Страницы

29.03.2016

Haaretz: Sünni-şiə fitnəsi İsrailin təhlükəsizliyinə xidmət edir

İsraildə yayımlanan tanınmış "Haaretz" qəzeti müsəlman ölkələrinin sünni-şiə fitnəsilə üz-üzə durması və bir-birinə düşmən mövqedə olması məsələsini İsrailin xeyrinə işlədiyini yazıb

İslamazeri.az-ın verdiyi məlumata əsasən, İsrailin “Haaretz” qəzeti  İran və “Hizbullah”-ın ərəb ölkələrinə nüfuz etməsinin qarşısının alınmasının vacibliyini qeyd edərək, dünyadakı sünni-şiə müharibələrinin alovlandırılmasının lazım olduğunu yazıb. Analitik yazıda qeyd edilir: "İranla sünnü ərəb ölkələri arasında olan problemlər və konfliktlər nə qədər çox və dərin olarsa İsrailin təhlükəsizliyi də az təhdid olunar. Hazırda sünnü ölkələri İsraildənsə, İranla qarşı-qarşıya durmağa daha meyillidirlər. Bu gün şiə-sünnü qarşıdurması ərəb-İsrail və yəhudi-müsəlman qarşıdurmasından daha çox gündəmdədir". Yazıda Fələstindəki bəzi sələfi qruplaşmaları sünni kimi təqdim olunaraq "Buna görə də,  Fələstinin bir çox təşkilatları Səudiyyə Ərəbistanını dəstəkləyirlər, İranı yox. Onlar hətta İran və “Hizbullah” əleyhinə olan hücumlarda da iştirak edirlər. Bu İsrail üçün hər tərəfli sülhü bərpa etmək üçün gözəl fürsətdir. Yaxın Şərqdə olan böhranlar İsrailin vəziyyətinin yaxşılaşmasına xidmət edir. Əgər İsrail İran və “Hizbullah”-ın nüfuzunu bölgədə azaltmaq istəyirsə bu fürsətdən maksimum istifadə etməlidir”, - deyə bildirilir. Qeyd edək ki, bir çox müstəqil analitik də, öz araşdırmalarında  "sünni-şiə" qarşıdurmasının İsrailin maraqlarına xidmət etdiyini qeyd edib.

Комментариев нет:

Отправить комментарий