Страницы

19.03.2016

Putin: Azərbaycanlıları müdafiə edəcəyik

Fransanın "Le Mond" qəzetinin baş redaktoru Silviya Kaufmanın "İran hücuma məruz qalarsa, Rusiyanın reaksiyası necə olacaq?" sualına cavabında Prezident Vladimir Putin maraqlı cavablar verib.
Resmixeber.az Azadinform.az- a- istinadən məlumatına görə, o bildirib ki, Rusiya İrana hərbi müdaxilə və güc tətbiq edilməsinin qəti əleyhinədir və bunun üçün onun kifayət qədər tutarlı səbəbləri var. İranın öz suverenliyini qorumaq üçün hər hansı bir hücuma məruz qaldığı halda nüvə silahından istifadəsi qəbul olunandır.
"İran əhalisinin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır. Bu, təxminən 20 milyon nəfər edir. Sözsüz ki, İranda hər hansı münaqişə olsa, bu, Azərbaycana böyük qaçqın kütləsinə səbəb ola bilər. Bizim Azərbaycanla keçmiş SSRİ respublikası kimi xüsusi əlaqələrimiz var. Bizdə Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Sözsüz ki, bu bizim üçün sosial-iqtisadi və siyasi cəhətdən mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə İrana hər hansı bir hücum olsa, biz Rusiya olaraq İranı, azərbaycanlıları müdafiə edəcəyik".

Комментариев нет:

Отправить комментарий