Страницы

04.12.2015

Rövnəq Abdullayev SOCAR-ı necə ailə şirkətinə çevirdi?

Xalqın qurduğu dövlətin şirkəti bir nəfərin cibinə xidmət edir

Azərbaycanın Dövlət Neft Şirkəti, el arasında SOCAR kimi tanınan qurum artıq neçə ildir ki, bu xalqın qurduğu dövlətə yox, onun indiki rəhbəri, Rövnəq Abdullayevə məxsusdur.
Neft satışında həyata keçirdiyi maxinasiyalardan milyardlar qazanan Abdullayev bununla kifayətlənməyərək, ölkənin ən mühüm, dövləti saxlayan bir şirkəti öz ailəsinin öhdəsinə verib.
Yeni təyinatlar zamanı əsas diqqəti savada, biliyə yox, həmin adamın Rövnəq müəllimə nə qədər yaxın olması, yaltaqlığı, rüşvətxorluğu əsas götürülüb, çünki Rövnəq müəllim öz ətrafında düz adamları xoşlamır.
Gəlin indi də SOCAR-ı ələ keçirmiş şəxslərlə tanış olaq:
Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyev ən böyük neft maqnatlarından biridir, ölkənin ən varlı adamları ilə eyni sırada dayanır, Azərbaycan neftinin xaricdə satışının təşkil olunmasından yüz milyonlarla gəlir götürür, həmin yüz milyondan dövlətə çatan cəmi elə on milyondur, qalanları dayıoğlunun cibinə axır, o da əlbəttə ki, Rövnəq müəllimin payını çatdırır.
Müəllimin digər dayısı oğlu Bədəl Əliyev SOCAR-ın İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır. Onun əsas vəzifəsi 5 manata olan malı 500 manata alıb, ortada qalan vəsaiti oğurlamaqdır.
Digər dayıoğlu – Nihad Əliyev SOCAR-da satış direktorudur. Onun əsas işi satılan neftin hər barelində Rövnəq müəllimin payını çatdırmaqdır.
SOCAR prezidentinin doğma dayısı Nüsrət Əliyev Neft Emalı zavodunda Qaz sektorunun müdiridir. Qaz vurub qazan doldurmaq üzrə ustad qohumlardan birinci olandır.
Digər doğma dayı – Azad Əliyev isə Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir. Havadan pul qazanan Azad dayı bu vəzifəyə qabiliyyəti, savadı yox, bacıoğlunun səyi ilə gətirilib.
Azad dayının oğlu Rəsul Əliyev də SOCAR-da çalışır, şirkətdə mühüm vəzifə tutur.
Rövnəq Abdullayev hətta uzaq qohumlarını da unutmur – dayısının baldızı oğlanları Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərləridir.
Dayınəvələri Ramil və Nail Əliyev qardaşları müvafiq olaraq, “EKOL”un və Neft-Yağ Emalı zavodunun rəisləridir.
Rövnəq Abdullayev ailə biznesini quranda eyni vaxtda həm qayınatası, həm də əmisi olan Adəm müəllimi unutmayıb – indi o, SOCAR-da Demontaj sektoruna rəhbərlik edir. Bütün sökülən buruqların, obyektlərin materiallarının satışına o nəzarət edir.
SOCAR rəhbərinin bacanağı Mehman isə şirkətdə Təchizat departamentinə baxır. Bütün şirkətin təchizatı bu adamın üstündədir. Pul qazanmaq, daha doğrusu pul oğurlamaq mexanizmi isə çox sadədir – ucuz alınan mal şirkətə baha qiymətə sırınır, ortada milyonlarla manat yeyinti faktları var.
Göründüyü kimi, bu gün SOCAR bütünlüklə Rövnəq Abdullayevin ailəsinə xidmət edir. Əbəs yerə xalq arasında ARDNŞ-i Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti adlandırmırlar ki....

mediaxeber.com

Комментариев нет:

Отправить комментарий