Страницы

21.01.2016

Xakasiyada satıcısı olmayan mağaza açılıb

Rusiya Federasiyasının Xakasiya respublikasında çörək satışı ilə məşğul olan satıcısız və kassirsiz mağaza mağaza açılıb. Qəribə burasıdır ki, mağazadan heç kəs oğurluq etmir. 
Dükana hər 2-3 gündən bir çörək gətirilir. Vitrində "Özünəxidmət" sözü yazılıb. Klientlər çörəyi götürdükdən sonra pulu korobkaya qoyub gedirlər.
Mağazanın sahibi yerli polis işçisi ilə əhalinin düzgünlüyü barədə etdiyi mübahisəsindən sonra bu cür qeyri-adi dükan açmaq fikrinə düşmüşdür.
Polis idarəsinin təəccübünə rəğmən mağazada hələ indiyədək oğurluq hadisəsi olmamışdır. Hətta keçmiş məhbuslar belə götürdükləri çörəyin müqabilində pulu korobkaya qoyub gedirlər. Günün axırında isə məlum olur ki, korobkadakı pul satılan çörəyin miqdarından çoxdur- görünür kimsə əlavə "çaypulu" da saxlayır...
Xalq arasında həmin ticarət obyektinə "düzgün dükan" adı verilib.

Комментариев нет:

Отправить комментарий