Страницы

25.03.2016

Əlixan Musayev gəncləri belə İŞİD-çi edir

Azərbaycanlı sələfi lideri Əlixan Musayevin İŞİD-i dəstəkləməsi, öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın “din”i baxımdan vacib olmasına dair səs yazısı yayılıb.
Qərb dövlətlərinin və Bəşər Əsəd hökümətinin devrilməsində maraqlı olan beynəlxalq güclərin bir neçə il bundan öncə Suriyada vəhhabi İŞİD terrorçuları vasitəsilə başlatdığı müharibə hələ də davam etməkdədir. Himayədarlarının dəstəyi ilə İŞİD terrorçuları bu günə qədər Suriyada törətdiyi cinayətlər nəticəsində minlərlə insan öldürülüb, milyonlarla dinc sakin yaşadığı vətənlərindən didərgin düşüblər. Lakin baş verənlərin Azərbaycanla bağlı pis tərəfi isə gənclərimizin ölkədə təkfriçi və radikal cərəyanları yayan şəxslər tərəfindən “cihad”, “din” adı altında aldadılaraq İŞİD-ə qoşulmasıdır. Artıq bu proses nəticəsində qeyri-rəsmi məlumatlara görə, indiyə qədər Azərbaycandan İŞİD-ə qoşulanların sayı mindən çoxdur. Eyni halda “İŞİD”çi azərbaycanlılar arasında öldürülənlərin sayı isə yüz nəfərdən yuxarıdır.
Bütün bunlara baxmayaraq sözügedən cərəyan üzvləri ölkənin müxtəlif ərazilərində fəaliyyətlərini açıq-aşkar formada davam etdirirlər. Həmin sələfi və vəhhabi liderlərindən biri də adı bu günə qədər bir neçə dəfə İŞİD-ə dətək verməkdə hallandırılan Əlixan Musayevdir. İslaminSesi Moderator.az saytına istinadən xəbər verir ki, Əlixan Musayevin İŞİD-i dəstəkləməsi, öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın “din”i baxımdan vacib olmasına dair səs yazısı yayılıb. Həmin səs yazısını sizlərə təqdim edirik.

Комментариев нет:

Отправить комментарий