Страницы

06.12.2015

Məhəmməd Tanhu - Luis Ueynin qatili

Mənə zillənərək çörək uman kimsəsiz bir pişik tində guya pusquya yatıb
Qatilimsə öz növbəsində çörək bıçağını düz ürəyimin üstünə sancır
dalısıycan sarı torpağın köksünə al qanım çilənir
ilk dəfə “daxili gözəlliyim”in fərqinə varıram
gözlərimə yığın-yığın toran daşınır
Bədənim kökündən baltalanıb kəsilən ağac kimi aşaraq torpağa tirlənir
ardından al qanımı yalayır həmin o umacaqlı pişik
və doyur
qatilim isə bu dəqiqə dünyanın ən xoşbəxt adamıdır mənim kimi
mən tənha ölmədiyim üçün və qanım yerdə qalmadığı üçün
gözlərimdə sevinc parıltıları ilə ölürəm...

Комментариев нет:

Отправить комментарий