Страницы

11.12.2015

Deputat: Özünüzə baxın, monqola oxşayırsızsa, deməli monqolsuz

Araz Əlizadə azərbaycanlıları türkəsilli hesab edən tarixçiləri savadsız adlandırıb.

Türklər monqollardan törəmədilər. Özlərini tarixçi hesab edənlər monqolların, qazaxların, türkmənlərin, özbəklərin sifətinə və sonra da öz sifətlərinə baxsınlar, əgər monqollara oxşarlıqları varsa, özlərini monqol hesab etsinlər.
Sputnik xəbər verir ki, bu sözləri cebhe.info-ya millət vəkili Araz Əlizadə "Bizim türklərlə heç bir bağlılığımız yoxdur, azərbaycanlılar Hind-Avropa irqinə aiddir" fikrinə tarixçilərdən gələn sərt reaksiyaya münasibət bildirərkən deyib: "Mən onları tarixçi hesab etmirəm. Hər oxuyan Molla Pənah Vaqif ola bilməz. Türklərin əsilləri türkmənlərdən gəlir. Axı biz nə oyuq, nə də buyuq. 1990-cı illərdə bizim türk kökənli olmağımızı bisavad xalq cəbhəçiləri ortaya atıblar və bunu da gənclərin beyninə yeridiblər. Əgər biz türküksə, onda türk xalqlarının mədəni irsinə, musiqisinə, ədəbiyyatına baxaq və sonra Azərbaycanın şeirinə, ədəbiyyatına, musiqisinə nəzər salaq. Azərbaycanın XII əsrdə Nizamisi olub. İlk klassik musiqini 60-cı illərdə Niyazi, opera sənətini isə Lütfiyar İmanov gətirdi. Nə vaxta qədər biz özümüzü dərk etmiyəcəyik? Niyə anlamırıq ki, Azərbaycan xalqı böyük, qüdrətli, savadlı xalqdır". /sputnik.az/

Комментариев нет:

Отправить комментарий