Страницы

22.12.2015

Azər Bandoj - Sorma, gəl

Qədri-feyzi-dilbərin nadan olandan sorma, gəl.
Sirri-xəlqi-xilqətin heyvan olandan sorma, gəl.

Zümreyi-aşiqlər heç dünya qəmi biməz nədir,
Bir gülün hicrində sərgərdan olandan sorma, gəl.

Rahəti-ruzi-məişət aşiqə yaddır əzəl,
Ləzzəti-xabi-şəbin əfğan olandan sorma, gəl.

Səcdəsin aşiqlərin görmək üçün əflakə çıx,
Amma ki e'cazını şeytan olandan sorma, gəl.

Cümlə aşiqlər dəhanın sirrinə vaqifdi, gər,
Mənzili-imanı kor, viran olandan sorma, gəl.

Bilmək istərsən əgər Ə'la nədir, Mə'va nədir,
Vaizi-huri-mələk-qılman olandan sorma, gəl.

Cilveyi-həqqə təmaşadən könül min feyz alır,
İllətin, biçarə naiman olandan sorma, gəl.

Məcnuni-bimarəyə Leylasıdır dərmanəsi,
Çarəsin biçareyi-Loğman olandan sorma, gəl.

Vəsli-yar olmaq üçün şamü səhər dad eyləmiş,
Büsə kamın, Bandoji, nalan olandan sorma, gəl.

Комментариев нет:

Отправить комментарий