstan və Ukrayna hadisələridir. Vaxt var idi bizdə də anti rus qüvvələr hakimiyyətdə idi. Son illərə qədər Rusiyanı efirdın başıboşlar açıq-aşkar söyürdülər. Buna görə də başımız bəla çəkdi! Bunu etiraf etməliyik: Rusiya güclü və böyükdü!
Qoşqar Əhmədov: Bir millət iki dövlət sözü Türkiyədənsə İrana daha çox yaraşır. 35 milyon Türk, 1 milyon Talış, 765 km sərhəd xətti (daha 11 km yox), dini bir, təriqəti bir, tarixi bir (Əhəməni, Sasani, Səfəvi...)... Daha nə olmalıdı ki?!
Müslim Abdullah: Gömrükdəki korrupsiya yerində qalıb, 6 qəpiyə alınan kartof burada 60 qəpiyə satılır (gömrüksə hər kiloqrama görə 40 qəpik rüşvət, Kəmaləddin müəllimin payını alırlar).
Əbülfat Abdullayev: Sanıram Suriyada Rusiya ilə qarşı-qarşıya gəldiniz və saqqalı qırxıb qaçdınız. Bəs İŞİD zalimləri kimdi ki, çoxu osmanlı deyilmi?! Məzlum şiələrin, ələvilərin başını kəsən yəhudi xidmətçiləri!
Elşad Mustafayev: Fahişə Türkiyə kömək edəndə, on minlərlə vahhabi küçüyü Suriyaya keçib İdlib vilayətini tutanda dilxor olmuşdum, ardınca Mastuma və başqa iri şəhərlər getdi. Düşündüm ki, söndü. Hamımız, bütün dünya müsəlmanları, qeyri-müsəlmanları Putinə minnətdar olmalıyıq- dünyanı vahhabi virusundan təmizləməkdə Suriyanın legitim prezidenti Əsədə kömək etdiyi üçün!
Musarza Kadusi Mirzeyev: Amerika yaşadığımız region və dünya üçün ən təhlükəli dövlətdir. Rusiya olmasaydı, onlar yer kürəsini cəhənnəmə döndərərdilər, hər yer müharibə meydanı olardı. Onlar Rusiyadan qorxub İranla müharibə etmirlər, amma onların gündəliyində İrana hücum var, məqam gözləyirlər. Allah eləməsin bu baş tutsa, bizim ölkəmizi böyük fəlakət gözləyir. Allah bizi bu böyük şeytandan qorusun. Ölkəmiz üçün ən etibarlı ölkə Rusiyadır- biz onun yanında olmalıyıq.
Rusiya Dağılacaq: Kül başına Putin, imperiyan qalib Natiq Cəfərlinin iqtisadi analizlərinin ümidinə!
Elxan Zaman: Müstəqil Azərbaycanın olmayan təhsil sistemi indiyədək bircə nəfər də olsun dünyamiqyaslı mütəxəssis yetişdirə bilməyib. Bugün gördüyümüz, tanıdığımız görkəmli və dünya şöhrətli azərbaycanlılar isə ya rus (sovet), ya Avropa, ya da ki İran təhsil sistemlərinin yetişdirdikləri şəxslərdir, yəni vəziyyət bu qədər acınacaqlıdır...
Azər Abdulov: Elcibəy hansi əsaslara gorə lider olmalıdır?Xalqı pis günə qoyduğuna gorə? Xalqı qırdırdığına görə? Nə edib axı o? Heç danışıq da baçarmırdı. Belə səviyyəsiz adamlardan lider olmaz. Cənablar, özünüzə hörmət qoyun. Sadəcə haralıdısa, çəhənnəmə kimi haralıdı! Ayılın və belə adamlardan imtina edin!
Natik Şeydabekov: Hansı dövlət sülhlə, müharibəsiz yaxşı yaşamaq istəyirsə, Rusiyanın tərkibinə qoşulmalıdı.
