Страницы

21.04.2016

Seks-cihad: İŞİD 9 yaşlı qızlarla seksə icazə verdi!

The Daily Mail xəbər agentliyinin məlumatına əsasən İŞİD terror qruplaşması "müsəlmanlar üçün vacib olan yeni qaydalar"ı açıqlamışdır. Sənəddə 9 yaşlı qızlarla icdivaca girməyə və uşaq yaşlı qullardan istifadə etməyə icazə verilir.
The Daily Mail xəbər agentliyi bildirir ki, İŞİD-in nəzarətində olan Rakka şəhərinin divarlarında maraqlı plakatlar peyda olmuşdur. Həmin plakatlarda terrorçular şəhər sakinlərindən tələb edirlər ki, himayələrində olan körpə qız uşaqlarını İŞİD əsgərlərinin xidmətinə versinlər. Terrorçular öz tələblərini "seks-cihada uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi" ilə əsaslandırmışlar. Plakatda bildirilir ki, öz qızlarını İŞİD əsgərlərinin sərəncamına verməyən sakinlər şəriət qanunlarına uyğun şəkildə cəzalandırılacaqlar.
İraqın Mosul şəhərində isə İŞİD terrorçuları 250 iraqlı qadını qətlə yetirmişlər. REN-TV məlumat verir ki, həmin qadınlar İŞİD döyüşçüləri ilə intim yaxınlıqdan boyun qaçırdıqlarına görə cəzalandırılmışlar. Terrorçular Mosul şəhərinin mərkəzi küşələrində nümayişkəranə şəkildə 250 qadının boynunu qılıncla vurmuşlar. Məlumatda bildirilir ki, son zamanlar İŞİD-çilər tərəfindən iraqlı qadınları oğurlanması və təcavüz edilməsi halları çoxalmışdır. İndiyədək Mosulda 850 qadın İŞİD terrorçularının cinsi təcavüzünə məruz qalaraq öldürülmüşdür.
Xatırladaq ki, İŞİD terrorçuları bu ilin aprel ayında oğurladıqları 175 nəfəri edam etmişlər. Dumeyr şəhərindəki sement zavoduna hücum zamanı isə 300 nəfəri ələ keçirmiş və bir müddət sonra hamısını qətlə yetirmişlər. Bəzi hallarda İŞİD-çilər onlarla intim yaxınlıq etməyə razı olmayan qadınları ailə üzvləri ilə birgə öldürmüşlər. İŞİD dövlətinin nəzarətində olan böyük şəhərlərin hamısında seks-qulların satıldığı bazarlar fəaliyyət göstərir. Bildirilir ki, həmin bazarların fəaliyyətindən İŞİD komandirləri böyük pullar əldə edirlər.

Комментариев нет:

Отправить комментарий