Страницы

20.01.2016

Kadırov müxalifətin iynəsini vuracağına söz verdi

Ramzan Kadırov: Rusiyanın düşmənləri və satqınlar cəzalandırılacaqlar

Çeçenistan prezidenti Ramzan Kadırov sosial şəbəkə səhifələrində Rusiyanın düşmənləri barədə kəskin fikirlər səsləndirmişdir. O bildirmişdir ki, mənim 2010, 2011 və 2012-ci illərdə satqınlar barədə səsləndirdiyim fikirlər sistemdənkənar müxalifət cərgələrində panika yaratmışdır: "Mövqeyim olduğu kimi qalır. İnqilaba və kütləvi zorakılığa səsləyənlər qanunun bütün ağırlığı ilə cəzalandırılacaqlar".
Çeçenistan liderinin izvestia.ru saytında dərc olunmuş müraciətində deyilir:

"Mənim sərt bəyənatım Rusiyadan gedib xaricdə Qərb ölkələri hökumətlərindən dilənçipayı alaraq ölkəməzi ləkələyənlərə və qara yaxanlara aid idi. Bu mənim işlətdiyim "sistemdənkənar müxalifət" terminindən də aydın görünür. Fikirlərim dövlət sistemi daxilində Rusiya qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən müxalifətə aid deyil. Söhbət özünü sistemdənkənar müxlifət adlandıraraq, bu ad altında ölkəmizi dağıtmaq, konstitusiya quruculuğuna xələl gətirmək istəyənlərdən gedir.
Bir vətənpərvər kimi, Putinin piyada döyüşçüsü kimi mən qatillərin və satqınların nazı ilə oynamayacağam. Bizdə bir Braqunı kəndi var, orda çox gözəl psixiatriya xəstəxanası yerləşir. Sistemdənkənar müxalifətin qaynar reaksiyasını ancaq kütləvi psixoz kimi qiymətləndirmək olar. Mən onların klinik probleminin həllində kömək edəcəyəm. Söz verirəm ki, iynədə simiclik etməyəcəyik, əgər onların müalicəsi üçün bir iynə tələb olunursa, iki iynə vuracayıq.
Mənfur liberal yığınına özlərini Rusiya intelligentsiyası adlandırmağa kim haqq verib? Onlar millətin vicdanı adına iddialıdırlar, amma eyni zamanda Qərbə refleksiya edərək ətraflarına Rusiyaya düşmən münasibət bəsləyənləri toplayırlar. Liberalların fikrincə, onların ideyaları mübahisəsizdir, digər yanaşmaları qəbul etmirlər, tənqid eşidəndə isə hədə və təhqirlərlə hücuma keçirlər. Ölkənin identikliyini, tarixini, suverenitetini qoruyub saxlayanlar yox, məhz dar dairədəki insanların hüquqlarını qoruyanlar bu ölkəyə kölgə salırlar. Rusiya hüquq müdafiəsi cəmiyyətinin müəyyən hissəsi unudur ki, onların funksiyasına sadə rusiyalıların hüquqlarının müdafiəsi daxildir, onlar tərəfindən imtiyazlı sinif səviyyəsinə qaldırılan bir yığın satqının yox!
Bu siyasətçilərin ədalətsiz mübarizəsi xalqa qarşıdır, onların öz maraqlarını güdür. Hamını və hər şey əsassız olaraq tənqid etməklə, bu tənqid zamanı çürük leksikadan və tüpürcəkdən istifadə etməklə, onlar elə bilirlər ki, biz buna susacayıq. Amma kütləvi dəstəklə müşayiət olunan kəskin cavab alan kimi öz çaqqal quyruqlarını bulayaraq müdafiəçilərinin yanına qaçırlar. Əgər bu itlərin ölkəmizdə müdafiəçiləri varsa, Rusiya xalqının da əsas müdafiəçisi ölkə prezidenti Vladimir Putindir. Mən onun bütün mürəkkəb tapşırıqlarını yerinə yetirməyə hazıram.
Qəlbini Qərbli iblislərə satmış mənəviyyatca düşkün adamlar özlərini təkcə Qərbdə yox, həm də ikrahla baxdıqları ölkəmizdə də imtiyazlı şəkildə aparırlar. Burda heç bir cəza almayacaqlarına və toxunulmazlıqlarına əmindirlər. Qanun qarşısında cavab vermək üçün istənilən cəhd olanda isə təzyiq barədə cığır-bağır salırlar. Amma sevimli Qərb ölkələrinin özündə ərazi vahidliyinin pozulmasına çağırışa və dövlətçiliyə xələl gətirilməsinə görə qanun ağır cəza müəyyənləşdirib. Avropada insanların kütləvi şəkildə hüquqlarının pozulması adi hal alıb. 
Biz kəskin, ardıcıl, sistemli şəkildə, qanunun tam ciddiliyi ilə hərəkət edərək, Rusiyanı qarşılarına hədəf kimi qoyan kəmağıl yığınının ayaqlarımıza dolaşmasına imkan verməyəcəyik. Hakimiyyətin bu məsələdə mövqeyi yekdil olmalıdır. Həmin mövqe ölkənin və xalqın maraqlarına cavab verir.
Düşmənlərə rəhm etmədən biz Rusiyanı qoruyacayıq".

Комментариев нет:

Отправить комментарий