Страницы

14.03.2016

Bayramın canından toz qopanda

Ramin Cahangirzadə

Bayramın canından toz qopanda
Ağaclar yuxudan kal oyanırlar
Yel əsnəyir yorqun yollardan
Rəngi dəyişir fəsillərin
Adamın canından çıxmır şaxta
Minimal çiçəklərin
İpinə odun yığmaq olmaz
Nəlbəkidə əkdilər mərciləri
Calandı günəşin depresli işığı 
Ağnavaz suların üstünə
Nitqi açılmaz buludların
İnilti qopmaz qərənfillərdən
Nanəcib Ala qarğalar cücələrimizi oğurlayanda
Dişimizin dibindən gələni desək də,
Axıb gedəcək hər nə
Narıncı baxışlarda narıncı sözlər olar
Toqquşmasın çiyinlər bir birinə
Oxumasın dodaqlar bahar mahnısını
Zümrüd quşu yandırmasın özünü
Qaranquşların heykəlini yondular qarlı havada
Orqanismini dəyişdi robotik kosalar
Pəncərəmizə püfləməsin bahar qızı
Aramızdan silinməz bu soyuq, bu boran
Nifrinlənibdir torpağın beyni
Dingilvaya düşüb keçəl
Adamın sümüyünə düşmür bu bahar

Комментариев нет:

Отправить комментарий