Страницы

05.01.2016

Ələddin Əzimlinin yeni şeirlər kitabı işıq üzü gördü

Tanınmış şair, publisist, Yazıçılar Birliyinin üzvü Ələdin Əzimlinin yeni şeirlər kitabı nəşr olunmuşdur.
"Sən" adlı bu kitab şairin oxucularla 5-ci görüşüdür.
Ələddin Əzimli hələ kiçik yaşlarından şeir və publisistik yazılarla mətbuatda çıxış edib. Konkret desək, 1969-cu ildə 7-ci sinifdə oxuyarkən onun "Bulaq" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində dərc edilib. O, 22 il pedaqoq kimi, 13 ilə yaxın isə ANS Müstəqil Media və Yayım şirkətində jurnalist kimi fəaliyyət göstərmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı şairin yaradıcılığı haqqında bunları deyir: "Ələddin Əzimlinin şeirləri bir qədər eksperimental, bir qədər də intellektual çalarları ilə seçilir. Yeddinci sinifdə oxuduğu vaxtlardan şeir yazır və maraqlıdır ki, onun ilk şeirinin deyim tərzi ilə altmış yaşı ərəfəsində yazdığı şeirlərin üslubu arasında elə bir fərq yoxdur".
Poeziya həvəskarlarının ixtıyarına verilən yeni poetik toplu şairin son dövrlərdə qələmə aldığı şeirlərdən ibarətdir. Kitabı Azərbaycan Yazıçılar Birliyinin kitabxanasından əldə etmək olar. Qiyməti 4.50 AZN-dir.
İnanırıq ki, şairin bu kitabı oxucuları və sevənləri tərəfindən maraqla qarşılanacaq.

Комментариев нет:

Отправить комментарий