Elnur Quliyev: Təssüflər olsun ki, bu gün bəzi üzdəniraqlar rusları bəyənmir. Ruslarda olan mədəniyyət bizdə yoxdur, çünki mən özüm bunun şahidi olmuşam. Gəlin bir şeyi tam səmimi etiraf edək ki, bu dəqiqənin özündə Azərbaycanın 100-də 50 faizi rusların çörəyini yeyir, nəinki Azərbaycanın! Torpağının altı da, üstü də qızıldı Azərbaycanın... Ruslarda olan yaşayış çətin ki Azərbaycanda ola!
Günel Treu: Nə qədər inkar etsək də, ruslara çox şey gözəl yaraşır: ədəbiyyat da, incəsənət də, elm də, sevgi də, romantika da, sex də... Hətta müharibə də! Mən hərbi geyimləri sevməsəm də, rusların əynində bir başqa yaraşıqlı görünür. Məncə bu xalq heç vaxt yenilməz, qürur duymaları üçün təkcə rus ədəbiyyatı kifayətdi.
Emil Şərqli: Qətiyyən pozğunluğa göz yuman qərb tərəfdarı olmaq istəmərəm. Milli-mənəvi dəyərləri satan şəxsləri ümumiyyətlə rədd etmək lazımdı ölkədən.
İlham Alisoy: Müxalifət təşkilatlarında xirtdəyə qədər faşist və təkfirçi gənclər var. Hamısı liberal, demokrat libası altında pudralanıb.
İntizam Əhmədov: Ruslar təkcə Suriyalıları qorumur, bütün müsəlman şərqini zındıq təfəkkürdən, yırtıcı vəhşilərdən qoruyur.
Hacı Qüdsi: Türklər tarix boyu islama düşmən olublar. Biz gör nəyik, onları tanımırıq, uşaqlarımızı ora oxumağa göndəririk.
Faik Mirzəyev: Avrasiyaya Azərbaycanın qoşulmağını istəməyənlər bizim millətin düşmənləridir. Bunu deyim, Türkiyə 30 il yalvardı Avropaya girməyə, qəbul etmədi. Avropa indi Avrasiya Birliyinə qoşulmağa can atır. Onda necə olur Türkiyə də Ermənistanın və Rusiyanın yanında olmaq istəyir, bunu necə başa düşək? Bizim yolumuz Rusiya ilə bir yerdə Avrasiya yoludur.
Nilufər Sultanzadə: Xalqı sevirəm demək, tribunalardan qışqırıb pafoslu nitqlər söyləmək yox, xalq üçün bir xeyirli iş görmək lazımdır.
İntiqam Əliyev: Artıq hara baxırsan türkçülüyü təbliğ edirlər. Türklər bizə nə veriblər teksunla dönərdən başqa?! Ziyalılarimıza baxın, hamısı rus dönəmində təhsil alanlardı.
Talış Balası: Rusiya bəzi dildə musəlman ölkələrdən fərqli olaraq islam duşmənləriylə vuruşur. Dildə musəlman olan kafirlərin islam vurduğu zərbəni kafirlər belə vura bilmədilər.
Nemət Xan Abbasquliyev: Suriya Putinin ölümdən xilas etdiyi ilk musəlman ölkəsi deyil, çox güman ki sonuncusu da deyil. Siyasi maraqlara gəldikdə isə dünyada iki cür siyasət var: islam siyasəti və anti islam siyasəti. Putin islam siyasəti ilə hərəkət edir və hal-hazırda dünyada ən öndə gedən siyasətçidir.
Kamran Hüseynov: Vallah, 1 ay yarım qabaq bir rus nömrəli maşın klientim idi, nəsə Rusiyadakı vəziyətdən söz düşdü dedi ki orda bir yerlimiz var idi, qızı xəstə idi, özünün də imkanı yox idi əməliyyat elətdirməyə. Kişi neçə imkanlı yerlimizdən kömək istədi qızı üçün, amma heç kəs kömək etmədi, amma bütün günü söyüb qarğışdan tökdüyümüz bir erməni əməliyyatı öz şotuna etdirdi.
Anar Musayev: Gəlin dilimizdən “ə” və “x” səsini ləğv edək. Qoy Türkiyənin assimilyasiyasi daha rahat olsun. İndi bəlkə gülərsiniz, amma 1992-ci ildə bu məsələni Milli Məclisdə müzakirəyə çıxartmışdılar.
