Страницы

01.05.2016

Aydın Məmmədov Qarabağ qaçqınının evinə hücum etdi

Cəlilabad rayonu Gülməmmədli kənd sakini Səfərov Qürbət tərəfindən dövlət orqanlarına göndərilən şikayət məktubunun surəti redaksiyamızın poçtuna ünvanlanmışdır. Vətəndaş iddia edir ki, Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov onun yaşadığı ünvana gələrək onu təhqir etmişdir.

Yazıb sizə bildirirəm ki, 26 apreldə gecə saat 22.00-da Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov şəxsən özü işçiləri ilə qapıma soxularaq məni təhqir etdi. Yalandan dedi ki, guya mən kənar xətdən enerji götürürəm. Birbaşa dedi ki, stolba almağa 200 manat ver, sənin evinin elektrik enerjesi ilə bərpasını təmin edək. Razılaşmadım, o elə həyat yoldaşımın yanında mənə təhqiramiz sözlər dedi. Əsəbdən səhərə kimi yatmadım, dərmanlar qəbul etdim. Səhəri gün Cəlilabad rayon EPŞ binasına gəlib müdir Aydın Məmmədovun qəbulunda oldum. Elə içəri girən kimi yenə mənə dedi ki, 200 manatı gətirmisən? Mən etiraz etdim, bu zaman yenə mənə pis söyüşlər söydü. Hətta külqabını götürüb dedi ki, bunu sənin başına vuraram. Bu adam psixi xəstədir, tanıyanlar bilir ki, vəzifə onu yeri deyil. Mən yaşlı adamam, ali təhsilli müəlliməm, şairəm, bu vaxta kimi belə münasibət heç yerdə görməmişəm. Qəbulunda olan insanlarla kobud danışır, gecə vaxtı yanında heç bir dövlət nümayəndəsi olmadan camaatın qapısına, həyət-bacasına soxulub xırda borc üstündə əhalinin işığını kəsir. Mən özüm ağdamlıyam, bir tərəfdən Qarabağ dərdi ürəyimi xəstəliyə salıb, bir tərəfdən də Aydın Məmmədov kimi məmurların əməlləri axırıma çıxıb. Xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsi rəhbərinin əməllərinə hüquqi qiymət verəsiniz. /xeberdaram.az/

Səfərov Qürbət, Cəlilabad rayonu Gülməmmədli kəndi

Aşağıdakı şəkildə: Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov

Комментариев нет:

Отправить комментарий