Страницы

10.01.2016

«Liberal», «liberalist» və «liberast»

Anatoliy Bednov

“Liberalizm”... Bəziləri üçün “bizim hər şeyimiz” və insanlığın inkişafında çələng, digərləri üçün az qala söyüşdür. Əsası hələ Volterin povestlərində və publisistikasında qoyulmuş ideologiya. Bundan başqa, müasir dövrdə vahid liberal ideologiyanın mövcudluğu haqda danışmaq, məsəslən, millətçiliyin vahid doktrinasının varlığı haqda danışmaq kimi əsassızdır. Millətçilik sözü altında şərti olaraq müxtəlif şeyləri, nə gəldi başa düşürlər. Liberalizmlə də vəziyyət eynidir.
Liberalizm siyasi həyatda şəxsiyyətin toxunulmazlığı, onun hüquq və azadlıqlarının qanunla müdafiəsinin vacibliyi,hakimiyyətin bölünməsi,yerli birliklərin müstəqilliyi, müstəqil və açıq məhkəmə, dünyəvi dövlət və s.kimi fundamental prinsiplərə riayət etməyi nəzərdə tutur və həqiqətən siyasi liberal olmaq onun ruhuna və əlifbasına ciddi əməl etmək deməkdir. Bu dəyərləri bölüşmək və onlara əməl etmək üçün öz iqtisadi baxışında liberal olmaq vacib deyil- bu prinsiplər həm sosial-demokratlar,həm xalq sosialistləri, həm də kommunistlərin bir qismi üçün ümumidir. Millətçilərin də arasında bu əsasları bölüşənlərə rast gəlinir (hər halda yalnız sözdə). Sosial liberalizm strukturlaşmış vətəndaş cəmiyyətinə can atır- bəs bu 21-ci əsr xalqçılığı deyilmi, harda ki, çoxdan yox olmuş kənd icmasını özfəaliyyət strukturlarının səpintiləri (qeyri-kommersiya təşkilatları, yerli özünüidarə orqanları, dini icmalar, etnik diasporlar və s.) əvəz edir.
İqtisadi liberalizm isə, əksinə, cəmiyyəti çoxqatlı, çoxstrukturlu bütöv kimi deyil, atom insan-hissəciklərin, “iqtisadi insanların” Broun hərəkəti kimi nəzərdən keçirir. İqtisadi liberalizmin müqəddəs inəyi Bazardır. Əgər siyasi liberalizm dövlətin funksiyalarını vətəndaş cəmiyyətinin xeyrinə məhdudlaşdırmağa çalışırsa, iqtisadi liberalizm şəxsi təşəbbüsə mane olmamaq üçün milli təsərrüfatda dövlətin rolunu “gecə qarovulu” roluna endirməyə çalışır. Bununla belə, o azad sahibkarlıqdan ötrü sosial siyasəti minimallaşdırmaq istəyir.
Belə liberalizm demokratiya və siyasi azadlığı mütləq dəyərlər kimi nəzərdə tutmur. O, azad iqtisadiyyat naminə Ali Şuranı və ya prezident sarayını güllələyə bilər. Vətəndaşların hüquq və azadlığını məhdudlaşdırmaq və ya hətta müvəqqəti ləğv etmək; demokratiyanı hansısa “yeddi bankir” oliqarxa, “üç yüz ailəyə” vermək və ya general diktaturası qurmaq... Seçki hüququnu pul və ya mülkiyyət senzi vasitəsilə məhdudlaşdırmaq. Xalqları məhv etmək, ehtiyat kimi satmaq və ya liberal sivilizasiya çərçivəsinə aid olmayan xalqları opiumla zəhərləmək.
