Страницы

21.12.2015

İrana embarqolar niyə təsirsiz ötüşdü?

Əkrəm Hacızadə

Təcrübə üçün oxumağınız məsləhətdir...
Son 3 ildə İranda dolların qiyməti 3 dəfə qalxıb. Ümumi qiymətlər isə 4-6 dəfə bahalaşıb. Üstəlik amansız sanksiyalara rəğmən İran nəinki çökdü, hətta daha da inkişaf etməyi bacarır. Hətta Ayətullah Xamenei çıxışlarının birində istehza ilə demişdi: "Bizim inkişafımıza səbəb olan embarqolara görə Amerikaya təşəkkür edirik. Onlar belə etməsəydilər, daxili istehsalımız zəif olacaqdı".
İran bu sanksiyalar zamanı tətbiq etdiyi yadıma düşən bir neçə proqramı qeyd etmək istəyirəm:
1) Embarqonun güclənməsindən öncə və sonra İran qeyri-neft sektorunu dayanmadan inkişaf etdirdi və iş yerlərini artırdı. İndi İran qaloşdan raketədək özü istehsal edir və satır.
2) Bu illər ərzində bir dəfə olsun hansısa mağazanın bağlanmasının və ya sahibkar tərəfindən xəbərdarlıq xarakteri daşıyan elanların vurulmasının şahidi olmadım. Çünki İranda çörəkdən tutmuş maşınadək bütün qiymətlər fabrik və zavod məhsullarının üzərində qeyd olunur və qiymət soruşmadan ödəniş edirsən. Süni bahalaşmaya yol verən bütün mağaza, fabrik və zavodlar isə ağır məbləğdə cəzalandırıldı.
3) Tələbələrin təqaüdindən millət vəkillərinin maaşınadək artım etdi. Bu da alıcılıq qabiliyyətini aşağı düşməsinə mane oldu.
4) Hər bir İran vətəndaşına və hətta bu ölkədə təhsil alan tələbələrə neft gəlirlərindən sosial yardım ayırıldı.
5) Ölkə daxilində neftin satışında güzəştlər edildi.
6) Müəllimlər, tələbələr, əlillər, şəhid ailələri və.s kateqoriyaların müayinəsi, müalicəsi və dərman peraparatları üçün 95-100% arası güzəşt edildi.
7) Hər bir İran vətəndaşı və burada təhsil alan və ya rəsmi işçi olan hər kəsin sığortası var ki, bununla da müxtəlif vaxtlarda muayinə və mualicədə 40-60% arası güzəşt olunur.
8) Ölkəyə böyük iqtisadi zərbə vuran şəxslər tutularaq həbs və ya edam edildi...
Bəs edər?)

Комментариев нет:

Отправить комментарий