Страницы

22.03.2016

Elşad Xaqan - MÖVLA ƏLİ

Zülmün evin ey eləyən tarmar,
Zalimə düşmən, həmi məzlumə yar,
Ey çəkən Haqq eşqi ilə Zülfüqar,
La fəta illa Əli, Mövla Əli!

Ram elədin nəfsivi, qüdrətlisən,
Cəngdə ən güclü və qüvvətlisən,
Yox sənə həmtay, şücaətlisən,
Şiri-Təala Əli, Mövla Əli!

Şiələrin gör necə zillət çəkir,
Ağlayır hər gün, gözü qan-yaş tökür,
Namus, həya, həm abır, ismət itir,
Dadə yetiş, ya Əli, Mövla Əli!

Kim ki yolun Ali-Əbanın gedər,
Məhşərə izzətlə, üzü ağ gələr,
İzn ver, olsun sənə Xaqan nökər,
Ya Əli, Mövla Əli, Mövla Əli!

Комментариев нет:

Отправить комментарий