Страницы

03.05.2016

İranın yardımından imtina edib İsraildən rədd cavabı alan azərbaycanlı prezident

Ermənistanla-Azərbaycan arasında başlanan və 1991-1994-cü illərə əhatə edən birinci Qarabağ müharibəsi haqda kifayət qədər video-foto və yazılı sənədlər mövcuddur. Hər kəsin o cümlədən dünyanın bildiyi, lakin qəbul etmək istəmədiyi reallıq ondan ibarətdir ki, Qarabağ müharibəsi 1988-ci ildən ermənilərin Azərbaycana ərazi iddiaları əsasında başlamış və 1991-ci ildə müharibəyə çevrilmişdir. Yəni Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycanın Dağlıq Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edərək 30 000 yaxın insanın ölümünə bais olmuşdur. İxtilaf 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatsa da, bu günə qədər acı nəticələri və gizli məqamları haqda danışılır. Lakin təəssüflər olsun ki, Qarabağ müharibəsi haqqında bəzi real faktlar hələ də açılmır. Bu sənədlərin müxtəlif siyasi səbəblərdən açılmaması isə insanların fikirlərini düzgün olmayan istiqamətlərə yönəldir. Belə ki, uzun illər aparılan təbliğatın nəticəsində Azərbaycan əhalisinin əksəriyyəti Qarabağ müharibəsində qonşu dövlət olan İranı Azərbaycana dəstək verməməkdə qınayır. Halbuki 1-ci Qarabağ müharibəsi zamanı İslam Respublikasının Azərbaycanı dəstəklədiyi və hər zaman köməyə hazır olduğu barədə kifayət qədər yazılı sənədlər mövcuddur.
İslaminSesi bu sənədlərdən birini təqdim edir. Aşağıda gördüyünüz dərgi Rusiyanın "Nezavisimaya” qəzetidir. Qəzetdə 8 aprel 1993-cü ildə dərc olunan yazıya diqqət etdikdə olduqca maraqlı və eyni zamanda ciddi faktlar ortaya çıxır.

Qeyd edək ki, qəzetdə yazılanları Rus dilini başa düşən şəxslər birbaşa oxuyub anlaya bilərlər. Məqalənin qısa izahı ondan ibarətdir ki, Ermənistan hərbi qüvvələrinin Füzuli rayonunu işğal etməsi İran-Azərbaycan sərhəddi üçün çox böyük təhlükədir: "Döyüşlər İran-Azərbaycan sərhəddinin 200 kilometrliyində gedir. Hətta o zaman qondarma Dağlıq Qarabağda çəkilişlər aparan erməni jurnalist məlumat verir ki, Azərbaycanla sərhəddə İrana məxsus iki hərbi polk döyüşə tam hazır vəziyyətə gətirilib. Həmin hərbi polklar Azərbaycan rəhbərliyinin İrana kömək üçün müraciət etməsini gözləyirlər. Müraciət olunacağı təqdirdə İran ordusu Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün köməyə gəlməyə hazırdır. Hətta aprel ayının 6-da Tehran radiosunda Dağlıq Qarabağda gedən döyüşlər müzakirə olunub və yekun nəticəyə gəlinib ki, Ermənistan hərbi qüvvələrinin heç bir haqq qazandırılması mümkün olmayan separatçı hərəkətləri nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz və qonşu ölkələr üçün də təhlükə törədir”.
Lakin təəssüflər olsun ki, o zamankı Azərbaycan rəhbərliyi başda prezident Əbülfəz Elçibəy olmaqla İranın bu təklifinə heç bir reaksiya verməyib. Məqalənin ardında yazılır: "Ermənstanla gedən ağır döyüşlər ərəfəsində Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy bir dəfə də olsun İran tərəfinin kömək təklifi ilə Rəfsəncani ilə telefon əlaqəsi saxlamayıb. Bütün məsələlər yalnız İranın azərbaycandakı səfirliyi ilə müzakirə edilib. Halbuki, Əbülfəz Elçibəyin o zamanı İran prezidenti Rəfsəncani ilə telefon əlaqəsi Qarabağ müharibəsində dönüş yarada bilərdi. Eyni zamanda proseslərin gedişində Elçibəyin atdığı gözlənilməz addım İranda çaşqınlıq yaradıb və ciddi narahatlıqla qarşılanıb. Belə ki, Elçibəy İranın ən qatı düşməni olan işğalçı İsrailə yardım üçün müraciət edir və rədd cavabı alır. Təl-Əviv Ermənistana qarşı açıq şəkildə mübarizədən yayınır və Azərbaycana yardım etmir” . Məhz bu sənədlərdən də Azərbaycanın əsl dostunun və düşməninin kimliyini görmək olar. Yetər ki, hadisələrə real qiymət vermək bacarığı olsun.
Digər bir məsələ ondan ibarətdir ki, real sənədlərdən, videofaktlardan xəbərsiz olan bəzi kütlələr aparılan təbliğat nəticəsində Türkiyəni Qarabağ müharibəsində Azərbaycana yardım edən ölkə kimi təqdim edirlər. Təbii ki, tarixin müəyyən dönəmlərində Türkiyənin Azərbaycana dəstək verdiyini görmüşük. Lakin bəzi millətçilər həqiqətləri təktərəfli görərək İranı düşmən, Türkiyəni qardaş ölkə kimi təqdim edirlər. Halbuki Əbülfəz Elçibəy özü şəxsən Qarabağ müharibəsi zamanı Türkiyədən maddi yardım istədiyini, lakin heç bir kömək edilmədiyini demişdi. Elçibəyin dediklərini şəxsən öz dilindən aşağıda təqdim etdiyimiz videoda görə bilərsiz. /islaminsesi.az/

Комментариев нет:

Отправить комментарий