Afladdin Əliyev: Rusiyanın yaratdığı Avrasiya Birliyinə daxil olub, Azərbaycandakı quldur gömrükdən insanların canını qurtarmaq lazımdır. Kartof Belarusda 5-7 qəpik, Yerevanda 20 qəpik, bizdə niyə bahadı, çünki gömrükdə yığılan rüşvət dövlət rüsumundan bəzən 5-10 dəfə çox olur. Mənə azadlıq yox, yaşamaq lazımdır! Hansı azadlıqdan söhbət gedə bilər, Allahın verdiyi azadlığı əlimizdən alıblar, gədə-güdələrin əlində qalmışıq. Sərhədlərimizi qarışıq qoşunlar qorusun, gömrük ləğv edilsin ki, insanlarımız nəfəs alsınlar. Rus qadını 55 yaşında pensiyaya çıxır, 2 dəfə bizdən çox pensiya alır, ərzaq da ki bir neçə dəfə bizdən ucuz. İnsana nə lazımdır, çoxluğu nəzərdə tuturam, məktəb direktoru məktəbdə, xəstəxana mudiri xəstəxanada, hərə öz yerinde rüşvət yığıb dolanacaq, milyonlar da ağzının suyunu axıda-axıda bütün günü iş axtarmaqla məşğul olacaq.
İbrahim Quliyev: Onlar bizim Qarabağla başımızı qarışdırıb, Bakını tam işğal etdilər!
Ramik Cəfərzadə: Dollar və amerikan rejimi dünyanı istismar etməklə məşğuldu və şeytani qüvvələrə xidmət edir.
Tamerlan İslam: Moskvanın ikinci ən böyük əhalisi azərbaycanlılardır, bu o deməkdir ki, Rusiya dostdur).
Cəfərli Bəxtiyar: Gəl Rusiyaya öz gözlərinlə gör, necə Rusiya müsəlmanları yaşayır. Rusiya hər bir xalqa azadlıq verib, dövlət qanunu çərçivəsində. Bəs müsəlman ölkələrində necə, yerli xalqlara nəsə verilib dövlət tərəfindən?! Rusiya federativ ölkədir, onlarda olan vətənpərvərlik heç bir dövlətdə yoxdur.
Həsən Həsənzadə: SSRİ-dən ayrılan kimi əllərimiz bala batdı! 70 il ateizmin təsirləri altında yaşadıq. “Müstəqil” olanda fikirləşdik ki, hər şey daha yaxşıya doğru gedəcək, amma elə olmadı, daha da vəziyyət qəlizləşdi. Vahabizm və ateizm daha da inkişaf etdi və ən pisi də, azğınlaşdı. Bizim isə başımız özümüzə qarışdı.
S.Aygün: Türkiyə Amerikaya borun tonunu 140 dollara, türkiyəlilərə 240 dollara satır. Amerikalı boru alıb öz ölkələsinə aparır və eyni boru Türkiyəyə 600 dollara geri satır.
Zərdüşt Əlizadə: Rusiya ile 200 il bir yerdə, onun tərkib hissəsi olmuşuq. SSRİ dağılandan sonra siyasi cahillərin Rusiyadan uzaqlaşmaq, ayrılmaq, Türkiyəyə, Qərbə qovuşmaq kimi nağılları məni güldürürdü, bunları tənqid edirdim və mənə deyirdilər ki, “sən Rusiyanın adamısan”. İstədik-istəmədik, qlobal siyasi prosesləri inkar etmək olmaz... İqlim kimi şeydi. Rusiya ilə tarixi bağlılığımız bir faktdır. Yaxınlaşıb-uzaqlaşmağımızı bilmirəm. Ancaq Azərbaycanın Rusiya ilə yaxın bağlarının olması siyasi və coğrafi mahiyyətindən irəli gəlir. Biz Boliviya və ya Braziliya ilə yaxın ola bilmərik. Biz Rusiya, İran ilə yaxın olmalıyıq. Gürcüstanla, bacarsaq, Ermənistanla, Orta Asiya ilə yaxın olmalıyıq.

Комментариев нет:

Отправить комментарий