Страницы

17.12.2015

Əbulfəs Qarayev ona şeir yazan şairi işdən çıxardı

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli işdən çıxarılıb.
Aznews.az-a daxil olan məlumata görə, nazir Əbülfəs Qarayevə şeir yazdığı və həmin şeiri dərc etdirdiyi üçün nazirlik tərəfindən töhmət alan şair həmin ərəfədə məzuniyyətə göndərilib.
Dekabrın 16-da məzuniyyətdən qayıdan şöbə müdiri artıq işdən çıxarıldığı ilə bağlı əmrinin verildiyini öyrənib.
Məsələ ilə bağlı V.Bəhmənli ilə əlaqə saxladıq. O, hazırda məzuniyyətdə olduğunu, məsələdən xəbərsiz olduğunu bildirib.
Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə “Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şeir “525-ci qəzet”də tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib. Bu hadisə isə cəmiyyətdə böyük rezonans doğurub.

Комментариев нет:

Отправить комментарий