Beləliklə, iki konseptual fərqli liberalizmlə qaşılaşırıq. Amma liberalizmin ayrıca fərdə və ya bütünlükdə cəmiyyətə nəzərən azlıqların (istənlən azlıqların- təkcə etnik və dini azlıqların deyil) hüquqlarını mütləqləşdirən üçüncü növü də var. Liberalizmin bu növü “libertarianlıq” adlandırılır, rus publisistləri onu “liberastlıq” adlandırırlar. Bu növ liberallar istənilən azlıq üçün xüsusi hüquqlar və hətta üstünlüklər tələb edirlər. Müasir Avropada liberalizmin məhz bu növü qələbə çalıb. Belə liberalizm nöqteyi nəzərindən əhalinin istənilən azsaylı qrupun hüququ xüsusi dəyərə malikdir, bu istər zoofil və ya pedofil olsun,istərsə də, narkoman və manyaklar. Libertarianizm fəlsəfəsinə əsasən hətta ,məsələn, cinayətkarlar və terroristlər də əhalinin qanuna riayət edən çoxluğuna nəzərən “müqəddəs” hüquqlara malikdirlər. Bu koordinat sisteminin azlıqlarına oliqarxlar da aiddir- azsaylı sosial azlıq kimi (1-ci növü – A, 2-ci növü B, 3-cü növü – C adlandıraq).
Avropada isə məhz 3-cü növ liberalism hakim mövqe tutub. Hər iki ideoloqem klassik liberalizmdən uzaqdır. Ritorik bir sual vermək qalır: əgər Avropa şəhərlərinin küçələrində heyvan müdafiəçiləri və zoofillər bir-birilə toqquşsalar, yerli Femida hansı tərəfi tutacaq? Axı, onların hər ikisi əks mövqedə dayanan azlıqlardır.
Liberal B parlamentli demokratiya tərəfdarı ola bilər, amma müqəddəs mülkiyyət hüququnun qeyri-liberal metodlarla müdafiəsi üçün general-qorillanı çağıra bilər.
Liberal C (liberast) də həmçinin onun bütün mümkün azlıqların müqəddəs hüquqları anlayışını bölüşməyən xalqların başına bomba yağdırmağa hazırdır. Bu iki liberalizm növü arasındakı fərq Buş və Obamanın ritorikası arasındakı fərqə bərabərdir.
Beləliklə, qarşımızda çox şeydə liberalizmə zidd olan 3 müxtəlif növ var: anlayışlar qarışıq düşməsin deyə, Liberalizm A tərəfdarını “liberalist”, liberalizm B tərəfdarını – sadəcə “liberal”, liberalizm C tərəfdarını – “libertarian”, sadə dildə “liberast”, onun klassik liberalizmdən fərqlənən inam simvolunu isə - “liberazm” adlandıraq. Müasir qərb dünyasının tendensiyası olan B və C liberalizmlər liberalizmə A-ya qarşı birləşirlər. Buna nümunə olaraq, çoxsaylı qərb və qərbə meyilli KİV-i göstərmək olar. Məlumatsız və qərəzli insanlar bu 3 liberalizm arasında əsas fərqləri bilmədən onları birləşdirirlər.
Bugün liberalizmin “liberallardan” və “liberastlardan” müdafiəsinə ideyaca liberalizmdən uzaq olan insanlar – sosialistlər və kommunistlər, monarxistlər, xalqçılar və digərləri qalxırlar. Əgər “liberallar” oliqarxların qanunsuz yolla qazandıqları kapitalları, “liberastlar” pedofillərin müqəddəs hüquqlarını müdafiə etmək üçün jandarmeriya çağırırsa, liberalistlər “liberal olmayan” çoxluğun tərəfində olur.
Sonda müasir Avropanın məşhur yazıçısı və mütəffəkiri Mişel Uelbekdən sitat gətirək:
Biz liberalizm ideologiyasından üz döndəririk, çünki, o bizim həyatımıza məna qatmaq, individin insan cəmiyyəti adlandırılmağa layiq cəmiyyətdə özü kimiləri ilə birlikdə dinc yaşaması üçün yol göstərmək bacarığında deyil. Burası da var ki, o heç belə hədəflər də qoymur – onun hədəfləri tamamilə başqadır.
Liberalizm eres kimi doğuldu, doqmaya çevrildi və yeni doqmalarla sıxışdırılıb çıxarılmış mövhumat kimi məhv oldu. Onun əsas prinsipləri bir gün yeni həyat qazancaq... amma artıq qeyri-liberal əllərdə.

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/posts/286531588151253

Комментариев нет:

Отправить комментарий