Страницы

08.05.2016

Hacı İbrahim Nehrəmlinin adı daha bir maliyyə qalmaqalında – İş adamı məhkəməyə verilir

"Khazar Island” ("Xəzər adaları”) layihəsindən yaxşı tanıdığımız iş adamı, "Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli haqqında son zamanlar sensasion məlumatlar səngimir. Maraqlısı odur ki, iş adamının adı artıq fantastik layihələrdə deyil, fantastik borc rəqəmlərində, xüsusilə də "Xəzər adaları” ilə bağlı borc xəbərlərində hallanır.
Hacı İbrahim Nehrəmli və onun rəhbərlik etdiyi fantastik layihə ilə bağlı Moderator.az-a növbəti sensasion məlumat daxil olub.
Məlumatda bildirilir ki, Hacı İbrahim Nehrəmli daha bir şirkətə, "ASR” şirkətinə xeyli məbləğdə borclanıb.
"ASR” şirkəti "Xəzər adaları” layihəsinin içməli su təminatçısı olub və Hacı İbrahimin layihəsini "Göy-Göl” suları ilə təmin edib. Ancaq müəyyən müddətdən sonra iş adamının "ASR” şirkətinə xeyli miqdarda borcu yaranıb və buna görə də şirkət onlara su satışını dayandırıb. İndiyə qədər də "ASR” şirkəti satdıqları suyun pulunu ala bilmir və artıq Hacı İbrahim Nehrəmli buna görə məhkəməyə verilib.
Məlumatı dəqiqləşdirmək üçün "ASR” şirkəti ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətindən məlumatı təsdiqlədilər. Və bildirdilər ki, "Xəzər adaları” layihəsi üçün satdıqları suyun borcunun bir hissəsini ala bilsələr də, Hacı İbrahim borcun qalanını ödəmir. Hacı İbrahimin nümayəndəsi yaranmış borcun ödəniləcəyinə söz versə də, heç bir nəticəsi olmayıb. İndi isə iş adamının nümayəndəsi bildirir ki, Hacı İbrahim ölkədə yoxdur və borcunuzu ödəyə bilmirik. Buna görə də şirkətlər arasında narazılıq yaranıb. "ASR” şirkətinin ümidi artıq işin qanuni yolla həll edilməsinə qalıb və buna görə də yeganə çıxış yolunu məhkəmədə görüblər. /reyting.az/

Комментариев нет:

Отправить комментарий