Страницы

20.04.2016

Əhali kütləvi şəkildə kreditləri ödəməkdən imtina edir - BANKLAR ŞOKDA

Azərbaycanda ard-arda iki devalivasiyanın olması təkcə əhalini deyil, elə yerli bankları və istehsal sahələrini də çətin duruma salıb. Xüsusən dollarla kredit almış əhali və istehsalçıların durumu daha vahiməlidir.
Məlumdur ki, sonuncu devalivasiyadan sonra banklar verdikləri kreditlərin geri alınması üçün ciddi problemlərlə üzləşiblər. Əhalinin maddi gəlirlərinin aşağı düşməsi, kredit verilmiş bəzi istehsal sahələrinin bağlanılması, sahibkarların bir çoxunun fəaliyyətlərini dayandırması ödəniş məsələsində dəhşətli vəziyyət yaradıb. Artıq banklarda ödənişlərin gecikməsi səbəbində yaşanan gərginlik bəzilərini müflis vəziyyətə sala biləcək həddə yetişib.
Bank rəhbərləri artıq həyacan təbili çalaraq, hökumətə xəbərdarlıq etməkdədir. Belə ki, onlar təcili islahata getməyin və bəzi güzəştlərin tətbiq olunmasını tələb edirlər. Məlumatlarda vurğulanır ki, banklar hökumətdən dollarla krediti olanlar üçün ödənişin 1,05 manatla olmasını istəyirlər. Bu zaman ortada fərq kimi, 300 milyon manata yaxın vəsait qalır ki, banklar da onun ən azı 70 faizinin hökumət tərəfindən ödənilməsini təklif edirlər. Belə olan təqdirdə, 90 milyon manatlıq ödənilməyən hissəni yerli banklar özləri kompensasiya edə biləcəklərini də vurğulayıblar. Lakin rəsmi qurumlar bu təkliflərə müsbət yanaşmırlar və o səbəbdən də problem getdikcə daha da artmaqdadır.
Qeyd edək ki, hazırda əhali maddi durumundan dolayı kütləvi şəkildə kreditlərini ödəməkdən imtina edirlər. Artıq banklarla borclular arasında bir neçə münaqişəli durum yaranıb. İşin məhkəmə yolu ilə həlli isə həm əlavə xərc tələb edir, həm də effektiv sayılmır. Girov qoyulmuş əmlakların geri alınmasında da ciddi sıxıntılar var. Ona görə ki, faktiki olaraq mənzil bazarı bərbad durumdadır. Və geri alınmış mənzil və əmlakların satılması da borcları qarşılamaq həddində deyil.
Politika.Az xəbər verir ki, hökumətin susqun dayanması və heç bir tədbir görməməsi çox maraqlıdır. Cəmi 200-300 milyon manatlıq bir fərqin qarşılana bilməməsinin məqsədli şəkildə həyata keçirildiyi də vurğulanır. Lakin beynəlxalq təcrübədən də məlumdur ki, əksər qonşu ölkələrimizdə analoji durumlar yaşandığı halda, onlar dəyən zərəri qarşılamaq üçün bəzi addımlar atıblar. Məsələn, Qırğızıstan hökuməti dollarla krediti olanlara əvvəlki kursla ödəniş etmələri güzəştini verib. Elə Qazaxıstan da buna bənzər addımlar atıb və pulun təngə ilə ödənilməsini reallaşdırıb.
İşin ən dəhşətli tərəfi isə odur ki, Azərbaycanda kredit borcları olan şəxslərin bəziləri intihara da əl atmağa başlayıblar. Bunun artıq kütləvi şəkil alma ehtimalları da böyükdür. Çünki əyalət insanları daha həssas davranaraq, özlərinə qəsd etməkdədirlər. Hökumət təcili tədbirlər görməyəcəyi təqdirdə durumun daha vahiməli şəkil alacağı isə qaçılmazdır. /politika.az/

Комментариев нет:

Отправить комментарий