Страницы

20.01.2016

ABŞ mətbuatı: Bəşər Əsəd müharibəni udur

"Əsəd müharibəni udur. Rusiya aviasiyası müharibənin bütün dinamikasını dəyişdi. İŞİD döyüşçüləri öz mövqelərini qoyub qaçırlar"- ABŞ-ın "Los Angeles Times" qəzeti ekspertlər rəylərinə əsaslanaraq yazır. Qəzetin fikrincə, Rus ordusunun regiona gəlişi Bəşər Əsədin hökumət qüvvələrinə ölçüyəgəlməz stimul verdi. Qəzetin rəyini öyrəndiyi Oklaxoma Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Coşua Lendis bildirmişdir ki, Suriya hərbçiləri Rusiya ordusunu kəşfiyyat məlumatları ilə təmin edirlər, nəticədə rus aviasiyanın hücumları daha güclü və effektiv şəkil alır. Ekspertin sözlərinə görə rus hərbçiləri Suriya ordusuna yeni texnologiyaları mənimsəməkdə də kömək edirlər.
"Əl-Qüds" Siyasi Araşdırmalar mərkəzinin direktoru Oraib Rantavi isə bildirmişdir ki, Rusiyanın münaqişəyə müdaxiləsi qonşu ölkələrin Suriyaya münasibətini müsbətə doğru dəyişmişdir. Nümunə kimi o göstərmişdir ki, İordaniya paytaxtında fəaliyyət göstərən və Suriyadakı terrorçuları kəşfiyyat məlumatları ilə təmin etməklə məşğul olan material-texniki təminat mərkəzi öz işini dayandırmışdır. Politoloqun sözlərinə görə, həmin mərkəzdə ABŞ və Türkiyə də daxil olmaqla 11 ölkənin kəşfiyyatçıları işləyirdi.
Rusiya aviasiyası təkcə 10 gün ərzində terrorçuların mövqelərinə 311 hücum etmiş, terrorçuların 1097 obyekti dağıdılmışdır. 150-dən çox şəhər və kəndin ərazisi terrorçulardan təmizlənmişdir. Rusiya Müdafiə Nazirliyi mətbuat xidməti və informasiya idarəsinin rəisi İqor Konaşenkovun açıqlamasına görə, Deyr-əz-Zor əyalətində İŞİD düşərgəsinin bombalanması nəticəsində terrorçuların artilleriya qurğuları, texnikası və yanacaq anbarı məhv edilmişdir. O cümlədən İŞİD-çilərin komanda punktuna və yaşadıqları kazarmaya raket zərbəsi nəticəsndə çoxlu terrorçu öldürülmüşdür. Terrorçular Yarmuk və Həcər əl-Asvad rayonlarını təcili olaraq tərk etmişlər.

Комментариев нет:

Отправить комментарий