Страницы

19.06.2016

Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayevin Rauf Qurbanova CAVABI

Bir neçə gün qabaq Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov musavat.com saytına müsahibə verib. R. Qurbanov müsahibəsində Azərbaycan Kommunist Partiyasının MK-nın birinci katibi T. Nurullayev haqda kəskin fikirlər səsləndirib. Lakin Telman Nurullayev də cavabsız qalmayıb. Telman Nurullayevin müsavat.com-a ünvanladığı cavab məktubunu olduğu kimi sizə təqdim edirik.

Yenə də mətbuatda kommunistlərə “diqqət” baş qaldırıbdır. Buna adi hal kimi baxmaq olardı, fəqət “Yeni Musavsat” qəzetinin kommunistlərə “diqqət”i bir qədər narahatlıq doğurur.
Bir tərəfdən sevindirici haldır ki, heç olmasa onlar kommunistlərin varlıqlarını şübhə altına salmırlar, digər tərəfdən bu “diqqət” bir mənalı qarşılanmır.
Əgər respublika kommunist hərəkatında problemlər mövcuddursa (bu həqiqətən belədir və təkcə bizim respublika istisna deyildir) digər siyasi hərəkatlarda da bu problemlər nəinki mövcuddur, hətta mən deyərdim ki, onların problemləri kommunistlərin partiyadaxili çəkişmələrindən də kəskindir və həlli çox yəqin ki, yaxın gələcəkdə tapılan deyil. Yaxşı olardı ki, “Yeni Musavsat” təmsil etdikləri partiyalardakı hərc-mərclikləri araşdırsınlar, bu cəmiyyətimiz üçün çox faydalı olardı.
Əlbətdə bu sizlərin daxili işləridir və bizlərin bu sahədə məsləhətinə ehtiyac yoxdur. Lakin qəzetinizin daha da populyar olması üçün bir tövsiyyə etməyin yeri vardır.
“Yeni Musavat” qəzeti respublika KİV-i içərisində sanballı mövqeyə malikdir, lakin kimdənsə müsahibə götürüldükdə çox yəqin ki, bəzi məqamların dəqiqliyi üçün həmin məqamları sübuta yetirən bir sənədin olmasına əmin olmaq vacibdir. R. Qurbanovdan partiyanın qeydiyyat sənədinin göstərməsini istəsəniz, hər şey aydın olardı. Bir də ki, hər hansı siyasi partiya üzvünün əlində partiya bileti olmalıdır. Qurbanovun rəhbərlik etdiyi partiya üzvlərinin, bəlkə də Sov.İKP biletləri bəzilərində vardır, lakin müstəqil Azərbaycanın müstəqil siyasi partiyalarının rəsmi partiya biletləri olmalıdır. Bu isə onlarda yoxdur!
Hörmətli cənablar, partiya sənədlərinin kimdə olması əsas şərt deyildir. Əsas məsələ kütlə arasında, xalq içində siyasi işin aparılmasıdır. Məsələn: bolşeviklər V.İ. Lenin başda olmaqla, 120 minlik üzvləri ilə, 1917-ci ildə hakimiyyətə gələ bildilər. O zamanlar Rusiyada 100 millyondan çox əhali yaşayırdı (!). Xalq cəbhəsi də 1992-ci ildə təxminən 100 min tərəfdaşları ilə 8 millyonluq Azərbaycanda hakimiyyəti ələ ala bildilər (təfsilata ehtiyyac yoxdur). Məgər bolşeviklərin və ya Xalq cəbhəsinin rəsmi qeydiyyatları var idi?! Bu məsələnin bir tərəfi.
Digər tərəfdən bildirmək istəyirəm ki, bizim heç bir siyasi qurumlara rəhbərlik edənlərə heç bir iradımız yoxdur və onlardan heç bir təmənnamız da yoxdur. Sadəcə bir tövsiyyəmiz vardır: başlarını salsınlar aşağı, öz işləri ilə məşğul olsunlar. Daha cəmiyyəti, xalqı çaş-baş salmasınlar. Bizsiz də onların problemləri yetərincədir. Siyasi partiyalar cəmiyyətimizi bu problemlərin həll olunması istiqamətində nə isə etmək əvəzinə onlara yeni problem yaratmaq nə dərəcədə məntiqlidir? Kimin kim olması məsələsinə isə qiyməti hər bir xalq, tarixin ayrı-ayrı kəsiyində, düzgün bildirməyi bacarır. Bunun əksinə getmək dialektik gerçəkliyi inkar etmək deməkdir.
Bir məsələyə də aydınlıq gətirmək yerinə düşər, çox yəqin ki, siyasətdən baş aça bilənlər başa düşərlər ki, məsələ nə yerdədir.
Azərbaycan Kommunist Partiyası (hələlik mənim rəhbərlik etdiyim) öz Nizamnaməsinə uyğun olaraq vaxtlı-vaxtında partiyanın plenumlarını keçirir və Nizamnamədə qeyd olunduğu kimi hər beş ildən bir partiyanın qurultayını keçirir. Hal-hazırda AKP öz növbəti qurultayına hazırlaşır. Bizim partiyanın axrıncı qurultayı 2011-ci ilin oktyabr ayında olmuşdur və qeyd edim ki, həmin qurultayda R.Əhmədov dünyasını dəyişdikdən sonra bu quruma rəhbərlik etmək arzusu ilə canfəşanlıq edənlərin təzyiqinə baxmayaraq iki kommunist partiya qrumları birləşərək partiyanın adının bir adda -AZƏRBAYCAN KOMMUNİST PARTİYASI- qalmasına səs verdilər. Həmin vaxtdan mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini icra edirəm və 2011-ci ildən beynəlxalq kommunist hərəkatının bütün tədbirlərində rəsmi iştirak edirəm. İndi baxın görün kimin “karvanı” ahəstə getməkdədir və kimlər ulduzlara baxmaqla məşğuldur.
Məqalənizdə Mənim şəxsiyyətimə toxunan məqamlara görə sizə müsahibə verən sizin qəzet vasitəsi ilə üzr istəməlidir, əks təqdirdə, bu mənim prinsiplərimin əksinə olsa da, məhkəməyə müraciət etməli olacağam.
Yekun olaraq özlərini kommunist rəhbəri kimi qələmə verənlərə M. Fizulisayağı cavab vermək istərdim:

Məndə “ondan”da üstün kommunistlik isdedadı var,
Sadiqi marksist mənəm “onun”sa ancaq adı var.

Siyasi aləmdə “onun” heç bir yeri olmasa da,
“Vertual” aləmdə “onun” yalnız bəsit fəryadı var.

Yalandan söz vermə ki, xalqı nicata çatdırram,
Vədlərə inam üçün hər bir xalqın imdadı var.

Sinənə döyəcləyib qürrələnmə: kommunistəm,
Kommunist olan kəsin Marks kimi əcdadı var.

Boşa şıxacaq cəhdləri yeni oportunistlərin,
Çünki Telmanın dərs aldığı Lenin kimi ustadı var! 

Hörmətlə Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev.

Комментариев нет:

Отправить комментарий