Страницы

17.03.2016

Sovet vaxtında rus ordusu ermənilərə qarşı vuruşurdu

Rusiya bizim hərbçilərə təlim kecib ermənilərə qarşı bizimlə bir cəbhədə vuruşurdu
Mütləq oxuyun!
Məlumdur ki, ABŞ tərəfindən qan gölünə cevrilən Suriyaya, Rusiya dəstək verir. Əsədi himayə edib öz hərbi qüvvəsi ilə Suriya tərəfindən terrorçulara qarşı vuruşur. Bir anlıq təssəvür edin ki, çevriliş edib Əsədi devirirlər, yerinə ABŞ-ın dəstəklədiyi bir adam hakimiyyətə gəlir. Bələ bir vəziyyətdə sizcə Rusiya yenə Suriyanın yanında olacaq? Əlbətdə yox... Putin yox e, heç bir axmaq belə iş görməz.
Eyni ilə bu formada ABŞ Azərbaycanda da Qarabağ münaqişəsini alovlandırdı. Bu Sovetləri dağıtmaq ücün “GLADİO” planının tərkib hissəsi idi. Rusiya da ABŞ tərəfindən yaradılan bu problemin həlli üçün bölgədə bir hegemon dövlət kimi Azərbaycan höküməti ilə hərbi əməkdaşlıq etməyə başladı. Bəlkə indiki nəsildən çox az adam bilir ki, Rusiya bizim hərbiçilərə təlim kecib ermənilərə qarşı Azərbaycanla bir cəbhədə vuruşurdu. Suriyadakı kimi! Kim deyirsə Qarabağ problemini ruslar yaratdi... Yalandır! Elə Sovet vaxtında rus/ sovet ordusu ermənilərə qarşı vuruşurdu. Buna misal “HƏLQƏ” əməliyyatını göstərmək olar.

“Həlqə” əməliyyatı (1991-ci il, aprel-may və iyun-iyul ayları) haqqında çoxları ya bilmir, ya da yadlarından çıx(ar)ıb. Ya da qəsdən bu barədə camaatı məlumatlandırmırlar... Erməni yaraqlılarına qarşı bu əməliyyat rus/sovet ordusunun dəstəyi ilə həyata keçirilib. Bu Azərbaycan üçün çox ciddi uğur idi.
Ayaz Mütəllibovun təşəbbüsü ilə Azərbaycan hökuməti Moskva ilə Yerevanın münasibətlərinin pisləşməsindən istifadə edərək, əlverişli məqamda “Həlqə” əməliyyatını keçirmişdi. Bəs sonra necə oldu ki, Rusiya erməni tərəfinə keçdi?

Siz fikir verin bu zaman uğurlu Çaykənd əməliyatı başa çatanda (15 may 1991-ci il) Qərbpərəst Elçibəyin qaragüruhçu pantürkist komandası (naxçıvanlılardan ibarət AXC) “Həlqə” əməliyyatını pisləyən bəyanat verdilər: "Azərbaycan hökuməti erməniləri deportasiya edir!". Ən pisi o idi ki, ermənilər siyasi müxalifətin bu bəyanatını əllərində bayraq edib, bütün dünyaya car çəkdilər.
Buna baxmayaraq “Həlqə” əməliyyatı nəticəsində ermənilərdən 24 kənd təmizləndi: Xanlar rayonunda 2 kənd, Göranboy rayonunda 3 kənd, Şuşa rayonunda 5 kənd, Hadrut rayonunda 14 kənd. Ermənilər indiyədək yazırlar ki, Azərbaycan rusların köməyi ilə kəndlərdə etnik təmizləmə aparmışdır və minlərlə erməni deportasiya olunmuşdur. Azərbaycanın üçrəngli bayrağı münaqişə başlayandan ilk və yeganə dəfə idi ki, Xankəndidə dalğalanırdı.

Ermənilər səhvlərini tez başa düşdü və “Həlqə” əməliyatlnı heç qabartmırlar da. Lakin biz başa düşmədik ki əlimizə necə şans keçib! Əksinə hər şeyi ermənilərin xeyrinə elədik. Loru dildə rusa belə dedik: “Lazım deyilsən, get erməniyə kömək elə!”.
Bəli, AXC-yə rusla dost yox, düşmən olmaq lazım idi, onu da etdilər. AXC-yə Türkiyəyə SABUN kimi girmək lazım idi. AXC-yə Şimal və Cənub qonşularmıza şıllaq ataraq iki əlli Türkiyədən yapışmaq lazım idi. AXC-yə (AXC-dəki kürd qrupuna) HAKİMİYYƏTİ ƏLDƏ ETMƏK ÜÇÜN TORPAQ VERMƏK LAZIM İDİ!!! Onu da etdilər. Məhz buna görə Ayaz Mütəllibovun komandası vertolyotda partladıldı. 
AXC ermənilərlə əlbir olub Xocalı soyqırımını törətməklə Mutəllibovu devirdi və silahlı çevrilişlə hakimiyyətə gəldilər.

Elçibəy də xüsusi tapşırıqla prezident kreslosunu isitməmiş Təbrizə bayrağını sancacağını dedi. “10 ilə Rusiyadan Dərbəndi, İrandan Cənubi Azərbaycanı alaçağıq”. Budur bunların ağlı! Bu tip sərsəm bəyanatlarla Rusiya və İranla açıq cəngə çıxdılar. Bambılı hərəkətlər Azərbaycana fəlakətlər gətirdi. Ağsaqqal Azərbaycandan rus qoşunlarını çıxartdı. İranın hərbi və maliyyə yardımını götürməkdən imtina etdi. Dedi mən Türkiyədən yardım alacağam. Türklər də ona atdı, yardım etmədi. Heç qoz da vermədi. 
Butun bunlar ona səbəb oldu ki indi bizim Qarabağ boyda problemimiz var. Görün nə tip ünsürləri bizə lider kimi sırıyırlar! Yazıya fakt olaraq videonu da yerləşdirirəm ki, axıra qədər baxasınız. Baxın, görün azərbaycanlılar necə rus əsgərlərinə öz minnətdarlığını bildirir!
Bəyənıb paylaşın ki, haqq hamıya çatsın. 
Haqqı tanıyın! Haqla olun! Haqqı paylaşın!

https://www.facebook.com/Bermek.daqli.5?fref=nf

Комментариев нет:

Отправить комментарий