Страницы

06.01.2016

Hərbi ekspertlər: İran Səudiyyəni yer üzündən silə bilər

"Əgər İran və Səudiyyə Ərəbistanı üz-üzə gəlsələr, Səudiyyə Ərəbistanı sadəcə yox olacaq, özü də tez bir zamanda". Bu sözləri Lifenews xəbər agentliyinə Yaxın Şərq institutunun prezidenti Yevgeniy Satanovskiy bildirmişdir.
O demişdir: "Səudiyyə Ərəbistanı varlı olsa da, İran- ciddi ölkədir. Açıq konflikt olsa, Tehran regionda özünə kifayət qədər müttəfiqlər tapacaq. Ər-Riyad isə ABŞ-dan kömək gözləsə də, həmin köməyi almaya da bilər".
İran ilə Səudiyyə Ərəbistanı arasındakı konflikti araşdıran politonline.ru saytına görə, bu iki ölkə arasında ola biləcək müharibənin detalları hərbi mütəxəssislər tərəfindən çox illər qabaq proqnozlaşdırılıb. Saytın analitik yazarı Alya Pustova hərbi ekspertlərə istinadən yazır: "Atom proqramından imtina etməsinə baxmayaraq, İranın hərbi bazalara və digər hərbi obyektlərə qarşı istifadə ediləcək dəqiq raketləri az deyildir. Həmin raketlərin vurma məsafəsi kifayət qədər uzaqdır və səudiyyəlilərin neft və qaz çıxardığı şərq regionunu əhatə edir. Tehran həm də Səudiyyə aviasiyasını çaş-baş salacaq çoxlu "saxta" raket bazaları da yaratmışdır. Ən yaxşı halda səudiyyəlilər ölkənin qərbindəki aerodromlara aviasiya yerləşdirəcəklər, ancaq bu az effekt verəcək. Səudiyyəlilər portlardakı flotu hökmən çıxarmalı olacaqlar, əks təqdirdə flot İran tərəfindən məhv ediləcək. Flot iranlılara hücum etməyə cəhd göstərsə, batırılacaq".

Комментариев нет:

Отправить комментарий