Страницы

01.03.2016

MTN-dəki “təmizələmələr”dən sonra Bakıda vəhhabi ovu təsadüfidir?

Redaksiyamıza daxil olan məlumatlarda hazırda istintaqa cəlb olunan MTN-çilər arasında pul qarşılığında radikal islamçılara, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına simpatiyasını gizlətməyən şəxslərə himayədarlıq edənlərin olduğu da deyilir.
Bildirilir ki, bəzi MTN-çilər vəhhabilərdən pul almaqla uzun illər onların Bakı və rayonlarda şəbəkələşməsinə göz yumub, dini radikalizmi təbliğ edən dini ədəbiyyatların yayılmasının qarşısını almayıblar. Maraqlıdır ki, MTN-də baş verən "təmizləmələr”dən sonra Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var. Q.Süleymanov özü isə musavat.com-a açıqlamasında tutulan şəxsin onun müavini olmadığını deyib. Əməliyyatın baş tutduğu kafedən dini xarakterli ədəbiyyat da götürülüb. Xəbər verilir ki, tutulanlardan bir neçəsinə qarşı CM-in 168.2-ci - dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə - maddəsi üzrə cinayət işi başlanıb. Tutulanlar arasında Zaqatala rayon sakinləri Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldar oğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovun olduğu bildirlir. Hazırda saxlanılanların Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb-döyüşmədiyi araşdırılır. Ehtimal edilir ki, onların Suriya və İraqda döyüşən radikallarla əlaqələri var. /xeberman.com/

Комментариев нет:

Отправить комментарий