Страницы

23.01.2016

On üç tərkibli nəsihətlər

◘Həzrət Əli (ə) deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Məsx edilmiş (şəkli dəyişdirilmiş) heyvanlar hansılardır?” Buyurdu: “On üç heyvan; fil, ayı, donuz, meymun, ilanbalığı, kərtənkələ, yarasa, qara qurd, əqrəb, hörümçək, dovşan, süheyl və zöhrə (sonuncu iki heyvan dənizdə yaşayan su heyvanlarıdır.)” Soruşdum: 
“Bunların məsx olmasının səbəbi nədir: Buyurdu: Fil «ləvatla məşğul olan» bir kişi idi. Ayı «mərde mabuni» idi ki, kişiləri özünə çağırırdı. Donuz olanlar bir dəstə nəsrani idi ki, Allahdan onlara asimandan bir yemək göndərmələrini istədilər və bu istəkləri həyata keçdi, lakin, bu hadisə onların küfrlərini daha da artırdı. Meymun olanlar öz dinlərinin şənbə günü barədə onlara verdiyi göstərişə boyun əyməyənlər idi. İlanbalığı öz arvadını başqa kişilərin ixtiyarında qoyan bir dəyyus idi. Kərtənkələ köçəri həyat tərzi yaşayan bir nəfər idi ki, Həccə gedənlərin yolu üstündə gizlənib onların mallarını oğurlayardı. Yarasa da xurma oğrusu idi ki, camaatın xurmasını elə ağacların üstündən oğurlayardı. Qara qurd dostların arasını vurmaqla məşğul olan sözgəzdirən bir şəxs idi. Əqrəb acıdilin biri idi ki, dili ilə hamını sancardı. Hörümçək ərinə xəyanət edən qadın idi. Dovşana çevrilən də bir qadın idi ki, heyz və s. qüsullar almazdı. Süheyl yəmən əhlindən olan bir nəfər idi. Zöhrə isə Harut və Marut adlı mələkləri aldadan nəsrani qadın idi.”
Mərhum Şeyx Səduq buyurur ki, məsx olan insanlar üç gündən artıq yaşamırlar və onların nəsil artırma qabiliyyətləri də olmur. Yuxarıda qeyd olunan məsx olunmalar şərti xarakter daşıyır. Yə`ni, məsx olunan insanlar sadəcə olaraq adları çəkilən heyvanlar şəklinə çevrilmişlər, nəinki, həmin heyvanların mənşəyi bu məsx olunmadan başlanır.

***
Əmirəl-mö`mininin (ə) on üç fəziləti

◘Cabir ibn Əbdüllah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əlidə (ə) bir sıra fəzilətlər var ki, əgər onların biri sair insanlarda olsa onlara bəs edər. Bunlar aşağıdakılardır: 
1. Hər kəsin rəhbəri mənəmsə Əli də onun rəhbəridir.
2. Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir.
3. Əli məndəndir, Mən də Əlidən.
4. Şəxsən mənim öz yerimdədir–ona itaət mənə itaətdir, ona itaətsizlik mənə itaətsizlikdir.
5. Əli ilə müharibə Allahla müharibə, onunla sülh Allahla sülh deməkdir.
6. Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir. 
7. Əli Allahın hüccəti və bəndələri arasında Onun canişinidir.
8. Əli ilə dostluq iman, düşmənçilik isə küfr əlamətidir.
9. Əlinin dəstəsi Allahın dəstəsi, düşmənlərinin dəstəsi isə Şeytanın dəstəsidir. 
10. Əli haqq ilədir, haqq da Əli ilə. Kövsər hovuzuna qədər bir-birindən ayrılmazlar. 
11.Əli Cənnət və Cəhənnəmi ayırandır.
12. Əlidən ayrılan məndən ayrılıb, məndən ayrılan isə Allahdan ayrılıb.
13.Qiyamət gününün nicat tapanları Əlinin şiələridir.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий