Страницы

24.04.2016

İran, Xəzər Dənizi ilə Okeanı birləşdirir!

Bu layihə uzun illərdir İranın gündəmində idi, lakin Avropa və Amerika hər zaman buna qarşı çıxırdı. Çünki İranın yeni bir gəlir qaynağı əldə etməsini istəmirdilər. Rusiya isə bu layihəni hər zaman dəstəkləyən ölkələrdən biri olmuşdur. İran bu layihəyə 8 milyard pul ayıracaq. Nəzərinizə çattırım ki, Azərbaycanda bacarıqsız hökümət bir tək mənasız Avropa Olimpiyadasına 8 milyard pul xərclədi halbuki, həmin o pulla böyük işlər görmək olardı. İran isə 8 milyard xərcləyəcək, amma gələcəkdə 8 milyarddan qat-qat daha çox pul qazanmış olacaq. 
İran bu layihə ilə yeni bir gəlir qaynağı əldə etmiş olacaq. 
Belə ki, Xəzər dənizinə sərhədi olan ölkələr Fars körfəzinə və Okeana çıxa bilmələri üçün İran ərazisindən keçəcəklər və nəticədə bu da İranın gəlirlərini artıracaq. 
Lakin İran dövləti burada sırf öz maraqlarını düşünmür. Bu layihə baş verərsə, burada təkcə İran yox, həmçinin Azərbaycan, Rusiya,Türkmənistan, Qazaxıstan, bir sözlə Xəzərə girişi olan bütün ölkələr bu layihədən qazanclı çıxmış olacaqlar.
Bu layihədən sonra Azərbaycan gəmiləri Fars körfəzindən keçərək Okeana rahat şəkildə çıxa bilərlər. 
Həmçinin bu layihədən sonra Xəzərin çirkli suyu da təmizlənmiş olacaq. Türkiyə, Səudiyyə Ərəbistanı bu layihəyə qarşı çıxan ölkələrdəndir. Çünki hər iki ölkənin rəhbərləri Amerika yönlü olduqlarına görə ağaları nə desə, onu da edirlər.
Lakin artıq layihə hazırdır. Böyük ehtimalla yaxın zamanlarda təməl atma mərasimi olacaq. 
Xeyirli, Ugurlu Olsun!

https://www.facebook.com/TatNation1/photos/a.1452023448411609.1073741827.1452016605078960/1710735085873776/?type=3&theater

Комментариев нет:

Отправить комментарий